Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-506/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X30 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X34 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37.000 (otuz yeddi min) Avro məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rusumunun tutularaq iddiaçı Frederik Steinbauerə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Frederik Steinbauer Cavabdehlə ünvan 1 ünvanda yaşayan qaynanası X3 faktiki nikah münasibətlərində olduğu X17 vasitəsi ilə tanış olmuşdur. X31 ona bildirmişdir ki, Cavabdeh qızıl ticarəti ilə məşğuldur. X37 Ştondanın qızıl satışından əldə olunacaq qazancın 80 faizini ona verəcəyi barədə Ştonda ilə razılıq əldə etmiş və bundan sonra həyat yoldaşı X8 ilə məsləhətləşərək, Cavabdeh ticarət dövriyyəsinin genişləndirməsi üçün pul vermək qərarına gəlmişlər. Bundan sonra şifahi razılaşma əsasında X37 Ştondaya xx.xx.2019-cu il tarixdə 7400 Avro, xx.xx.2019-cü il tarixdə 20.990 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1 1.310 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə isə 1.500 Avro vermişdir. Samir Nokolaydan soruşanda ki, qızılı haradan alır, o da Samirə 2 kq qızıl üçün sertifikat göstərərək demişdir ki, alıb-satdığı qızılların sertifikatı var. Bundan əlavə Nikolay ona demişdir ki, ondan qızıl- zinət əşyalarını alan kompaniyaların əməkdaşları 2 kq-dan az çəkidə qızıl almırlar. Onda isə 2 kq qızıl almaq üçün pul yoxdur, əlavə 37.000 Avro lazımdır. Samir də özündə o qədər pul olmadığını bildirməklə, X10 adını verərək, onda pul olduğunu bildirmişdir. Bu barədə X36 Steinbauerə demiş və X24 Ştondaya 37.000 Avro pul verməyə razı olmuşdur. Bu danışıqlardan sonra Frederik Steinbauer xx.xx.2019-cü il tarixdə “Rabitəbank”-dakı hesabından 37.000 Avro pul götürmüş və xx.xx.2019-cu il tarixdə Cavabdeh Samir X7 Bakı şəhərində yaşadığı evə gəlmiş və X11-dan götürdüyü 37.000 Avro pulu Samir Məmmədovun iştirakı ilə Cavabdeh vermiş və razılığa gəlmişlər ki, Frederik Steinbauer pulu istəyən zaman Nikolay pulu Frederikə qaytaracaqdır. 27 iyun 2019-cu il tarixdə Nokolay Ştonda öz şəxsiyyət vəsiqəsinin ksero surətinin arxasında Frederik Steinbauerin 17 may 2019-cu il tarixdə “Rabitəbank”-dakı hesabından 37.000 Avro pul götürüb 18 may 2019- cü il tarixdə borc olaraq ona verməsi və Frederik Steinbauerin ilk tələbi üzrə borcu ona qaytaracığı ilə bağlı üzərinə öhdəlik götürməsi barədə borc qəbzi yazıb imzalayaraq Frederik Steinbauerə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh onları aldadaraq pullarını ələ keçirmişdir. Odur ki, X31 və X9 ərizə ilə Bakı şəhəri Nərimanov rayon polis idarəsinə müraciət edərək Nokolay Ştondanın onları aldadaraq pullarını ələ keçirdiyini bildirmişlər. Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqatçısı Rafiq Ağəliyev xx.xx.2019- cu il tarixli qərarı ilə onların ərizəsi üzrə cinayət işinin başlanmasını rədd edərək, gəldiyi nəticəni Cavabdehmn əməlində cinayət tərkibinin olmaması ilə əsaslandıraraq, onların müraciətinin mülki-mübahisə xarakterli olduğu ilə məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Bundan sonra X31, X8 ilə birgə inddiaçı kimi pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 may 2021-cü il tarixli, 2(004)-980/2021 nömrəli qətnaməsi ilə onun tələbi tam təmin edilmişdir. Lakin cavabdehlər Cavabdeh və onun anası X18 Yasamal rayon məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(004)-980/2021 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsində baxılarkən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 may 2021-cü il tarixli, 2(004)- 980/2021 nömrəli qətnaməsi ona aid və və iddiaçı Samir Məmmədova aid hissədə ləğv edilərək, xx.xx.2022-ci il tarixli qərardadla Frederik Steinbauerin iddia tələbi ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsası ilə (Azərbaycan Respublikası MPM-nın 259.0.3-cü maddəsinə əsasən) baxılmamış saxlanılmış, lakin həmin qərardad iddiaçı Frederik Steinbauerə göndərilməmiş və hər-hansı qaydada ona verilməmişdir. Bu səbəbdən iddiaçı Frederik Steinbauerin iddia ərizəsinin Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmasından xəbəri olmamış, ümumiyyətlə həmin vaxtdan Bakı şəhərinə gəlmək imkanı olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, 2(004)-506/2025 saylı iş üzrə iddiaçı Frederik Şteynbauerin Cavabdeh “pul tələbinə” dair iddia ərizəsi iddia müddəti ötürməklə verildiyindən iddia müddəti tətbiq etməklə iddia ərizəsinin rədd edilməsinə (iddiadan imtina edərək icraata xitam verilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə X2 X12 Ştondanın 37.000 avro pul vəsaitini (borc pul aldığı və onun ilk tələbində borcu) qaytarmaması ilə bağlı Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi tələbetmə müddəti, yəni iddia müddətinin axımı 08 iyul 2019-cu il tarixdən başlayıb. Daha sonra xx.xx.2020-ci il tarixdə “pul tələbi”nə dair iddia ərizəsi ilə iddiaçılar X31, X8, Frederik Ştcynbauer tərəfindən Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. İşə hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə baxılmış və iş üzrə 2(004)-980/2021 saylı, xx.xx.2021 -ci i! tarixli qətnamə qəbul edilmişdir. 2(004)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-370/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Ən sonda isə xx.xx.2024-cü ildə eyni tələb üzrə iddiaçı Frederik Şteynbauer tərəfindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Hal- hazırda iş icraatdadır. Qeyd etmək istəyir ki, iddiaçının polis idarəsinə ərizə ilə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ümumilikdə 63 ay (5 il 3 ay) müddət keçmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və daha sonra iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsində davam edərək yekun qətnamə xx.xx.2022-ci ildə qəbul edilmişdir. Ümumilikdə bu müddət isə 15 ay təşkil edir. Göründüyü kimi iş üzrə iddiaçı Frederik Ştcynbauer polisə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən hazırda iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etdiyi xx.xx.2024cü il tarixədək olan müddət ərzində yalnız ilkin iddia üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılan xx.xx.2022-ci ilədək olan müddət ərzində hüquqlarını realizə etmişdir. İddia müddətinin axımının başlandığı ilk gündən (yəni, xx.xx.2019-cu ildən) hazırki iddia ərizəsi verilən günədək (yəni, xx.xx.2024-cü ilədək) olan müddətdən iddiaçının hüquqlarını realizə etdiyi müddəti (yəni, 15 ay) çıxsaq, bu müddət ümumilikdə 48 ay (4 il) təşkil edəcək. Beləliklə, hesablanan bu müddət iddia üzrə tələbetmə müddətinin ötürüldüyünü təsdiq edir. Belə olan halda iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüş hesab olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X31 ifadəsində, Frederikin onun həyat yoldaşının qızının əri olduğunu, 2018-ci ildən Nikolayı tanıdığını, qonşu olduqlarını, Nikolayın anasının xəstəliyinə görə, həmçinin İsveçrədə qızıl yatırımı etmək məqsədilə ondan pul istədiyini, qızıl yatırımı etmək üçün etibarlı adamlarının olduğunu deyərək onu inandırdığını, Nikolaya 35000 ABŞ dolları verdiyini, Nikolayın 3000 ABŞ dolları geri qaytardığını, qalan 32000 ABŞ dolları geri qaytarmadığını, daha sonra Nikolayın ondan satışın olması üçün əlavə pul istədiyini, Frederikə bu barədə dediyini, Frederikin Nikolaya 37000 Avro verdiyini, pulu verəndə video çəkdiklərini, videoda şahid kimi iştirak etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X35 ifadəsində, Frederikin Samirin qohumu olduğunu, Nikolayı Samir vasitəsilə tanıdığını, Frederikin 37000 avronu Nikolaya verdiyini, pulu verəndə gördüyünü, Nikolayın pulu alandan sonra banka getdiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X28 ifadəsində, Frederiki Minəvvər və Samirin vasitəsilə tanıdığını, Nikolayı Minəvvərin evində gördüyünü və oradan tanıdığını, pulun Nikolaya Samirin evində verildiyini, Nikolayın pulu alandan sonra anasına verdiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X8 ifadəsində, Frederikin onun qızının əri olduğunu, Nikolayı Samirin vasitəsilə tanıdığını, Nikolayın anasının xəstəliyinə görə, həmçinin İsveçrədə qızıl yatırımı etmək məqsədilə Samirdən pul istədiyini, Frederikin pulu sayıb Nikolaya verdiyini, Nikolayın anasının oğlunun adından pulun qaytarılacağı barədə kağız verdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən X31 və X3 ərizələri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Təhqiqat araşdırması üzrə izahatı alınmış Cavabdeh X1 və X3 ərizələri ilə tanış olduqdan sonra qeyd etmişdir ki, o M.Qarayevadan hər hansı bir məbləğdə pul almamış və onun bu barədə yazdıqları həqiqətə uyğun deyil. Ancaq iş birliyi qurmaq üçün Samir Məmmədovdan hissə-hissə olmaqla 4-5 ay ərzində ümumilikdə 80.000 (səksən min) avro pul almışdır. S.Məmmədovla aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona pul verməli, o da 2 il ərzində qızıl-zinət əşyalarının ticarəti ilə məşğul olub qazancın 80 faizini S.Məmmədova verməli, 20 faizi isə özünə qalmalı olmuşdur. 2 ildən sonra S.Məmmədovdan almış olduğu pulu geri qaytarmalı olmuşdur. S.Məmmədovdan almış olduğu pullarla Bakı şəhərində ayrı-ayrı şəxslərdən qızıl-zinət əşyaları alıb sataraq qazanc əldə etmiş və S.Məmmədovla razılaşdığı kimi qazancın 80 faizini sonuncuya vermiş, 20 faizi özünə qalmışdır. 3-4 ay ərzində ticarətlə məşğul olmuş və təxminən bu müddət ərzində S.Məmmədova 25.000 (iyirimi beş min) avro qazanc vermişdir. 3-4 ay keçəndən sonra internetdə qızıl satışı ilə məşğul olan adı yadında qalmayan, internetdə hüquqi ünvanlarını X19 şəhərində yerləşdiyi qeyd olunmuş şirkətlə internet vasitəsi ilə əlaqə saxlamış və həmin şirkətdən qızıl- zinət əşyaları almaq üçün bir həftə ərzində şirkətə hissə-hissə olmaqla, ayrı-ayrı ödəniş məntəqələri vasitəsi ilə ümumilikdə 80.000 (səksən min) avroya yaxın məbləğdə pul göndərmişdir. Lakin şirkət tərəfindən ona göndəriləcək qızıl-zinət əşyaları göndərilməmiş və təxminən 10 gün keçəndən sonra həmin şirkətin saytı bağlanmışdır. Çox çalışmışdır ki, şirkətin əməkdaşlarını tapsın, ancaq tapa bilməmişdir. Digər şəxslər kimi o da aldandığını başa düşmüşdür. Bundan sonra S.Məmmədova bu barədə məlumat verib onun narahat olmamasını, əvvəlcədən danışdıqları kimi 2 il ərzində ondan almış olduğu 80.000 avro pulu qaytaracağım bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-980/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 32300 (otuz iki min üç yüz) ABŞ dolları və 8900 (səkkiz min doqquz yüz) Avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq, iddiaçı X17 xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 37000 (otuz yeddi min) Avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq, iddiaçı Frederik Şteynbauerin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar X22 və Frederik Şteynbauerə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-370/2022 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən, X29 tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarxili, 2(004)-980/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə qismən, yəni cavabdehlər Cavabdeh və X15 müştərək qaydada 8900 (səkkiz min doqquz yüz) Avro, X14 isə 32300 (otuz iki min üç yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq iddiaçı X17 xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın rədd edilməsi, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-370/2022 nömrəli qərardadına əsasən cavabdehlər Cavabdeh və X29 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarxili 2(004)- 980/2021 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 37000 (otuz yeddi min) Avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq iddiaçı Frederic Şteinbauerin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddia tələbi həmin hissədə Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən(ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunaraq imzası ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli borc qəbzinə əsasən Frederik Şteinbauerdən xx.xx.2019-cu il tarixdə 37000 Avro pul aldığını göstərmiş və ilk tələb etmə anında pulu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli hesabdan çıxarışa əsasən X20 adına olan **********552456001 hesab nömrəli, 541735XXXXXX4553 mastercard standart karta xx.xx.2019-cu il tarixdə 69,200.00 AZN hesaba mədaxil edilmişdir. Bundan başqa iş materiallarına X30 pulları sayıb Cavabdeh verdiyini əks etdirən video əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. X31 xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nərimanov RPİ-nə ərizə ilə müraciət edərək, Cavabdeh 2019-cu ilin fevral ayında ona müraciət edərək qızıl alqı-satqısı ilə məşğul olduğunu bildirib 18 may 2019-cu il tarixədək olan müddət ərzində ondan 44000 avro pul aldığını və söz verdiyi vaxtda qaytarmadığını bildirmiş, X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nərimanov RPİ-nə ərizə ilə müraciət edərək, Cavabdeh 18 may 2019-cu il tarixdə qızının əri Frederikdən 37000 avro borc pul aldığını və söz verdiyi vaxtda qaytarmadığını bildirmişdir. Tərəflər arasında olan mübahisə mülki hüquqi xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Daha sonra iddiaçılar X31, X8, X34 23 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh, X29, X5 61900 avro və 32000 ABŞ dollarının onların xeyrinə tutulmasını xahiş etmişlər. Qanunvericiliyin tələbinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, iddia müddətinin axımı kəsilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 32300 ABŞ dolları və 8900 Avro məbləğində pul tutularaq, iddiaçı X17 xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 37000 avro məbləğində pul tutularaq, iddiaçı Frederik Şteynbauerin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdehlər Cavabdeh və X29 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(004)-980/2021 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 37000 avro məbləğində pul tutularaq iddiaçı Frederic Şteinbauerin xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən (ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) baxılmamış saxlanılmışdır. Qanunvericiliyin tələbinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Daha sonra iddiaçı X34 25 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 37.000 avro məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Tarixlərə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Tərəflərin izahatları, şahid ifadələri, təqdim edilmiş sübutlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-980/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 370/2022 nömrəli mülki iş materialları əsasında müəyyən olunur ki, iddiaçı X34 Cavabdeh 18 may 2019-cu il tarixdə 37000 avro pul vəsaiti vermiş, Cavabdeh tərəfindən tərtib olunaraq imzası ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli əllə yazılmış qəbzdə X26 xx.xx.2019-cu il tarixdə 37000 avro pul aldığını və ilk tələb etmə anında pulu geri qaytaracağını qeyd etmiş, 2 gün sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh öz adına olan **********552456001 hesab nömrəli, 541735XXXXXX4553 mastercard standart karta 69,200.00 AZN hesaba mədaxil etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bütün məbləğ ayrı-ayrı ATM vasitəsi ilə hesabdan çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-370/2022 nömrəli mülki işin 168-ci səhifəsində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin 2-ci səhifəsinin 4-cü abzasında, xx.xx.2019-cu il tarixdə 37000 avro məbləğində pul vasitəsinin ona qızıl alınması üçün verildiyi, qeyd edilən həmin 37000 avro pulun ona borc verilmədiyini qeyd etmişdir. Nərimanov rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən təhqiqat araşdırması zamanı izahatı alınmış X6 Nikolay Vladimiroviçin 2 kq çəkidə qızıl almaq üçün ona əlavə 37000 avro pul lazım olduğunu bildirdiyini, həmin məbləğdə pulun onda olmadığını, lakin qeyri-rəsmi yaşadığı X4 yeznəsi Frederik Ştenbauerdə pul olduğunu, Frederikin onun vasitəsilə 37000 avro pulu X16 verməyə razılıq verdiyini, 18 may 2019-cü il tarixdə Frederikin yaşadığı evdə Frederikin onun vasitəsilə X16 37000 avro pul verdiyini bildirmişdir, X21 isə izahatında Samir Məmmədovdan hissə hissə olmaqla 4-5 ay ərzində ümumilikdə 80 000 avro pul aldığını, qızıl zinyət əşyaları almaq üçün internet vasitəsilə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən qızıl əşyaları satan şirkətə ayrı-ayrı ödəniş məntəqələri vasitəsilə ümumilikdə 80000 avroya yaxın məbləğdə pul göndərdiyini, sonradan şirkət tərəfindən aldadıldığını başa düşdüyünü, 2 il ərzində aldığı 80000 avro pulu Samir Məmmədova qaytaracağını bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, X21 Samir Məmmədovun vasitəsilə 37000 avro pul vəsaitini Frederik Ştenbauerdən almış,bu barədə özü tərəfindən tərtib edilən borc qəbzi vermişdir. Sonra həmin pul vəsaitini Cavabdeh "xxxx" ASC-də **********552456001 bank hesabına yerləşdirmiş, həmin vəsaiti müxtəlif ATM vasitəsiləxx.xx.2019-cu il tarixədək hisə hissə olmaqla çıxarmışdır. Həmin qəbzin tərtibində X13 Samir Məmmədov tərəfindən təzyiq altında tərtib edilməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X21 Frederik Ştenbauerdən 37000 avro pulu nağd şəkildə götürmüş və borcu qəbzi özü tərəfindən tərtib edilərək imzalanmışdır. Məhkəməyə təqdim edilmiş video götüntüdə Frederik Ştenbauer 37000 avro (500 evroluq kupyurlar) pulu saydıqdan sonra Samir Məmmədovun iştirakı ilə Cavabdeh önünə qoyulması prosesi əks olunmuşdur. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, 3 illik iddia müddətinin ötürülməsini qeyd etməsi də, cavabdeh tərəfin tərəflər arasında olan münasibətlərin borc münasibətləri olmasını qəbul etdiyini təsdiq edir. Borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərinə tam cavab verməsə də, tərəflərın aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə əsasən cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (qəbz üzrə) öhdəliyi yerinə yetirməmişdir. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rusumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 290 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 37000 avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və dövlət rüsumu olaraq ödənilmiş 290 manat məbləğində pul tutularaq iddiaçı X32 ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 37000 (otuz yeddi min) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və dövlət rüsumu olaraq ödənilmiş 290 (iki yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı X32 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-506/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-506/2025
29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver