Məhkəmə qərarları › İş №2(004)-5067/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5067/2020

04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5067/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunmaqla “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunmaqla “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi və mənəvi zərər görə 17000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 xx.xx.2019-cu il tarixdə səhər 08:30 radələrində hüquqi sənədi atasının mülkiyyətində olan “Kia Cerato” markalı **-NB-*** qeydiyyat nişanlı avtomobilini Ziya Bünyatov prospektindən Koroğlu metrosu istiqamətində hərəkət edərkən qəza törətməklə X2 “Chevrolet Aveo” markalı **-TP-*** qeydiyyat nişanlı avtomobilini arxadan vurduqdan sonra beton bardurları keçərək yolun əks istiqamətində ona məxsus “Wolsvagen markalı **-UV-*** qeydiyyat nişanlı avtomobilini əzməklə ona xeyli miqdarda zərər vurmuşdur. X3 etibarnaməsi olmadığından, hüquqsuz avtomobili idarə etdiyindən sığorta şirkəti tərəfindən də dəymiş ziyan üçün heç bir ödəniş olunmamışdır, vurulmuş maşının təmir edilməsini və ya dəyən zərərin əvəzini cavabdehdən tələb etsə də o, hər dəfə bir bəhanə gətirir və zərəri ödəməkdən yayınır. O, “Wolsvagen Euro LTD” şirkətinə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə onun nəqliyyat vasitəsinə baxış keçirilmiş və dəyən zərər hesablanmışdır. Keçirilən baxış zamanı zərərin ümumi dəyəri 22860 manat müəyyən edildi. Servisin aktında iş haqqı 3920 manat, ehtiyyat hissələrinin qiyməti 18940 manat, təmir xərcləri ümumilikdə 22860 manat olmuşdur. Oğluna hüquq vermədən avtomobili ona vermiş və nəticədə X5 hadisəni törətmişdir. Avtomobili onun özü idarə etməsini etiraf etmişdir. Avtomobilin sahibi guya yanında olmuşdur. Tamamilə yalan deyir, maşında tək olmuşdur, atası olmamışdır. Bu baxımdan da sığorta şirkəti nə ona, nə də ki, digər maşını əzilən Qənbərov Faiq Əlixan oğluna sığorta pulunu ödəməmişdir. Bundan sonra o, xx xxxxxx 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-663/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Belə ki, Cavabdeh vurulmuş maddi ziyana görə 7200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan əlavə keçirilmiş məhkəmə-əməəşünaslıq ekspertizanın xərci olan 120 manat məbləğində pulun Cavabdeh tutulması qət edilmişdir. Beləliklə də servisin arayışında da göründüyü kimi onun nəqliyyat vasitəsinə 22860 manat zərər dəydiyi halda məhkəmə yalnız 7200 manat tutularaq ödənilməsinə dair qətnamə çıxarmışdır. Cavabdeh ona xeyli miqdarda və mənəvi zərər vurmuşdur ki, o, xx.xx.2019-cu ildə bugünədək maşınsız qalmış, səhər gedəndə və işdən çıxanda taksi xidmətindən istifadə edir ki, bu da ona əlavə zərərdir. Bundan əlavə dəfələrə əsəb sarsıntısı keçirmişdir. Uzun müddətdir ki, artıq nevroloji müalicə alır. Bugünə kimi xeyli miqdarda dərmanlara pul xərcləmişdir. Ona dəymiş zərərin əvəzi olan 7200 manatı da hələki ona ödəməyib. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* saylı X6 Protokoldan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq, “Kia Cersto” markalı **-NB- *** qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Euro Style LTD tərəfindən veriilmiş Qüsur aktından görünür ki, “Volksvagen Polo” markalı avtomobilə dəymiş ümumi zərər 22860 manat hesablanmışdır. İş materiallarında olan X7 Haqqında Qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 2652 saylı, xx xxxx 2020-ci il tarixli Ekspert rəyindən görünür ki, zərərçəkmişə (İddiaçı) dəymiş ziyan 7200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-663/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh vurulmuş maddi ziyana görə 7200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-663/2020 saylı qətnaməsi ilə Cavabdeh vurulmuş maddi ziyana görə 7200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunmaqla “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh maddi və mənəvi zərər görə 17000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi iddiaçıya dəymiş ziyan məsələsi artıq həll edilmiş, qətnamədən apelyasiya şikayəti verilməmiş və iddiaçının izahatından da görünürdüyü kimi qətnamə artıq icra edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu ildən bugünədək maşınsız qaldığı, səhər gedəndə və işdən çıxanda taksi xidmətindən istifadə etdiyini və əsəb sarsıntısı keçirdiyi üçün nevroloji müalicə aldığını iddia edərək, 17000 manat məbləğində pul tələb etsə də, iş materiallarına bütün bunları sübut edəcək heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar