Məhkəmə qərarları › İş №2(004)-5174/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5174/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5174/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna, Rüstəmova Fidan Rövşən qızına, X1, Cavabdeh2 MTK-ya qarşı aktın qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icra edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna, Rüstəmova Fidan Rövşən qızına, X1, Cavabdeh2 MTK-ya qarşı aktın qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, İddiaçı öz iddia ərizəsi iə məhkəmədən Cavabdeh1 aktının qanunsuz hessab edilməsi, icra sənədinin yenidən icra edilməsi və icra sənədindən qeyd edilən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 52 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Yuxarda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinin xahiş hissəsində göstərdiyi tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddiaçıya icra icraatı qaydasına Cavabdeh1nə müraciət etməsi tövsiyə olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna, Rüstəmova Fidan Rövşən qızına, X1, Cavabdeh2 MTK-ya qarşı aktın qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icra edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya aidiyyəti üzrə müvafiq orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar