Məhkəmə qərarları › İş №2(004)-4705/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4705/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4705/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdeh, eyni zamanda digər cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyi və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə qarşı protokolun, qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyi və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə qarşı protokolun, qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh «Təhsil Şurası» İctimai Birliyinin nümayəndəsi və eyni zamanda digər Cavabdeh1 məhkəməyə şifahi qaydada vəsatət təqdim edərək, iş üzrə cavabdeh «Təhsil Şurası» İctimai Birliyinin hüquqi ünvanının Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində olduğundan mülki işə baxılması üçün sənədlərin Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil vəsatətə etiraz etməyərək, mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, vəsatət təmin edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdeh «Təhsil Şurası» İctimai Birliyinin yerləşdiyi yer üzrə məhkəməyə göndərilməlidir. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, «Təhsil Şurası» İctimai Birliyinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 40, mənzil 21-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da, işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdeh «Təhsil Şurası» İctimai Birliyinin yerləşdiyi yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyi və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə qarşı protokolun, qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi tələbinə dair 2(004)-4705/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar