Məhkəmə qərarları › İş №2(004)-5170/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5170/2025

29.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5170/2025 29.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “evin sökülməsi zamanı veriləcək kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “evin sökülməsi zamanı veriləcək kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan ümumi sahəsi 79,8 kv.m. olan həmin evin sökülməsi zamanı veriləcək kompensasiya məbləğinin Cavabdeh tərəfindən alınaraq ona verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. İddiaçı iddia ərizəsində gələcəkdə evin sökülməsi zamanı veriləcək kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi iddiaçı gələcəkdə pozula biləcək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, hazırki halda iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu mümkün olunsun. Eyni zamanda, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə dövlət rüsumu ödənilməmişdir. Həmçinin, iddiaçı tərəfindən dövlət rüsumundan azad etmə ilə bağlı hüquqi əsaslara dair sübut əlavə olunsa da, həmin vəsiqənin etibarlıq müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Bundan başqa AZEMİS elektron çıxarışın Qaçqın və ya məcburi köçkün statusuna dair məlumatlar İddiaçı barəsində məlumat aşkar edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş 27 saylı MKİS-nin arayışı isə şəxsin qaçqın və ya məcburi köçkün statusuna malik olmasını təsdiq edən sənəd deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “evin sökülməsi zamanı veriləcək kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar