Məhkəmə qərarları › İş №2(004)-50/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-50/2024

04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-50/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 QR-2646 saylı qiymətləndirmə hesabatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin 18 fevral 2020-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə: Cavabdeh2 QR-2646 saylı xx.xx.2020-ci il tarixli Qiymətləndirmə hesabatına, rəyinə əsasən, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin bazar dəyəri 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilmişdir. Halbuki sözügedən Qiymətləndirmə Hesabat obyektiv və düzgün qiymətləndirilməmişdir. Daşınmaz əmlakın dəyərini olduqca aşağı göstərilmişdir. Cavabdeh2 QR-2646 saylı Qiymətləndirmə Hesabatının nəticə hissəsində xüsusi qeyd olaraq “Mənzilin daxilinə baxış keçirilməsinə lazımi şərait yaradılmadığından, müəyyən edilə bilməyən, lakin qiymətə təsir göstərən xüsusiyyətlərinə görə mənzilin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır” qeydi göstərilmişdir. Bu da qiymətləndirmənin qeyri-obyektiv aparılmasının bir bariz nümunəsidir. Bu da Azərbaycan Milli Qiymətləndirmə Standartlarına və mövcud maddi hüquq normalarına ziddir. X2 təsviri hissəsindən göründüyü kimi daşınmaz əmlak olan mənzilin texniki xüsusiyyətləri yanlış göstərilmişdir. Bu da çox ehtimalla daşınmaz əmlakın bazar dəyərini qərəzli şəkildə dəyərindən aşağı göstərilmişdir. Bu da mənim mülkiyyət hüququmun pozulmasıdır. Milli Qiymətləndirmə Standartlarının 1.0-ci bəndinə əsasən Azərbaycan qanunvericiliyinə, beynəlxalq və milli qiymətləndirmə standartlarına əsaslanan əmlakın qiymətləndirilməsini vicdanlı və səriştəli, əvvəlcədən müəyyən fikrə gəlmiş, lazımi qaydada başa düşülən və təhrifə səbəb olmayan hesabatlar tərtib edən peşəkar qiymətləndiricilər həyata keçirilməlidir. Qiymətləndiricilər daim “qiymətləndirmə” peşəsinə olan ictimai inamın saxlanmasına və artmasına nail olmalıdırlar. Bu Standart Azərbaycan Respublikasında fəaliyyət göstərən qiymətləndiricinin peşəkar fəaliyyətinin etik və ya qeyri-etik olmasını müəyyənləşdirməyə imkan verən ümumi meyarları özündə əks etdirir. Daşınmaz əmlaka: ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilə “Qiymətləndiricilər” tərəfindən baxış keçirmədiyi halda müqayisəli tədqiqat belə aparılmamışdır. www.dashınmazemlak.az, www.tap.az, www.yeniemlak.az, www.vipemlak.az və digər internet mənbələrindən göründüyü kimi ona məxsus daşınmaz əmlakın dəyəri 700.000 (yetmiş min) manat deyil, ən azı 150.000 (yüz əlli min) manat təşkil edir. Daşınmaz Əmlakın yerləşdiyi ərazi, nəqliyyat vasitəsinin əlverişliliyi, mənzilin texniki xüsusiyyətləri, mənzilin sahəsi və digər qiymətə təsir edən amillər əmlakın dəyərini kifayət qədər artırır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə, Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən, Qiymətləndirici və sifarişçi bu Qanunun və qiymətləndirmə haqqında müqavilədə göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-ci maddəsinə görə, (1) Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (2) Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Qiymətləndirmə barədə rəyin surətini məhkəmə hazırlıq iclasında təqdim edəcəyik. Qiymətləndirmə rəyi barəsində 2023-cü ilin fevral ayında məlumatı olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Nizami Rayon İcra Şöbəsinə qarşı “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin 18 fevral 2020-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə: Cavabdeh2 QR- 2646 saylı xx.xx.2020-ci il tarixli Qiymətləndirmə hesabatına, rəyinə əsasən, mənim mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzilin bazar dəyəri 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilmişdir. Halbuki sözügedən Qiymətləndirmə Hesabat obyektiv və düzgün qiymətləndirilməmişdir. Daşınmaz əmlakın dəyərini olduqca aşağı göstərilmişdir. Cavabdeh2 QR-2646 saylı Qiymətləndirmə Hesabatının nəticə hissəsində xüsusi qeyd olaraq “Mənzilin daxilinə baxış keçirilməsinə lazımi şərait yaradılmadığından, müəyyən edilə bilməyən, lakin qiymətə təsir göstərən xüsusiyyətlərinə görə mənzilin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır” qeydi göstərilmişdir. Bu da qiymətləndirmənin qeyri-obyektiv aparılmasının bir bariz nümunəsidir. Bu da Azərbaycan Milli Qiymətləndirmə Standartlarına və mövcud maddi hüquq normalarına ziddir. X2 təsviri hissəsindən göründüyü kimi daşınmaz əmlak olan mənzilin texniki xüsusiyyətləri yanlış göstərilmişdir. Bu da çox ehtimalla daşınmaz əmlakın bazar dəyərini qərəzli şəkildə dəyərindən aşağı göstərilmişdir. Bu da onun mülkiyyət hüququnun pozulmasıdır. İddiaçı Cavabdeh2 QR-2646 saylı Qiymətləndirmə hesabatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı mülkiyyətində olan mənzil Cavabdeh2 QR-2646 saylı xx.xx.2020-ci il tarixli Qiymətləndirmə hesabatına, rəyinə əsasən 70000 manat məbləğində qiymətləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı hesabatın etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixədək müraciət etmək hüququ var idi. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə hesabatın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Nizami Rayon İcra Şöbəsinə qarşı “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 ərizəsinin məzmununa uyğun izahat verərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyərək, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-301/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı və X7 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı və X5 "xxxx" İKB ASC-nin xeyrinə 17.707,93 ABŞ dolları əsas, 13.076,43 ABŞ dolları faiz və 668.29 ABŞ dolları cərimə borcu, illik 5% faizlə hesablanmış 83.5 ABŞ dolları məbləğində zərər olmaqla, cəmi 31536.15 (otuz bir min beş yüz otuz altı dollar, on beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 52.41 kv.m ümumi sahədən ibarət 55 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" İKB ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, tutmanın mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması, "xxxx" İKB ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq cavabdehlər İddiaçı və X7 qaytarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4479/2019 saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(009)-301/2019 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5591/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4479/2019 saylı, 11 aprel 2019cu il tarixli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır. - Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı QXM/2646 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-301/219 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə, Səbail Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı və №10-06 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən, təqdim etdikləri sənədlər və qiymətləndirmə obyektinə aid məlumatları nəzərə alaraq, İddiaçı məxsus və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 55 saylı evin 6 saylı mənzilinin bazar dəyərinə uyğun qiymətləndirilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Mütəxəsisləri tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarın vəziyyətini xarakterizə edən operativ məlumatlardan, obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Qeyd: Qiymətləndirilən mənzilə baxışın keçirilməsi mümkün olmadığından qiymətləndirmə zamanı həmin ərazidəki analoji mənzillərin orta bazar qiymətinə əsasən qiyymətləndirilən əmlakın bazar dəyəri müəyyən edilmişdir. Apardıqları araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, İddiaçı məxsus və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 55 saylı evin 6 saylı mənzilin analoji bazar dəyəri 70000.0 (yetmiş min) manat müəyyən edilmişdir. - Hərracın nəticələri barədə Y-07 saylı, 22 aprel 2021-ci il tarixli protokoluna əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin tələbkar "xxxx" ASC-yə 44625 manata satılmasına dair, "xxxx" MMC ilə "xxxx" ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. - "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzili "xxxx" ASC 44625 manata almışdır. Əmlakın ilkin satış qiyməti 70000 manat olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil "xxxx" ASC-nin adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin Ç-ME/006 saylı, 21 avqust 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Əmlak Neftçilər m/s ilə Xalqlar Dostluğu m/s-nın ortasında əhalinin sıx olduğu ərazidə yerləşir. Mənzilin ümumi sahəsi çıxarışla 52.41 m2 olsada, texniki pasport ilə 57.40 m2 təşkil edir. Əmlakın qiymətləndirilməsi Texniki Pasporta əsasən aparılmışdır. Mənzilin daxili planında ciddi dəyişiklik edilməmişdir. Bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mənzilin xx.xx.2020-ci il tarixinə orta bazar dəyəri 97000 manatdır. - "xxxx" MMC-nin 001-09/SR/09-2023 saylı, 30 avqust 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən X1 və Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarının tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq "xxxx" ASC-yə məxsus ünvan 2 saylı binada ümumi sahəsi 52.41 kv.m olan 6 saylı mənzillə bağlı şəkillər və bazar araşdırması etmişdir. Daşınmaz əmlakın xx.xx.2020-ci il tarixinə bazar dəyərinin 68000 (altmış səkkiz min) manat müəyyən edilmişdir. - “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin "xxxx" ASC-yə ünvanladığı YDQM 099- 076/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli məktubuna əsasən apardıqları araşdırmalar, hesablamalar və təhlilər nəticəsində müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 52,41 kv.m sahədən ibarət 6 saylı mənzilin May 2020-ci il tarixinə olan bazar dəyəri 70,230 AZN (yetmiş min iki yüz otuz) müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/8452-9/8712 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 55 saylı evin ümumi sahəsi 52,41 kv.m olan 6 saylı mənzilinin 2020-ci ilin may ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 72300 manat, likvid qiyməti isə 65100 manat məbləğində müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-301/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı və X7 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı və X5 "xxxx" İKB ASC-nin xeyrinə 17.707,93 ABŞ dolları əsas, 13.076,43 ABŞ dolları faiz və 668.29 ABŞ dolları cərimə borcu, illik 5% faizlə hesablanmış 83.5 ABŞ dolları məbləğində zərər olmaqla, cəmi 31536.15 (otuz bir min beş yüz otuz altı dollar, on beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 52.41 kv.m ümumi sahədən ibarət 55 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" İKB ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, tutmanın mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması, "xxxx" İKB ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq cavabdehlər İddiaçı və X7 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4479/2019 saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5591/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İcra sənədi Cavabdeh1ndə icraata qəbul edilmiş və icra tədbirləri nəticəsində "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzili "xxxx" ASC 44625 manata almışdır. Hal-hazırda mübahisəli mənzil bankın mülkiyyətindədir. İddiaçı mənzilin düzgün qiymətləndirilmədiyini və Cavabdeh2 QR- 2646 saylı qiymətləndirmə hesabatın ləğv edilməsini tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iddiaçının mübahisəli əmlakın hərracda düzgün qiymətləndirilməməsi və qiymətin aşağı göstərilməsi ilə bağlı dəlillərə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-301/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmiş, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 18 fevral 2020-ci il tarixli qərarı ilə qiymətləndirmə aparılmış, qiymətləndirmə 2020-ci il üçün Cavabdeh2 MMC tərəfindən 70000 manat müəyyən edilmişdir. Hal-hazırda məhkəmə tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8452-9/8712 nömrəli, xx.xx.2024-cü il tarixli ekspetiza rəyinə əsasən də, mənzilin 2020-ci ilin may ayına olan orta bazar qiyməti, dəyəri təqribən 72300 manat, likvid dəyəri isə 65100 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, iddiaçı qiymətin daha yüksək olduğunu iddia etsə də, iş materiallarında və eksperiza rəyi ilə müəyyən olunmuşdur ki, evin ilkin satış qiyməti 70000 manat müəyyən olunmaqla, yəni düzgün qiymət müəyyənləşdirilmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Ç- ME/006 saylı, 21 avqust 2023-cü il tarixli qiymətləndirmə hesabatına münasibət bildirərək qeyd edir ki, həmin hesabat müvafiq məhkəmə qərardadı ilə əldə edilmədiyindən, məhkəmə həmin sübuta tənqidi yanaşır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi”nə dair iddiası rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbi ümumilikdə əsassız olduğu üçün rədd edildiyindən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin də müzakirə edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar