Məhkəmə qərarları › İş №2(004)-4955/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4955/2025

15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4955/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X14, İddiaçı Suraxanı rayon İcra şöbəsi və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Surxayov X13 rayon İcra şöbəsi və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin mütəxəssisi Mərahim İbrahimov tərəfindən X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 49.30 kv.m olan zirzəminin 90.000 (doxsan min) manat dəyərində olmasını əks etdirən xx.xx.2024-cü il tarixli, 73 nömrəli hesabatın ləğv olunmasını və həmin əmlakın yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinə əlavə edilmiş: Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəndən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 73 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, toplanmış məlumatlara, aparılan təhlil, hesablamalara istinad edərək tərtib edilən hesabatdan məlum olur ki, X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 saylı evin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 90.000 manat təşkil edir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən “X8” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli “hərracın keçirilməsinə dair” Sifarişin məzmunundan görünür ki, X1 38534 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa borclu X3 205.6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə icraat zamanı icra məmurunun təqdimatı əsasında borclu X4 müikiyyətində olan ünvan 3 ünvanında yerləşən 49.30 kv.m zirzəminin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmuş, 90000 manat dəyərində qiymətləndirilmişdir. Hal-hazırda icra sənədi üzrə qalıq borc ümumilikdə 38739.60 manat təşkil edir. Ümumi məbləğdən tutulacaq 7% icra ödənişi 2711.78 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq borclu X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.30 kv.m zirzəminin satışının təmin oiunması məqsədi ilə hərracın keçirilməsinin təşkil edilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. “Təkrar hərracın baş tutmaması barədə” **********43155712 nömrəli 25 fevral 2025-ci il tarixli Protokoldan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e71502/2022- 18-10 saylı, xx.xx.2022 tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, 8 nömrəli evin Bakı şəhəri Suraxanı rayon icra şöbəsi icra məmuru Rövşən Əliyevin sifarişi əsasında elektron hərracda satılması ilə bağlı keçirilən hərrac iştirakçı olmadığından baş tutmamışdır. Hazırda İddiaçı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırki iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İstinad edilən Qanunun 26-cı maddəsinə əsasən, həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmçinin “İcra haqqında” Qanunun: 53.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasəm, İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə bildirir ki, qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından və ya onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Hazırki iddia ərizəsində əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbini qoymuşdur. Lakin hazırki iş Suraxanı İcra və Probasiya şöbəsinin icraatında olmaqla, icra məmuru tərəfindən icra hərəkətləri davam etdirilir və icraat yekunlaşdırılmamışdır. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələblər məhkəmə tərəfindən icra icraatı çərçivəsində baxılmalı məsələlərdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə, həmçinin icra üsulunun dəyişdirilməsi barədə məsələlələrə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə də, müəyyən edilir ki, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət məhkəmə araşdırmasının tərkib hissəsi sayılır və həmin məsələ ilə bağlı icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə şikayətlə müraciət edilməli, həmçinin İddiaçı məhkəməyə iddia ərizəsi ilə deyil, icra məmurunun qərarlarından, yaxud icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət formasında məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlilidir. Azərbaycan Respublikası MPM-in: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Suraxanı rayon İcra şöbəsi və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı izah edilsin ki, ərizədə qeyd edilən məsələ ilə əlaqədar icra icraatı qaydasında məhkəmə aktını qəbul etmiş məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar