Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4827/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4827/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4827/2021
26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver