Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5004/2020 02.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı ”İddiaçı” MMC-nin cavabdehlər Cavabdeh9 və digərlərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı ”İddiaçı” MMC cavabdehlər Cavabdeh9 və digərlərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuşdur və ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən isə, iddia ərizəsində iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-bir ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilən cavabdehlərdən bəzilərinin adları natamam qeyd edilmiş (ata adı qeyd edilməmişdir). Belə olan halda məhkəmə qeyd edir ki, bu hal cavabdehlərin məhkəmə iclaslarında iştirakının təmin edilməməsinə və çəkişmə prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində bir-biri ilə əlaqəli olmayan bir çox tələblər birləşdirilmiş, iddia ərizəsində qeyd edilən 75 nəfər cavabdehdən müxtəlif məbləğlərdə kommunal borclarının tutularaq ”İddiaçı” MMC-nin xeyrinə ödənilməsi xahiş edilmişdir ki, bununla da bir-bir ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qayatarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı ”İddiaçı” MMC-nin cavabdehlər Cavabdeh9 və digərlərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(004)-5004/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5004/2020
02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver