Məhkəmə qərarları › İş №2(004)-5108/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5108/2022

15.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5108/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi barəsində Cavabdeh MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə protokolunun ləğv edilməsi, işə mahiyyəti üzrə baxılanadək Azərbaycan Respublikası İxtisaslaşmış Əmtəə Birjasının həmin torpaqlar barəsində açıq hərrac keçirməsinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia tələbi üçün dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində işə mahiyyəti üzrə baxılanadək Azərbaycan Respublikası İxtisaslaşmış Əmtəə Birjasının həmin torpaqlar barəsində açıq hərrac keçirməsinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etdiyindən, hesab edirəm ki, həmin tələb iddia tələbi deyil, müvəqqəti təminat tədbiri olduğundan və müvəqqəti təminat tədbiri barədə ərizələrə ayrıca icraat qaydasında baxıldığından, tələbə iddia icraatı qaydasında baxıla bilməz. İddiçıya izah olunmalıdır ki, o, qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməklə ayrıca müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar