Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5175/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X1 Mərkəzi” MMC-yə qarşı “borcun daşınmaz əmlaka yönəldilməsi və pul ” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X1 Mərkəzi” MMC-yə qarşı “borcun daşınmaz əmlaka yönəldilməsi və pul ” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 149.2.2-ci maddəsinə əsasən ....cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 (yüz) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli qəbzə əsasən müəyyən edilir ki, iddia ərizəsi üzrə 71 (yetmiş bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçılara izah edir ki, iddia tələbi “borcun daşınmaz əmlaka yönəldilməsi” hissəsində qiymətləndirilməyən iddia hesab edilir. Bu səbəbdən, iddiaçılar tərəfindən ödənilən dövlət rüsumu 100 manat olmalı olduğu halda, rüsum tələb olunan miqdardan az, yəni 71 manat ödənilmişdir. Bundan əlavə, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 rəsmi qeydiyyatda olduqları ünvanın Yasamal rayonu ərazisi olmadığı müəyyən edilmiş, lakin digər cavabdeh “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanını müəyyən etmək mümkün olmamışdır. Bu səbədən iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün verilibverilməməsini müəyyən etmək mümkün deyildir. İddiaçılara izah olunur ki, cavabdeh “X1 Mərkəzi” MMC-yə məxsus VÖEN məhkəməyə təqdim edilməlidir. Həmçinin, iddiaçının iddia tələbinin nəticə hissəsi qeyri-müəyyən, anlaşılmaz formada tərtib edilməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçılara izah edir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X1 Mərkəzi” MMC-yə qarşı “borcun daşınmaz əmlaka yönəldilməsi və pul ” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 71 (yetmiş bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5175/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5175/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver