Məhkəmə qərarları › İş №2(004)-4721/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4721/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4721/2024 06.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçılar İddiaçı3, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-950/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və mülki iş materialları xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Göygöl Rayon Məhkəməsinin müvafiq qərardadı onunla əsaslandırılmışdır ki, Cavabdeh hüquqi ünvanı Yasamal rayonu inzibati-ərazi vahidinə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə ərazi aidiyyatı məsələsinin müəyyən edilməsi məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsainə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə müstəsna aidiyyət qaydaları tətbiq olunmalıdır. Belə ki, iddiaçının tələbi mülkiyyət hüququ ilə ona məxsus olan əmlakdan keçən cavabdehə məxsus kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətindən azad edilməsi və ya kompensasiya ödənilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, həmin daşınmaz əmlak Göygöl rayonu, Qızılca kəndində yerləşir. İddia tələbinin əsasında ilkin olaraq əmlakına cavabdeh tərəfindən olunan müdaxilənin aradan qaldırırılmasını tələb olunur. Yəni mübahisənin özəyini məhz daşınmaz əmlaka olunan müdaxilənin aradan qaldırılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Odur ki, göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar mübahisə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 32.7 və 45.4-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “mülkiyyətdən keçən kabel xəttinin yer altından çıxarılaraq mülkiyyətin azad edilməsi və ya kompensasiya ödənilməsi” tələbinə dair mülki işin materialları işin baxılmasının aidiyyat məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar