Məhkəmə qərarları › İş №2(004)-4767/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4767/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4767/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh MİK-nın nümayəndəsi X5, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MİK-nə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyriyaşavış sahəsinə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MİK-nə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘‘Gənc Alim“ Mənzil İstehlak Kooperativinin ona məxsus Bakı şəhəri. Yasamal rayonu. Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Mənzil İstehlak Kooperativinin İddiaçı və X3 qarşı Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.ınetr ərazisi olan qeyriyaşayış sahəsi ilə bağlı Cavabdeh MİK ilə cavabdeh X6 arasında bağlanmış 02.02.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh MİK ilə cavabdeh İddiaçı arasında bağlanmış 02.02.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MİK tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilinəsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5374/2019 saylı 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh MİK tərəfindən kassasiyya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 sentyabr 2020-ci il tarixli 2(103)-5374/2019 saylı qərardadının ləğv edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 08.02.2021-ci il tarixli 2(102)-487/2021 saylı qərarı ilə Cavabdeh Mənzil İstehlak Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5374/2019 nömrəli iş üzrə 3 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. O Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhər Yasamal Rayon məhkəməsində iddia qaldırmış, lakin cavabdeh tərəfin kassasiya şikayəti verməsi və məhkəmə iclasının vaxtını yanlış xatırlaması səbəbindən iclasda iştirak edə bilməmişdir. Bu səbəbdən onun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılması barədə Bakı Şəhər Yasamal Rayon məhkəməsi tərəfindən 2(004)-40/2020 saylı qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh MİK ilə İddiaçı arasında bağlanmış 02.02.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin Cavabdeh MİK İddiaçı arasında bağlanmış 02.02.2016-cı il tarixli müqavilənin şərtlərini icra etməkdən boyun qaçırdır və bununlada İddiaçı mülkiyyətinə dair sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının icrasına qəsdən maneə törədir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Mənzil İstehlak Kooperativinin ona məxsus Bakı şəhəri, Yasamal rayonu. Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılması və onun qeyri-yaşavış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin mzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin hazırki iddiaya etirazlarının əsasları ilə artıq iki dəfə iddia qaldıraraq tərəflərin arasında bağlanılmış müqavilənin ləğv edilməsini və daha sonra isə etibarsız hesab edilməsini xahiş etmiş iddiaçının hər iki iddiaları məhkəmə qətnamələri ilə rədd edilmişdir. Qeyd edir ki, qaldırılmış hər iki iddiaların hüqüqi əsasını cavabdeh tərəfindən hazırki iddiaya etirazın əsasını təşkil edən guya satılmış qeyri yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməməsi göstərilmiş və məhkəmələr tərəfindən də, həmin hallara qiymət verilərək, cavabdehin qeyd etdiyi əsaslar sübuta yetmədiyindən iddiaları rədd edilmişdir. Belə ki, guyaki tərəflər arasında bağlanılmış müqaviləyə hər kv.m üçün 1000 manat nəzərdə tutulması öz təsdiqini tapmamış, həmin rəqəmlər müqaviləyə sonradan əlavə edilmişdir. Müqavilənin iddiaçıda olan nüsxəsində qiymət müəyyən edilməmiş və cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsinin tam ödənilməsinə dair arayış verilmişdir. Qeyd olunan hallar müvafiq qətnamələrdə təsdiq olunaraq qanuni qüvvəsini almışdır. Cavabdeh iddia etdiyi halları sübüt edə bilməmiş və məhkəməyə nə müqavilənin nə də, maliyyə arayışının əslini təqdim edə bilməmişdir. Halbu ki, iddiaçı istər müqavilənin, istəesə də, maliyyə arayışının əsllərini təqdim etmiş və həmin müqavilədə də, qiymət qeyd edilməmişdir. Cavabdeh iddia edir ki, guya qeyri yaşayış sahəsi üçün 40000 manatın, tam ödənilməsinə dair maliyyə arayışında da, yazılmış tam sözləri bizim tərəfiminzdən sonradan əlavə edilmişdir. Lakin cavabdeh istər əvvəəlki məhkəmələrdə istərsədə hazırki iş üzrə onda olan və tam sözünün yazılmadığı maliyyə arayışını da, məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında mübahisəli sahəyə dair 02.02.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində deyilir: Müqavilə ilə Cavabdeh MİK tərəfindən ünvan 1 ünvanında tikilmiş binanın mərtəbəsində yerləşən aşağıdakı qeyri-yaşayış sahəsinin “Alıcıya” verilməsi barədə şərtlər rəsmiləşdirilir. Mərtəbə 1, qeyriyaşayış sahəsi 90 kv.m, bir kv.m bir min manat. Bu barədə Cavabdeh MİK tərəfindən “Alıcı” İddiaçıa 122 saylı 02.02.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, bu binanın 1-ci mərtəbəsində 1-ci giriş, 90 kv.m olan qeyri-yaşayış sahəsi üçün 40000 (qırx min) manat ödənilmişdir. Sonradan maliyyə arayışına alıcı tərəfindən əllə tam sözü əlavə edilmişdir. Qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti 90000 (doxsan min) manat təşkil edir. Alıcı tərəfindən isə göründüyü kimi cəmi 40000 (qırx min) manat ödənilmişdir. Qalıq borc 50000 (əlli min) manat təşkil edir. Dəfələrlə alıcıya qalan borcun ödənilməsi təklif olunmuşdur. Lakin həmin şəxs müxtəlif bəhanələrlə qalan borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi alıcı tərəfindən müqavilədə göstərilən məbləğ tam ödənilmədiyi üçün İddiaçı həmin sahəyə heç bir hüququ yaranmamışdır. İddiaçının həmin qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmadığı üçün onun ümumiyyətlə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər. Öz hərəkətlərinə hüquqi ixtiyar. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsinə verilən əlavə Mülki Prosessual Məcəllənin 53cü maddəsinin tələblərinin pozulması ilə təqdim olunmuşdur. Həmin Məcəllənin yeni redaksiyasında deyilir: İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə bir əsaslandırmaya həmin əlavədə rast gəlinmir. Ümumiyyətlə qeyriyaşayış sahəsinə köçürülmə barədə qərar çıxarılması tələbi anlaşılan deyildir. Onuda qeyd edir ki,hazırda həmin sahə cavabdeh MİK-in ofisi kimi istifadı olunur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh MİK-nın nümayəndəsi X7 da, digər nümayəndənin izahatın uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 02.02.2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MİK alıcı İddiaçı ünvan 2 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsini satmışdır. 02.02.2016-cı il tarixli, 122 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MİK-nə məxsus ünvan 2 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsi üçün 40000 manat İddiaçı tərəfindən ödənilmişdir (tam). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8709/2018 saylı, 21.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MİK-nin cavabdehlər İddiaçı, X3 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-487/2021 saylı, 08.02.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5374/2019 saylı, 03.09.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8709/2018 saylı, 21.12.2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh MİK tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5374/2019 saylı, 22.04.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5374/2019 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4776/2017 saylı, 03.07.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh MİK-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin 02.02.2017-ci il tarixli, 2(103)-987/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9173/2016 saylı, 08.09.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MİKnin cavabdehlər İddiaçı və X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul məbləğinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 02.02.2017-ci il tarixli, 2(103)-987/2017 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavadbeh Cavabdeh MİK ilə İddiaçı arasında bağlanmış 02.02.2015-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MİK alıcı İddiaçı ünvan 2 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsini satmışdır, İddiaçı tərəfindən Cavabdeh MİK-nə məxsus ünvan 2 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsi üçün, dəyəri 40000 manat, tam ödənilmişdir. İşin bu halları yuxarıda sadalanmış müvafiq məhkəmə qətnamələri ilə də, müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəf iddiaya etirazının əsasını iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməməsi və bununla da, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd etdiyi əsaslarla, MİK tərəfindən iddiaçıya qarşı qaldırılmış tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və daha sonra isə müqavilənin etibarsız hesab edilməsi tələblərinə dair iddiaları müqavif məhkəmə qətnamələri ilə rədd edilmişdir. İşin araşdırılmış hallaır ilə oda müəyyən edilmişdir ki, mübahisəli ərazidə hal-hazırda cavabdeh məskunlaşaraq oradan ofis kimi istifadə etməklə həmin sahə cavabdehin istifadəsindədir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində qanunsuz məskunlaşması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə olduğu halda, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının, cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin iddiaçının sözü gedən qeyri-yaşayış sahəsinə köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddianı bu hissıdı qismən təmin edərkən, hazırkı işin halları baxımından məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə köçürülməsini qeyd etsə də, iddianın əsasından da görünür ki, onun niyyəti, əslində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə tələb irəli sürmək olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, iddiaçının daşınmaz əmlak üzərində sərəncam hüququ isə, daşınmaz əmlak dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınması və hər hansı maneələr yaratması qanusuz olmuşdur. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MİK İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MİK İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar