Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4923/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs olmaqla vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama, ərizənin geri götürülməsi barədə ərizə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs olmaqla vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Ərizə tələbi
1. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş icraata qəbul edilmiş, məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
3. xx.xx.2025-ci il tarixdə ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
6. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxsin də işə baxılması yönündə iradə ifadəsi mövcud deyil.
7. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs olmaqla vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə