Məhkəmə qərarları › İş №2(004)-498/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-498/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-498/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin Səbail Rayon İcra Şöbəsinin sifarişi əsasında xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı 07 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən hərracın yekunları barədə Y-405/22 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə ondan Maraqlı şəxs xeyrinə 28 dekabr 2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən 344460 manat pulun tutulması qət edilmişdir. Bundan sonra qətnamənin icrası Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı 25 iyun 2018-ci il tarixli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən evin ona aid hissəsinə 6/24 yönləndirilmişdir. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC Səbail rayon icra şöbəsinin sifarişi əsasən 27 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-1539/2015 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxarıda göstərilən əmlakın son satış qiyməti 80000 manat məbləğində göstərilmişdir. Alıcı qismində isə Maraqlı şəxs göstərilmişdir. Ancaq "xxxx" MMC hərracı keçirərəkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan mülkiyyətində olan ünvan 1 saylı evin 6/24 hissəsi 80000 manata Maraqlı şəxs satmışdır. Bu da onu göstərir ki, "xxxx" MMC İpoteka haqqında Azərbaycan Respublikasının Qanununu pozmuşdur. Bundan əlavə hərracın tekunları barədə Y-405/22 nömrəli 23 noyabr 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən, lakin Səbail rayon məhkəməsinin qərardadı olduğu halda. Bu da hərracın qanunsuz olması və protokolun ləğvi üçün əsasdır. "xxxx" MMC tərəfindən hərracın yekunları barədə protokol tərəflərə göndərilməli olsa belə bu barədə ona məlumat verilməmiş və göndərilməmişdir. Bu da onların mülkiyyətçiyə və əsas borclu olaraq onlara qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Yuxarıda qeyd etdiyi bütün nöqsanlar hərracın qanunsuz keçirildiyin göstərir. Daha sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı (borclu) Mirzəyev Elхan ilə aralarında 2015-ci ildən bəri, Səbail rayon İcra Şöbəsinin borclunun хeyrinə qanunsuz müdaхilələri ilə süründürməçiliyə məruz qalmişdır. Ayrı-ayrı səlahiyyətli orqanlara 3700 şikayət ərizəsi rəsmi orqanlarda baхılmışdır. İddia ərizəsində iddiaçi yazir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 sayli xx.xx.2015-ci il tariхli qətnaməsinə istinadən, Hərracın yekunlari barədə Y-405/22 nömrəli xx.xx.2022 tarixli Protokolda Səbail rayon əvəzinə (Lənkaran) rayon məhkəməsi qeyd edilmişdir. Rəsmi Arayışlarda və yaхud hüquqi Sənədlərdə yanlışlıqların aradan qaldırılması üçün kifayət qədər əsaslar vardır və belə yanlışlıqların vətəndaşların əldə etdiyi mülkiyyət hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitamına yönəldilməsi barədə ümumiləşdirilmiş məhkəmə tərübəsi və presedenti yохdur. Protokolda Səbail rayon əvəzinə, Lənkaran rayon qeydinin aradan qaldırılması üçün “Bakı Hərrac Mərkəzi“ MMC-yə müraciət etmişdir. Yekun olaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı və cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 23 noyabr 2022-ci il tarixli Y-405/22 saylı Hərracın nəticələri haqqında yekun protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi, Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Səbail Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 150249/05 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (6/24) 80000 manat qiymətə Maraqlı şəxs satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi, Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Səbail Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 150249/05 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (6/24) 80000 manat qiymətə Maraqlı şəxs satılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən yaranmış ümumilikdə 344460 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Maraqlı şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1529/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(009)-492/2018 saylı və xx.xx.2018-ci il tarixli 8(009)-491/2018 saylı qərardadları ilə borclu İddiaçı adına olan üzərinə həbs qoyulmuş 3 əmlakla bağlı 1. “BMW” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2. Bakı şəhəri, Səbail rayonu, Sara Qədimova küçəsi, ev 12 (6/24 hissə); 3. ünvan 4i ünvanında yerləşən 0,7828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə qiymətləndirici cəlb etməklə tələbin həmin əmlaklara yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi Səbail Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Səbail Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 405/22 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifarişinə əsasən borclu İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin (6/24 hissəsi) xx.xx.2022-ci il tarixli protokolla tələbkar Maraqlı şəxs satılmışdır. Hərracın nəticələri haqqında yekun protokolda və müqavilədə satılan əmlak bölməsində səhvən yazılmış “Lənkəran Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” sözlərinin ”Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı” kimi oxunması xahiş olunmuşdur. İş materiallarında olan Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 49756/2018-xxxx/6249 saylı məktub və 17 sentyabr 2019-cu il tarixli qərarın icrasını təmin etmək məqsədi ilə ilkin satış qiyməti 80000 manat olan İddiaçı Bəşir oğluna məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış (6\24) evinin satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş verilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 8(009)-491/2018 saylı, 25 iyun 2018ci il tarixli qərardadına əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsi, ev 12 (6/24 hissə), ünvan 4ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1539/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən yaranmış ümumilikdə 344460 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Maraqlı şəxs ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə ekspert rəyindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinin qiymətləndirilməsi işi yerinə yetirilmiş və fərdi yaşayış evinin bazar dəyəri 80000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin sifarişçi Səbail Rayon İcra Şöbəsi, borclu İddiaçı və tələbkar Maraqlı şəxs Bəçir oğluna ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 405/22 nömrəli hərrac bildirişinin surətindən görünür ki, Səbail rayon icra və probasiya şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi ilkin satış qiyməti 80000 manat olmaqla 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı teleqramdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində İddiaçı ünvanladığı SS804677068AZ saylı göndəriş xx.xx.2022-ci il tarixdə təyinatı üzrə çatdırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı teleqramdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində İddiaçı ünvanladığı SS804677085AZ saylı göndəriş xx.xx.2022-ci il tarixdə təyinatı üzrə çatdırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı teleqramdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində Maraqlı şəxs ünvanladığı SS804677071AZ saylı göndəriş xx.xx.2022-ci il tarixdə təyinatı üzrə çatdırılmışdır. İş materiallarında olan “Market ” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli buraxılışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi ilkin satış qiyməti 80000 manat olmaqla 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Səbail rayon icra və probasiya şöbəsinin 49756/2018-xx-xx/2075 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi ilkin satış qiyməti 80000 manat olmaqla 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin xx.xx.2022xx.xx.2022-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evi 80000 manata Maraqlı şəxs tərəfindən 23 noyabr 2022-ci il tarixdə keçirilmiş hərracda əldə edilmişdir. Bununla bağlı, "xxxx" MMC-nin “Hərracın nəticələri haqqında” 23 noyabr 2022-ci il tarixli Y- 405/22 saylı yekun protokolu tərtib edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdlə ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzil ilkin satış qiyməti 80000 manat olmaqla hərraca çıxarılmışdır və Maraqlı şəxs 23 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracda iştirak edərək Bakı şəhəri, Səbail rayonu, S.Qədimova küçəsində yerləşən 12 saylı (6/24 hissəsi) fərdi yaşayış evini ilkin satış qiymətinə- 80000 manata almışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Səbail rayon İcra Şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar