Məhkəmə qərarları › İş №2(004)-5131/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5131/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5131/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc, maddi və mənəvi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “borc, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə 28.07.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qalıq borcu 110425 manatın üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması, 600 manat əmlakın qiymətləndirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50000 manat vurulmuş mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı vəsatət verərək bildirir ki, Nərimanov Rayon Məhkəməsinin icraatında Cavabdehlər AR Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Bakı şəhər Yasamal rayon İcra Şöbəsi və İddiaçı qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-3088/2021 saylı mülki iş vardır. Bu səbəbdən hazırkı iddia tələbi və qeyd olunan iddia üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Odur ki, hazırkı mülki işin Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3088/2021 saylımülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 vəsatətin təmin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-3088/2021 saylı mülki işlə əlaqəli olduğundan, həmin iş Nərimanov rayon Məhkəməsinin icraatında olan işlə birlikdə bir icraatda birləşdirilərək baxılmalıdır. AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Həm Yasamal rayon Məhkəməsinin icraatında, həm Nərimanov rayon Məhkəməsinin icraatında olan mülki işlər üzrə tərəflər eyni olmaqla hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini Nərimanov rayon Məhkəməsinin icraatında olan mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş ilkin olaraq icraata götürülmüş və Nərimanov rayon Məhkəməsinin hakimi X1 icraatında olan 2(005)-3088/2021 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “borc, maddi və mənəvi ziyan” tələbinə dair 2(004)-5131/2021 saylı mülki iş, Nərimanov rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər AR Xammal və Əmtəə Birjasının "xxxx" MMC, Bakı şəhər Yasamal rayon İcra Şöbəsi və İddiaçı qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-3088/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin və baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar