Məhkəmə qərarları › İş №2(004)-4771/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4771/2021

14.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4771/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Babayev Cavid Zahid oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı "köməkçi otaqdan çıxarılma tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı "köməkçi otaqdan çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus girişin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMMC 09.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrində qeydiyyata alınmışdır. MMMC-nin nizamnaməsinə əsasən onun ali məqsədi, AR Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir. Çoxmənzilli yaşayış binasının ümumi sayı 72 olan mənzil mülkiyyətçilərindən 40 nəfəri qurumun təsisçisidir, Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən, İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Bütün bunlarla yanaşı, Cavabdeh Bakı Şəhəri, Yasamal Rayonu, Dadaş Bünyadzadə küçəsi ev 3-də yerləşən çoxmənzilli yaşayış binasının girişinin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan qanunsuz olaraq, heç bir hüquqi əsası olmadan istifadə edir. Cavabdehə dəfələrlə qeyd olunan köməkçi otağdan çıxması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, qanuni tələblləri icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Babayev Cavid Zahid oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəmdəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 152.1, 154.3, 157.2, 157.4 385-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122 və 131.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin 14.09.2020-ci il tarixli təsis yığıncağının və 30.12.2020-ci il tarixli ümumi yığıncağın qərarları və digər sənədlər əsasında 09.03.2021-ci il tarixdə 1121-MM8-0202 qeydiyyat №-si ilə qeydiyyatdan keçmişdir. Fəaliyyət ərazisi ünvan 1 ünvanı, fəaliyyət predmeti və məqsədi isə yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Qanuni təmsilçisi X3r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.2.1-ci maddəsinə əsasən müştərək cəmiyyətin çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək hüququ vardır, Həmin Məcəllənin 122.2.2-ci maddəsinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma isləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq hüququ vardır. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlakdır. Beləliklə, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus girişin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan çıxarılmalıdır. AR Mülki Prosessual Məcəllənin 119.1-ci il maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi qalan hissədə (dayanacaq xərci) yetərincə əsaslandırılmadığından, həmin hissədə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus girişin pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaqdan çıxarılsın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar