Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4869/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı oğlu (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 336 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 366 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində 2 nəqliyyat vasitəsi yol hərəkət qaydalarını kobudcasına pozaraq onun və azyaşlı iki övladının həyatınıt təhlükəyə atmışdırlar. 2 nəqliyyat vasitəsinin bu etdiyi qanunsuz hərəkətini telefonun video-kamerasına qeydə alaraq “polisazerbaycan” instagram səhifəsinə göndərdi. Daha sonra xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixdə BDYPİ-nin əməkdaşı tərəfindən onunla əlaqə saxlanılıb şikayəti ilə bağlı suallar verilmiş və şikayətin nəticəsi barədə rəsmi qaydada ünvanına cavab göndəriləcəyi bildirilmişdir. Hadisədən bir həftə sonra cavabdeh qanunsuz olaraq BDYPİ-nin əməkdaşından onun mobil nömrəsini əldə etmiş və onunla əlaqə saxlayaraq bildirmişdir ki, “sən kimsən mənim maşınımı parkovkada olarkən çəkib polisə şikayət edirsən, sənin nömrəni tapmışamsa, sənin yaşadığın ünvanını da tapmaq mənim üçün asandı məni başqa şeylərə vadar etmə, hətta digər avtomobilin sahibini 1000 manat cərimə ediblər, lakin polis mənə heç nə edə bilməz, mənim toxunulmamazlığım var” deyərək ona hədə-qorxu etmişdir. Bundan sonra o, cavabdehin ona tez-tez zəng edib narahat etdiyi üçün Yasanal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdi. Bölmədən cavab olaraq bildirilmişdir ki, “müraciətinizdə qeyd olunan xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, müraciətinizdə göstərdiyiniz məsələ mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququnuz var” kimi qeyd olunmuşdur. Daha sonra cavabdeh 05 mart 2024-cü il tarixdə onunla əlaqə saxlayaraq bildirmişdir ki, “mənim vəkilim mənə xəbər etmədən sən məni polisə şikayət etdiyin üçün səni məhkəməyə verib və məhkəmədə iki iş açılıb sənin barəndə. 1-ci iş şərəf və ləyaqətini alçaltdığın üçün və 2-ci iş isə şər-böhtan atdığın üçün. Bu məhkəməni dayandırmaq üçün iki ödəniş etməlisən. Bir iş üçün 168 manat ödəniş etməlisən ki, məhkəməyə verilən iddia geri çəkilsin” deyərək bildirmişdir. O isə xanım olaraq qorxdu və onun tərəfindən göndərilən və ona məxsus olmayan bank kartına 1-ci iş üçün xx.xx.2024-cü il tarixdə 168 manat ödəniş etdi. Daha sonra cavabdeh onunla əlaqə saxladı və 2-ci iş üçün ödənişi etməyi tələb etdi. xx.xx.2024-cü il tarixdə, “M10” vasitəsi ilə onun tərəfindən verilmiş (099 303 00 84) mobil nömrəyə bağlı olan bank hesabına 168 manat ödəniş etmişdir. Sonuncu ödənişdən 2 gün sonra məhkəmənin nəticəsi barədə maraqlandıqda ona dedi ki, artıq məhkəmədə işə xitam verilib və narahat olmağa ehtiyac yoxdur. Lakin işin məhkəmədə xitam olunması barədə ona hər hansı müvafiq sənəd təqdim etməmişdir. Bir neçə gün keçdikdən sonra cavabdehlə təkrar əlaqə saxladı və ondan məhkəmənin bağlanması ilə bağlı ondan müvafiq sənəd istədi, lakin o, hər dəfəsində onu aldadaraq məhkəmənin bağlandığını və narahat olmamağını bildirdi. Daha sonra qeydiyyatda olduğu ünvanının inzibati ərazi üzrə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində məhkəmə işi açılıb-açılmaması barədə məlumat aldıqda ona bildirildi ki, məhkəmə də barəsində hər-hansı iş açılmayıb. Bundan sonra cavabdehlə əlaqə saxladı və məhkəmə də barəsində hər-hansı işin açılmamasını bildirdi. Cavabdeh də bildirdi ki, “çox istəyirsənsə, məhkəmə olan xitam verilmiş işi yenidən açacam və məhkəmə yollarında qalarsan”. Həmin zamandan sonra dəfələrlə cavabdehlə əlaqə saxladı və ona ödədiyi pulun geri tələb etməyinə baxmayaraq o, hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu geri ödəməkdən yayınmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Qanunlarına inanaraq Cavabdeh əməlində dələduzluq olduğundan barəsində şikayət etmək məcburiyyətində qaldı. Bildirmək istəyir ki, o, Azərbaycan Respublikasının Qanunlarına inanan, hörmət edən və ən əsas Qanunların tətbiq olunmasını sevən bir vətəndaşdır. Hər zaman yaranmış problemlərin qanun çərçivəsində həll olunmasının tərəfdarı olmuşdur. Müvafiq şikayət ərizəsi ilə, xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdi. Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı İsmayıl Qurbanov 25 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edərək bildirilmişdir ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur. Araşdırma materialından görünür ki, İddiaçı öz ərizə və izahatında dəymiş ziyanın məbləğinin 336 manat məbləğində olduğunu qeyd etmişdir. Bu təqdirdə hadisəni törətmiş şəxslər tərəfindən oğurlanmış əmlakın dəyəri beş yüz manatdan az olduğundan onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan dələduzluq yolu ilə xırda talamanın tərkibinin yarandığı müəyyən edilmişdir. Daha sonra onun şikayət ərizəsi, ona əlavə edilmiş sənədlər və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla birgə, Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X2 təqdim olunaraq və zəruri tədbirlərin görülməsihəvalə edilmişdir. Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X4, Cavabdeh İddiaçı 336 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsini təqsirli bilərək, onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş, 26 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati protokol tərtib etmişdir. Həmin protokol 26 iyul 2024-cü il tarixdə baxılması üçün məhkəməyə təqdim olunmuşdur. X3 sədrliyi ilə 26 iyul 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati protokola baxılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiqa edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən bir daha da sübuta yetirilir ki, Cavabdeh tərəfindən ona 336 manat məbləğində ziyan vurulmuşdur.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Yasamal RPİ-nin 29-cu PB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, müraciətdə qeyd olunan xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, müraciətdə göstərdiyi məsələ mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ var.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 3848/2024 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinən və barəsində 350 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
9. 03.04.2024-cü il tarixli "xxxx" KB ASC-nin əməliyyat qəbzinə əsasən xx.xx.2024-cü il tarixdə 168 manat ödəniş həyata keçirilmişdir.
10. xx.xx.2024-cü il tarixli “m10” hesabının artırılmasına dair qəbzə əsasən 170 manat ödəniş edilmişdir.
11. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, ... cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 10 may 2024-cü il tarixdə İddiaçı 336 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmiş, onun təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda İddiaçı ona dəymiş 336 manat məbləğində ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir.
21. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3848/2024 saylı qərarı ilə Cavabdeh İddiaçı 337 manat məbləğində maddi ziyan vurması sübuta yetirilmişdir.
22. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 336 (üç yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 336 (üç yüz otuz altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil