Məhkəmə qərarları › İş №2(004)-474/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-474/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-474/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində 0,0249 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136,50 kv.m olan 7 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərrac yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli Protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi tərəfindən "xxxx" QSC-nin adına verilmiş çıxarışın (reyestr nömrəsi **********40-10302, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023cü il) etibarsız hesab edilməsi, həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 sifarişi ilə mülkiyyətindəki ipoteka predmeti olmuş Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində 0,0249 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,50 kv.m olan 7 saylı fərdi yaşayış evi Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, yuxarıda qeyd etdiyi yaşayış evi açıq hərracın yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli Protokola əsasən tələbkar "AccessBank” ASC tərəfindən 42075 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən isə yaşayış evi **********40-10302 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə ("xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan xəbəri olmayıb. Belə ki, hərracın keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərrac keçirilməsi qaydaları ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Ona görə də, həmin qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərrac nəticələri və yaşayış evinə dair hərracın yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli protokola əsasən daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" QSC-nin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Daha sonra, Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəməyə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi hərracın etibarsız sayılmasına bu və ya digöər hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçının 03 iyul 2023-cü il və 21 iyul 2023-cü tarixində keçirilmiş hərraclardan xəbəri olmamış, hərraclar onun iştirakı olmadan keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. İcra məmuru Cavabdeh2 MMC-yə sifariş verməmişdən qabaq həmin maddənin tələblərinə riayət etməli, hansı hərrac təşkilatına sifarişin göndərilməsi barədə qarşılıqlı razılıq əldə edilməli idi. 5 gün ərzində qarşılıqlı razılıq əldə edilmədiyi təqdirdə, icra məmuru həmin qanuna uyğun olaraq növbəti hərəkətləri həyata keçirməli idi. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). İlk hərracla bağlı bildiriş iddiaçıya vaxtında, 07 iyun 2023-cü il tarixdə göndərilmiş, təkrar hərracla bağlı bildiriş iddiaçıya 05 iyul 2023-cü il tarixdə, 20 təqvim günündən az müddətdə göndərilmişdir. İddiaçıya 05 iyul 2023-cü il tarixdə göndərilmiş bildirişin iddiaçıya çatdırılması ilə bağlı qəbz ümumiyyətlə yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, hərrac təşkilatı sifarişli poçt bildirişi göndərməlidir. “Poçt haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Göründüyü kimi iş materiallarında ünvan sahibi tərəfindən həmin bildirişlərin alınmasını təsdiq edən, onun imzası olan hər hansı poçt qəbzləri mövcud deyildir. Buna görə hesab edirlər ki, həm icra məmuru, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunun tələblərinə riayət edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Cavabdeh1 tərəfindən onlara daxil olmuş sifariş əsasında “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq ilkin və təkrar hərraclar keçirilmiş, baş tutmaması səbəbindən ipoteka predmeti "xxxx" QSC-yə təklif olunmuş və "xxxx" QSC ipoteka predmetinin əldə edilməsinə razılığını bildirmişdir. Tərəflərindən iddiaçı və digər borcluların ünvanı olan ünvan 1 rayonu, 4 mkr, ev 6, mənzil 85 ünvanına, ünvan 33, mənzil 22 ünvanına dörd dəfə məktub göndərilmişdir. ünvan 2v küçəsi ev 432 ünvanına göndərilən bildirişlər geri qayıtmışdır. Təkrar hərrac ilkin hərracın keçirilməsindən 18 gün sonra təyin edilmişdir. Təkrar hərracla bağlı bildiriş iddiaçıya 05 iyul tarixində göndərilmiş, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun tələbləri gözlənilmişdir. Təklif və satışla bağlı məktub da iddiaçıya göndərilmişdir. Qeyd edir ki, təklif və satışla bağlı məktubu iddiaçıya göndərmək onların vəzifələri deyil. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərracla bağlı bildirişin hansı müddətdə göndərilməsi ilə bağlı qanunda göstəriş yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSCnin nümayəndəsi X12 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununda hərrac təşkilatının hərracla bağlı bildirişləri göndərmək vəzifəsi nəzərdə tutulmuşdur. Yəni, hərrac təşkilatı bildirişin iddiaçıya çatdırılmamasına görə məsuliyyət daşımır. Hərracların keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görüür ki, İddiaçı 100 manat məbləğində dövlət rüsumunu bakı şəhəri Yasamal rayon Məhkəməsinin hesabına ödəmişdir. İş materiallarında olan Cavabdeh1 Cavabdeh2 MMC-yə ünvanladığı sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclular X6, X13, X10, X15 və X2 tələbkar "xxxx" QSC-nə olan borcu cəmi 85991,75 ABŞ dolları məbləğində borcunun mülkiyyət hüququ üzrə X8 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 4 nömrəli evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti kimi likvid qiyməti 32000 manat məbləğində və mülkiyyət hüququ üzrə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 0,0249 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid qiyməti 66000 manat məbləğində müəyyən edilib yönəldilməsi qərara alınmışdır. İcra vərəqəsində qeyd edilmiş yaşayış evinin hərrac yolu ilə satılması xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh1, borclular X6, X13, X10, X15, X11 və tələbkar "xxxx" QSC-yə ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 1195/23 saylı X9 dair bildirişində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 66000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 1195/23 saylı X9 dair bildiriş İddiaçı ünvan 10 ünvanına göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində X1 və X3 ünvanı ünvan 12stərilən ünvana göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından X1 və X3 digər ünvanları və ya digər əlaqə vasitəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində X7 və İddiaçı ünvanı ünvan 14na göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından X7 və İddiaçı digər ünvanları və ya digər əlaqə vasitəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xəbərnamələrdən görünür ki, Cavabdeh2 MMC tərəfindən X6, X10, X13, İddiaçı ünvanlanmış bildirişlər və məktublar rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ilə bağlı ilkin satış qiyməti 66000 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 10:00-da ilkin açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmuş, lakin qalib alıcı protokolu imzalamaqdan imtina etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş N.M-107471/2022 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə daxil olmuş) sifariş üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh1, borclular X6, X13, X10, X15, X11 və tələbkar "xxxx" QSC-yə ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 1389/23 saylı X4 dair bildirişində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi satış qiyməti 56100 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 1389/23 saylı X4 dair bildiriş İddiaçı ünvan 10 ünvanına və ünvan 17ş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ilə bağlı satış qiyməti 56100 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 10:00-da ilkin təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş N.M-107471/2022 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023cü il tarixdə daxil olmuş) sifariş üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin ipoteka saxlayan "xxxx" QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1597/23 saylı ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" QSC-yə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (56100 manat) 25 faiz az olmayan qiymətə (42075 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1597/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklifin surəti İddiaçı ünvan 10 ünvanına və ünvan 17ş materiallarında olan "xxxx" QSC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin 42075 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 199/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (56100 manat) 25 faiz az olmayan qiymətə 42075 manat olmaqla ipoteka saxlayan "xxxx" QSC-yə satılmışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1764/23 saylı məktubdan görünür ki, Cavabdeh2 MMC tərəfindən 11 avqust 2023-cü il tarixli hərracın yekunları barədə 199/23 saylı protokol tərtib olunmuş icra şöbəsinə və icra sənədi üzrə tərəflərə göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, Cavabdeh1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1764/23 saylı məktubun surəti İddiaçı ünvan 10 ünvanına və ünvan 17ş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın (RX seriyalı ******* nömrəli) surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır və onun xüsusi mülkiyyətindədir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 tərəfindən verilmiş N.M-107471/2022 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə daxil olmuş) sifariş üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 66000 manat olmaqla hərracın keçirilməsi xx.xx.2023-ci il tarixə saat 10:00-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmuş, lakin qalib alıcı protokolu imzalamaqdan imtina etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin satış qiyməti 56100 manat məbləğində müəyyən edilməklə təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saati 10:00-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, icra vərəqəsində qeyd edilən ünvandan köçməsi qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamış və xx.xx.2023-cü il tarixdə təyin edilmiş təkrar açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında bununla bağlı elan yerləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən ipoteka saxlayan "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli 1597/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklif ünvanlanaraq "xxxx" QSC-yə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (56100 manat) 25 faiz az olmayan qiymətə (42075 manat) əldə edilməsi təklif edilmiş və bank tərəfindən razılıq verilərək sözügedən əmlak "xxxx" QSC tərəfindən əldə edilmişdir. Bununla bağlı, Cavabdeh2 MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli, 199/23 saylı protokolu tərtib edilmiş və daha sonra həmin protokol əsasında "xxxx" QSC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış (RX seriyalı ******* nömrəli) verilərək Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır və onun xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya və digər borclulara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzil ilkin satış qiyməti 66000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 66000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 42075 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini 42075 manata almışdır. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar