Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-515/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təsərrüfatlararası Sənaye Tikinti Birliyinin xx.xx.1995-ci il tarixli, 37 saylı əmri ilə Cavabdeh Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 265 saylı əmri və xx.xx.1995-ci il tarixli 143 saylı əmri əsasında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə mənə satılmasına dair müqavilənin bağlanılmış hesab olunması və həmin müqavilənin etibarlı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Təsərrüfatlararası Sənaye Tikinti Birliyinin xx.xx.1995-ci il tarixli, 37 saylı əmri ilə Cavabdeh Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 265 saylı əmri və xx.xx.1995- ci il tarixli 143 saylı əmri əsasında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə iddiaçıya satılmışdır. Həmin əmrdə qiymətləndirmə komissiyasının hesabatına əsasən X10 (məndən) 12800000(on iki milyon səkkiz yüz min) manat alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi qeyd olunmuşdur. Tərəflər arasında xx.xx.1995-ci il tarixdə yazılı təhvil-təslim aktı tərtib olunmuşdur. Həmin təhvil-təslim aktında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə X13 (mənə) satılması və əvəzində X10 (məndən) 12800000(on iki milyon səkkiz yüz min) manat alınaraq birliyin kassasına mədaxil olunması öz təsdiqini tapmışdır. İddiaçı yuxarıda qeyd etdiyi sənədlərlə eyni zamanda TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə iddiaçıya verilmişdir. O zamandan bugünə qədər həmin tikili iddiaçının sahiblik və istifadəsindədir. TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə iddiaçıya satılarkən, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi, həmin tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradır və gözlənilən mülkiyyət hüququnu pozur. Cavabdeh ASC iddia ərizəsinə etiraz ünvanlayaraq iddanın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddia olunan əmlakın istər iddiaçının göstərdiyi dövrdə, istərsə dəhazırda kimə məxsus olması barədə sübut təqdim olunmamış, alqı-satqının əsas elementləri olan satılan əşyanın təqdim edilməsi və onun əvəzi olan pulun ödənilməsi barədə sənəd və qəbz təqdim olunmamışdır. Başqa sözlə əmlak alıcı İddiaçı mülkiyyətinə verilməmiş, eyni zamanda alıcı tərəfindən şərtləşdirilmiş qiymətin satıcının kassasına ödənilməsi barədə maliyyə qəbzinin mövcudluğu öz təsdiqini tapmır. Daşınmaz əmlaka dair alqı-satqının notariat qaydada təsdiq olunması tələb olunur. Hazırkı mübahisə üzrə tərəflər arasında ümumiyyətlə əqd bağlanmamış və müvafiq qaydada təsdiq olunmamışdır. Bundan başqa hazırkı iddia tələbi əsa olmayan cavabdehə qarşı yönəlmişdir. Hazırkı iddia ərizəsində cavabdeh kimi Azəraqrartikinti ASC-nin Göyçay filialı göstərilmişdir. Qanuna əsasən filiallar hüquqi şəxs sayılmır və məhkəmədə istər iddiaçı, istərsə də cavabdeh kimi iştirak edə bilməzlər. Daha sonra cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, 1995-ci ildə Azəraqrartikinti Dövlət Şirkəti dövlətə məxsus olduğundan və onun əmlakı özəlləşdirilmədiyindən Dövlət şirkəti, yaxud onun hər hansı struktur vahidləri tərəfindən əmlakların satışı üzrə aparılmış əməliyyatlar qeyri-qanuni olmuşdur. Eləcə də əgər Azəraqrartikinti Dövlət Şirkəti tərəfindən hər hansı sənəd tərtib olunmaqla R.K.Aliyevə satılmış olsa belə yuxarıda qeyd olunan səbəbdən qanunsuzdur. Həmçinin bildirilmişdir ki, Azəraqrartikinti ASC struktur bölmələri ilə birlidə səhmdar cəmiyyət kimi 1998-ci ilin mart ayında qeydiyyata alınmışdır. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (keçmiş Azəraqrartikinti Dövlət Şikrətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə, xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə iddiaçıya satılmasına dair aralarında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iş materiallarında olan aktdan, qəbzdən, arxiv arayışının məzmunundan aydın görünür ki, Azəraqrartikinti Dövlət Şirkətinin əmr və məktubuna əsasən tabeliyində olan Təsərrüfatlararası Sənaye və Tikinti Birliyinin 37№li əmri əsasında Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın satılmamış hissəsi, yəni 2-ci mərtəbəsi girişi ilə birlikdə xx.xx.1995-c il tarixdə X16 12800000(on iki milyon səkkiz yüz min) manata satılmışdır. Alqı-satqı aktla rəsmiləşdirilmiş, satıcı əmlakı alıcıya təhvil vermiş, alıcı 12800000(on iki milyon səkkiz yüz min) manat pulu satıcıya ödəmiş və əmlakı qəbul etmişdir. Aktla, qəbzlə, arxiv arayışında sadalanan faktlar öz təsdiqini tapsa da,cavabdehin nümayəndəsi etirazda bu faktları təhrif etmiş, formal mülahizələri ilə Mülki Məcəllənin təməl prinsipləri olan vicdanlılıq, ədalət prinsiplərinə diqqət etməməklə, hüquqdan sui-istifadəyə yol verilməməsinə əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Təsərrüfatlararası Sənaye Tikinti Birliyinin xx.xx.1995-ci il tarixli, 37 saylı əmri ilə Cavabdeh Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli, 265 saylı əmri və xx.xx.1995-ci il tarixli 143 saylı əmri əsasında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə iddiaçıya satılmışdır. Həmin əmrdə qiymətləndirmə komissiyasının hesabatına əsasən X10 12800000(on iki milyon səkkiz yüz min) manat alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi qeyd olunmuşdur. Tərəflər arasında xx.xx.1995-ci il tarixdə yazılı təhvil-təslim aktı tərtib olunmuşdur. Həmin təhvil-təslim aktında TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə X2 və əvəzində X10 12800000 (on iki milyon səkkiz yüz min) manat alınaraq birliyin kassasına mədaxil olunması öz təsdiqini tapmışdır. Yuxarıda qeyd etdiyim sənədlərlə eyni zamanda TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə iddiaçıya verildi. O zamandan bu günə qədər həmin tikili iddiaçının sahiblik və istifadəsindədir. TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə iddiaçıya satılarkən, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi, həmin tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradır və gözlənilən mülkiyyət hüququnu pozur. Əlavə olaraq bildirirəm ki, 63-cü ildə X4 yaradılıb, icrayə komitəsi yer ayırıb və öz vəsaiti hesabına hər mərtəbəsində 4 otaqdan ibarət 2 mərtəbəli inzibati bina işna etmişdir. lakin 80-cı illərin axırlarında Kalxoz qurluşu dağıldığına görə adı dəyişilərək «Təsərrüfatlararası Sənaye Tikinti Birliyi» rəhbərliyi isə Bakı şəhəri Cavabdeh Dövlət Şirkəti olmuşdur. 96-cı ildə isə Cavabdeh Dövlət Şirkəti Cavabdeh ASC ilə əvəz olunmuşdur. Bundan sonra Dövlət Şirkəti öz vəsaiti hesabına inşa etdiyi həmin binanın satılması ilə bağlı 265 saylı əmr imzalamışdır. Bundan sonra Cavabdeh Birliyinin rəisi həmin əmr əsasında 40 saylı əmr imzalamışdır. Həmin əmrdə üç nəfərdir baş mühasib, kasir və başqa bir nəfər. Həmin şəxslər binanı 12800000 (on iki milyon səkkiz yüz min) manat məbləğində qiymətləndiriblər. Bundan sonra iddiaçı ilə şirkət arasında razılaşma olur, lakin mülkiyyətlərində olmadığından alqı-satqı edə bilmirlər, bunu sadə yazılı formada aktla rəsmiləşdirirlər. Həmin aktda 37 nömrəli xx.xx.1995-ci il tarixli əmrin icrasını təmin etmək məqsədilə ünvan 2 ünvanda yerləşən binanın 2-ci mərtəbəsi girişi ilə birlikdə həmin küçədə yaşayan X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılması və X11 12800000 (on iki milyon səkkiz yüz min) manatı kassanın hesabına ödənilməsi, həmin qeyri-yaşayış sahəsinin X13 təhvil verilməsi qeyd olunmuş və aktı imzaları ilə təsdiq etmişlər. Bundan sonra daha bir iltizam möhürlə, imza ilə tərtib olunmuşdur ki, həmin məbləği qəbul etmişlər. Artıq 28-29 ildir ki, həmin qeyri-yaşayış sahəsi X11 istifadəsindədir və bu günə kimi, bunu heç kim mübahisələndəirməmiş və buna etiraz etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, o, 1995-ci ilin mart ayından Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işləmişdir. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kalxozlararası təsərüfat sahəsi olmmuşdur. Onların vəzifəsi kalxozlarda ferma tikmək və pambıq sahələri ilə məşğul olmaq idi. Lakin dövlət tərəfindən onlara heç bir maddi vəsait xərclənmirdi. Çünki o vaxtı onlar öz vəsaitləri hesabına maliyələşirdi. Baş idarəyə məktub yazılıb razılıq aldıqdan sonra Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmışdır. Həmin məbləğdən baş idarəyə və işçilərin əmək haqqılarını ödəmişlər. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC (keçmiş Cavabdeh Dövlət Şirkəti) tərəfindən X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmasını təsdiq edir. Nümayəndə və vəkilin suallarına cavab olaraq şahid S.S.Vəliyev bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 60-cı illərdə tikilmiş binadır. Kalxozlararası sistem öz vəsaiti hesabına maliyyələşimiş, digər yerdən maliyyələşmirmiş. Həmin binanın sifarişçisi də elə həmin qurum olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq şahid X14 bildirmişdir ki, 1995-ci ilin mart ayından Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işləmişdir, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kalxozlararası təsərüfat sahəsi olmuşdur. Onların vəzifəsi kalxozlarda ferma tikmək və pambıq sahələri ilə məşğul olmaq olmuşdur. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi X13 12800000 (on iki milyon səkkiz yüz min) manata satılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 may 2012-ci il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon ZDS icraiyyə komitəsinin 08 aprel 1960-cı il tarixli iclas protokolundan çıxarışa əsasən Göyçay rayon ZDS icraiyyə komitəsi Göyçay Rayon kolxozlararası tikinti şurası idarəsinə baza tikmək üçün Kirov adına kolxozun ictimailəşdirilmiş torpaq sahəsindən bir hektar yarım verilməsi haqqında həmin kolxozun 22 mart 1960-cı il tarixli ümumi iclasının qərarının təsdiq edilməsi, həmin sahənin kolxozun dövlət torpaq kitabından çıxarılması qərara alınmışdır. 18 aprel 2019-cu il tarixli Təsərrüfatlararası Sənaye Tikinti Birliyi üzrə əmr kitabından çıxarışı əks etdirən arxiv arayışından görünür ki, 01 avqust 1995-ci il tarixli 37№-li əmrə əsasən “Azəraqrartikinti" Dövlət şirkətinin xx.xx.1994-cü il 265 №li əmrini və 143 №li 14 iyul 1995-ci il tarixli məktubu əsas tutaraq TSTB-nin rəisi TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsinin, yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən Natavan küçəsi 2a ünvanında yaşayan X2, qiymətləndirmə komissiyasının hesabatına əsasən X10 12800000(on iki milyon səkkiz yüz min) manatın alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi, baş mühasib Vəliyev S.S oğluna binanın satışından əldə olunan 20800000(iyirmi milyon səkkiz yüz min) manat vəsaitin 5000000(beş milyon) manatının "xxxx" şirkətinin hesablaşma hesabına ödəməsinin tapşırılması, qalan hissəsi 15800000(on beş milyon səkkiz yüz min) manatın ixtisar olunan işçilərin əmək haqlarına və son hesablaşmalarının ödənilməsinə sərf olunması əmr edilmişdir. 01 avqust 1995-ci il tarixli aktan görünür ki, aktı imza edən komissiya üzvləri və sədri aktı tərtib etmişlər ona görə ki, 01 avqust 1995-ci il tarixli 37№li əmrin icrasını təmin etmək məqsədilə TSTB-nin Natəvan küçəsi 2 ünvanında yerləşən idarə binasının 2-ci mərtəbəsini girişi ilə birlikdə X17 12800000 (on iki milyon səkkiz yüz min) manata satmışlar. X20 qeyd olunan məbləğə binanın 2-ci mərtəbəsini razılaşaraq almış və məbləği ödəyərək tikintini qəbul etdiyini imzası ilə təsdiq etmişdir. X6 Tikinti birliyinin xəzinədarlığına pul vəsaitinin qəbul olunmasına dair qəbzdən görünür ki, X10 12800000 (on iki milyon səkkiz yün min) manat qəbul edilərək xəzinəyə mədaxil edilməsi imzalarla təsdiq edilmişdir. Ağsu RQİİ tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X1 Rasim Kalbış oğlunun verdiyi etibarnamə əsasında ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsini Ağsu RQİİ-nin Göyçay Xidmət sahəsinə icarəyə vermişdir. X5 hər ay 1250 manat bank hesabına, 203,49 manat isə dövlət büdcəsinə ödəmə mənbəyindən gəlir vergisi, ümumilikdə 1453,49 manat ödənilməkdədir. İcarəyə verən X11 etibarnamə üzrə nümayəndəsi X7 ilə icarəçi Ağsu RQİİ arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Gpyçay şəhəri, Natəvan küçəsi 2 ünvanında yerləşən 2 mərtəbəli 367 m2 sahəli bina və 1500 m2 həyətyanı sahəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı 1 təqvim ayı üçün 1453,49 manat, 12 təqvim ayı üçün isə 17441,88 manat müəyyən edilmişdir. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən X13 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Göyçay RİH başçısının Göyçay şəhəri inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən, “Kolxozlararası Tikinti” İdarəsinin sonradan struktur dəyişikliyik olaraq Azəraqrar Tikinti Dövlət Şirkətinin ünvan 7 ünvanda yerləşir. 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Azəraqrartikinti ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanına dair balans saxlayıcı İqtisadi İnkişaf Nazirliyi olmaqla Göyçay 67 saylı X3 adına AR İqtisadi İnkişaf Nazirliyi 01 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosunun xx.xx.2003-cü il tarixli, 9236 inventar nömrəli texniki parpost tərtib edilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, X8 şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən binanın qalan hissəsini yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən 12800000(on iki milyon səkkiz yüz min) manata almış, tərəflər arasında bununla bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, əmr və akt tərtib edilmişdir. Həmin vaxtdan da iddiaçı qeyd edilən əmlakı istifadə edir, ona sahiblik edir. Qeyd edilən əmlakın alınmasını iş materiallarında olan əmr, İddiaçı tərəfindən 12800000(on iki milyon səkkiz yüz min) manatın ödənilməsini təsdiq edən qəbz, şahid ifadəsi də təsdiq edir. Məhkəmə tərəflərin müqavilə azadlığı hüququnun olmasını, iradə ifadəsinin formalaşmasına əsas olmuş tərəflər arasında olmuş müqaviləyə qədərki razılaşmanı (pul məbləğinin köçürülməsi, əmlakın verilməsi barədə əmr), tərəflər arasındakı sonrakı hərəkətləri (pulun qəbul edilməsini, əmlakın iddiaçıya verilməsini) nəzərə alaraq hesab edir ki, tərəflər arasında müqavilə bağlanmış hesab edilməlidir. Məhkəmə xatırladır ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X15rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında şifahı şəkildə bağlanmış alqısatqı müqaviləsi və buna müvafiq olaraq verilmiş akt və əmr 1995-ci ilə təsadüf etdiyi üçün həmin vaxt qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilməli və həmin normalara müvafiq olaraq müqavilə bağlanmış hesab edilməlidir. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Mülki hüquq subyektləri müqavilələri istənilən formada yazılı və ya şifahi bağlaya bilərlər. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Məhkəmə cavabdehin tərəflər arasında müqavilə olmaması və notariat qaydada təsdiqlənməməsi barədə etiraz ərizəsində bildirdiklərinə münasibətdə qeyd edir ki, alqı satqı zamanı qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin İİ bəndinə əsasən tərəflədən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab edə bilər. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında qeyd edilmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Alqı-satqı zamanı qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alqı-satqı zamanı qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Alqı-satqı zamanı qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153-cü maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarını və onların şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə İddiaçı satılması və beləliklə tərəflər arasında şifahi müqavilə bağlanması tam olaraq sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə İddiaçı satılmasına dair İddiaçı ilə Cavabdeh ASC arasında alqı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə İddiaçı satılmasına dair İddiaçı ilə Cavabdeh ASC arasında alqı-satqı müqaviləsi bağlanmış hesab olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-515/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-515/2024
09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver