Məhkəmə qərarları › İş №2(004)-52/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-52/2024

31.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-52/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 Bəhram oğlu və İddiaçı5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı ev iddiaçılar və cavabdehin paylı mülkiyyətindədir. Sözügedən əmlak faktiki olaraq naturada ayrılmışdır. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçılar İddiaçı1, İddiaçı3 Bəhram oğlu və İddiaçı5 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişlər. Digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan mənzil İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və Cavabdeh paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan mənzildən İddiaçı1, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı2 və İddiaçı5 paylarının iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyini əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xüsusatlar əsas götürülməklə məhkəmə nəzərə alır ki, sözügedən daşınmaz əmlak paylı mülkiyyətçilər tərəfindən faktiki olaraq ayrılmışdır. Hazırki iddia tələbi ilə faktiki ayrılmanın leqallaşdırılması xarakteri daşıyır. Əmlakın naturada ayrılması yolu ilə mülkiyətçilərin mülkiyyət hüquqlarının operativ təminatı təşkil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə xərcinin tərəf(lər)dən tutulması mülki prosessual qanunvericiliyin imperativ (məcburi) tələbidir. Məhkəmənin həmin hissədə alternativ hərəkət etmək imkanı qanunla məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,06090 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 532.2 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməli, İddiaçı2 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,06090 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 66.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməli, İddiaçı3 Bəhram oğlunun 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,06090 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməli, İddiaçı4 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,06090 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməli və İddiaçı5 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,06090 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 116.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməlidir. Naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq iş materiallarına əlavə edilmiş sxemə uyğun həyata keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı1 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 532.2 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilsin. İddiaçı2 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 66.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilsin İddiaçı3 Bəhram oğlunun 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilsin. İddiaçı4 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilsin. İddiaçı5 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 116.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkan qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilsin. Naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq iş materiallarına əlavə edilmiş sxemə uyğun həyata keçirilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar