Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4848/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızına qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 Əbdülrəhim qızına qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1550 manat əsas borcun, 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumununcavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızından müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiqlənmiş barışıq sazişinə əsasən Cavabdeh3 2900 manatı hər ayın 20-dək ayda minimum 200 manat olmaqla, maksimum 15 ay ərzində tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 sentaybr ayında son ödənişi etmiş, sonraki aylar ödəniş etməmişdir. Cavabdeh3 ödəməli olduğu 2900 manatdan cəmi 1400 manat pul ödəmiş, 1550 manat borcu qalmışdır. Sonra dekabr ayında icraçı E.Əsədov ona Cavabdeh3 həbs olunduğunu bildirmişdir.Barışıq sazişinin 3-cü bəndinə əsasən 3 aydan çox gecikdirilmə olduğu halda icra olunmayan pul məbləğinin digər cavabdehlərdən tutulmasını tələb etmək hüququ vardır. Göstərilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1217/2019 saylı qərardadından görünür ki,İddiaçı Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunmuş və mülki iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, Cavabdeh3 iddia tələbi ilə olan 2900 manatı qəbul edir və hər ayın 20-dək ayda minimum 200 manat olmaqla, ümumilikdə 2900 manat məbləğində olan pulu maksimum 15 ay ərzində tam olaraq iddiaçının təqdim etdiyi bank hesabına və ya şəxsən ödəməyi öz üzərinə öhdəlik götürür. Cavabdeh3 aylıq ödənişi maksimum 1 ay gecikdirə bilər və hər hansı gecikmə olduqda növbəti ayın 20-dək növbəti ayın ödənişi ilə birlikdə tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür. Cavabdeh müqavilə üzrə öhdəliklərini 3 aydan çox gecikdirərsə, iddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Yasamal Rayon Məhkəməsinə və ya aidiyyəti dövlət orqanlarına müraciət edərək, cavabdehin və digər cavabdehlərin öhdəliklərini icra edilməsini tələb edə bilər. Vəsait tam ödəndikdən sonra iddiaçı cavabdehə və hazırkı iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2rəhim qızına qarşı olan iddia və tələblərindən imtina etmiş sayılır. Həmçinin, iddia ərizəsinin məzmunundan göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1217/2019 saylı qərardadı ilətəsdiq olunmuş İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış barışıq sazişi əsasında icra vərəqəsi verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızından 1550 manat əsas borcun ödənilməsini tələb etsə də, cavabdehlərin ona həmin borcun ödənilməsi barədə öhdəlik götürmələrinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bunun tam əksi olaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1217/2019 saylı qərardadından görünür ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızının cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və xahişi təmin olunmuşdur. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı maddi zərərin ödənilməməsi ilə bağı mənəvi sarsıntı keçirilməsinə dair də öz tələbini əsaslandıra bilməmiş və buna aid hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan edilməməli və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbdülrəhim qızından müştərək qaydada 1550 manat pulun, mənəvi ziyana örə 5000 manat pulun və ödənilimş 30 manat dövlət rüsumunun tutulması barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4848/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4848/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver