Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-476/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və üçüncü şəxs "xxxx" QSC və qarşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və üçüncü şəxs "xxxx" QSC və qarşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz rayonu, Vəli Xuluflu küçəsində 4 nömrəli evin 53.9 kv.m. ümumi, 31,4 kv.m yaşayış, 22,5 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekunları barədə 145/23 saylı 06 iyun 2023-cü il tarixli Protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəx tərəfindən "AccessBank” ASC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 sifarişi i mülkiyyətindəki ipoteka predmeti olmuş ünvan 2ndə 4 nömrəli evin 53.9 kv.m. ümumi, 31.4 kv.m. yaşayış 22.5 kv.m. yardımçı sahədən ibarət 10 saylı mənzili “X28" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac baş tutmadığından. "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, yuxarıda qeyd etdiyi yaşayış evi X20 barəc 145/23 saylı 06 iyun 2023-cii il tarixli Protokola əsasən tələbkar "xxxx" ASC tərəfindən 20400 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən yaşayış evi **********33-05101-093002 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan xəbəri olmayıb. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə bildiriş göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərrac keçirilməsi qaydaları ilə bağlı "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun tələblə pozulmuşdur. Ona görə də, həmin qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərrac nəticələri və yaşayış evinə dair hərracın yekunları barədə 145/23 saylı 06 iyun 2023-cü il tarixli Protoko əsasən daşınmaz əmlakın dövlət reyestrindən "AccessBank” QSC-nin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh "xxxx" MMC məhkəməyə etirazla müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunmamasını məhkəmədə xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə və üçüncü şəxs "xxxx" QSC-yə qarşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək “ünvan 2ndə 4 nömrəli evin 53,9 kv.m ümumi, 31.4 kv.metr yaşayış, 22.5 kv.metr yardımçı sahədən ibarət 10 saylı mənzilinə dair Cavabdeh2 MMCnin protokolu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən "xxxx" QSC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə dair mülkiyyət hüuquqlarımın bərpa edilməsi barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən AR Ədliyyə Nazirliyi Cavabdeh1ndən Cavabdeh2 MMC-yə ünvanlanmış N.M-107471/2022 saylı, xx.xx.2023cü il tarixli sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 32.000 manata olmaqla, ünvan 2 ünvanında yerləşən, 4 nömrəli evin 10 saylı mənzilinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 02 may 2023-cü il tarixinə, saat 10:00 təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclular X14, X12ma, X10. İddiaçı, Rəhimov Zaur Nizami oğluna, eləcə də tələbkar "xxxx" QSC-nə 711/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində elektron kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış “Birjanyus” X2 (Portalında) (wuw.birianews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasma dair” 02 may 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edir ki, 02 may 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 27.200 (iyirmi yeddi min iki yüz) manata olmaqla 19 may 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023- cü il tarixli, 932/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasma dair” 19 may 2023-cü il tarixli protokolun surətindən görünür ki, 19 may 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasma dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2023-cü il tarixli, 1064/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" QSC ipoteka predmetini təklif edilən 20.400 (iyirmi min dörd yüz) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X3" nəzdində "xxxx" MMC-ti tərəfindən xx.xx.2023-cü il tarixli, 145/23 saylı “X20 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə "Əmlak Hərrac Mərkəzi” MMC-nin 1195/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. Üçüncü şəxs "xxxx" QSC etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən işlə əlaqədar olaraq bildirmək istərdi ki, hərrac qanunvericiliyə uygun keçirilmişdir. Tərəflər məlumatlıdır. Çünki tərəflə hərrac dövrüdə belə danışıqlar aparılmışdır. İddiaçının da qeyd etdiyi kimi əmlak xx.xx.2023-cı il tarixli, 145/23 nömrəli “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X20 Barədə Protokol tərtib edilərək banka borc qarşılığında satılmışdır. Məhkəməyə qədər, icra mərhələsində və Hərrac dövründə borclu və ipotekaqoyan hərracdan məlumatlı olmuş və bankdan güzəştlər təklif edilsədə dəyərləndirməmişdilər. Hesab edir ki, hal hazırki iddia qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadədir və qət edilmiş qətnamənin icrasını yubatmaq məqsədi daşıyır. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən müqavilənin etibarsızlığı üçün iddai müddəti 1 (bir) il olmasına baxmayaraq, artıq 2 ilə yaxın zaman keçmişdir və iddia müddəti iddaçı tərəfindən pozulmasi aşkardır və ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X16 etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 38/2020 saylı mülki iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X1, X8, X5, Rəhimov Zaur Nizami oğlundan və X6 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 06L000Q10205 nömrəli kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli, 06R0000195Q1 nömrəli razılaşma üzrə 23615,92 ABŞ dolları əsas, 4698,91 ABŞ dolları faiz, 93,54 ABŞ dolları cərimə, xx.xx.2014-cü il tarixli, 006R********** nömrəli razılaşma üzrə 32671,47 ABŞ dolları osas, 6966,18 ABŞ dolları faiz, 316,08 ABŞ dolları cərimə, xx.xx.2015-ci il tarixli, 006K000G02113454 nömrəli razılaşma üzrə 9899,76 ABŞ doiları əsas, 1946,29 ABŞ dolları faiz, 91,13 ABŞ dolları cərimə, xx.xx.2014-cü il tarixli, 006KK000QQ1133001 nömrəli razılaşma üzro 4998,71 ABŞ dolları əsas, 613,83 ABŞ dolları faiz. 79,93 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 85991,75 (söksən boş min doqquz yüz doxsan bir dollar 75 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 42 manat xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, tutmanın xx.xx.2014-cü il tarixli. 06M000001374 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilinə, xx.xx.2014-cü il tarixli, Ü06M0000004Q8801 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan X13 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şoıa Rustaveli küçəsində yerləşən 0.0249 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə yönəldilməklə həmin əmlakların açıq hərracda satılması, ünvan
2. 4 nömrəli evin 10 nömrəli mənzilinin ilkin satış qiymətinin 30.000 (otuz min) manat, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 0.0249 ha torpaq sahəsi ilə birlikdə 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 65.000 (altmış boş min) manat müəyyən edilməsi, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsait* hesabına X4 xx.xx.2014-cü il tarixli, 06L000010205 nömrəli kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli, 06R000019501 nömrəli, 13.11 2014-cü il tarixli, 006R********** nömrəli, xx.xx.2015-ci il tarixli, 006K**********54 nömrəli, xx.xx.2014-cü il tarixli, 006KK0000Q1133001 nömrəli razılaşmalar üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsinin paylarına münasibətdə ipoteka qoyanlar İddiaçı vo X19ma qaytarılması, hərracdan əia'ə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehlər X1, İddiaçı, X5, Rəhimov Zaur Nizami oğlundan və X7 ümumi qaydada tutulması, həmin əmlaklara tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində Əliyeva llhamə N.zami qızının ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilindən, X13 Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin evdən və mənzildən çıxarılmaqla həmin mənzil və fərdi yaşayış evinin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın cavabdehlər X1, Əliyeva llhamə Nizami qızından, X5, Rəhimov Zaur Nizamı oğlundan və X7 müştərək qaydada tutularaq, Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərc SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər X11 və Rəhimov Zaur Nizami oğlu qətnamədən apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-38/2020 saylı mülki iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərinin hərracda ilkin satış qiymətinin 30000 manat və 65000 manat məbləğində müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, ipoteka müqaviləsinə əsasor ipotekaya qoyulmuş, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilinin ilkin satış qiyməti kimi likvid qiyməti 32.000 manat məbləğində və mülkiyyət hüququ üzrə X15 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid qiymətinin 66.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər X11 və Rəhimov Zaur Nizami oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra vərəqəsi 28 mart 2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 02 may 2023-cü il tarixdə saat 10:00-da ilkin hərracın keçirilmə vaxtı barədə elan xx.xx.2023-cü il tarixdə elektron kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış “Birjanyus” X2 (Portalında) (wuw.birianews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. "xxxx" MMC-nin hərracın baş tutmamasına dair 02 may 2023-cü il tarixli protokoldan görünür ki, hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 02 may 2023cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərrac 19 may 2023cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilin açıq hərracda satışının keçirilməsi üçün təkrar hərrac 19 may 2023-ci il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 19 may 2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə verilmiş ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. İpoteka predmeti olan ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilin təkrar hərracdakı satış qiyməti olan 27.200 manatın 25% az olmayan qiyməti 20.400 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" QSC-yə verilmiş təklif İddiaçı göndərilmişdir. "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 16 may 2023-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilə dair təklifi 20.400 manat olmaqla bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir. Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən X20 barədə 145/23 saylı 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən sifariş üzrə borclu İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzili təkrar hərracdakı satış dəyərinin 25%-indən az olmamaqla ipoteka predmetinin əldə edilməsi barədə məktubla ipoteka saxlayan "xxxx" QSC tərəfindən 20.400 manata alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərinin hərracda ilkin satış qiymətinin 30000 manat və 65000 manat məbləğində müəyyənləşdirilməsi hissəsində dəyişdirilməsi, ipoteka müqaviləsinə əsasor ipotekaya qoyulmuş, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilinin ilkin satış qiyməti kimi likvid qiyməti 32.000 manat məbləğində və mülkiyyət hüququ üzrə X15 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti kimi likvid qiymətinin 66.000 manat məbləğində müəyyən edilməlidir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə hərracın keçirilməsi haqqında sifariş Azərbaycan Respublikası Ədliyyə nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC, "xxxx" MMC və İddiaçı göndərilmişdir. Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 06 iyun 2023-cü il tarixli protokola əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən sifariş üzrə tələbkar "xxxx" QSC tərəfindən yüklü edilmiş İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 02 may 2023-cü il tarixə təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vastəsi statusu olan “Birjanyus” X2 eləcə də, "xxxx" MMC-nin rəsmi internet satında elan verilməklə maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 02 may 2023-cü il, təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 02 may 2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İcra İdarəsi tərəfindən İddiaçı və "xxxx" QSC-yə göndərilən təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərrac 19 may 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair protokoldan görünür ki, 19 may 2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" QSC-yə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən sifariş üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. İpoteka predmeti olan ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilinin təkrar hərracdakı satış qiyməti olan 27.200 manatın 25% az olmayan qiyməti 20.400 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" QSC-yə verilmiş təklif İddiaçı və İcra İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən X20 barədə 145/23 saylı 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən sifariş üzrə borclu İddiaçı məxsus ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzili təkrar hərracdakı satış dəyərinin 25%-indən az olmamaqla ipoteka predmetinin əldə edilməsi barədə məktubla ipoteka saxlayan "xxxx" QSC tərəfindən 20.400 manata alınmışdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 2, 4 nömrəli evin, 10 nömrəli mənzilinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı məlumat göndərilmiş, həmçinin kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” X2 eləcə də, "xxxx" MMC-nin rəsmi internet saytında elan verilmişdir. Odur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və üçüncü şəxs "xxxx" QSC və qarşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və üçüncü şəxs "xxxx" QSC və qarşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov