Məhkəmə qərarları › İş №2(004)-5204/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5204/2020

02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5204/2020 02.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, X1 Talqatovnanın maraqlı şəxs Yasamal Rayon Prokurorluğuna qarşı “şikayətlərinin Prokurorluqda araşdırılması və x xxxx 2020-ci il tarixli qərarın ləğv ediilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Talqatovna maraqlı şəxs Yasamal Rayon Prokurorluğuna qarşı “şikayətlərinin Prokurorluqda araşdırılması və x xxxx 2020-ci il tarixli qərarın ləğv ediilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı Yasamal rayon Prokuroluğuna qarşı iddia ərizəsi ilə müraciət edərək, x xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi, CM-nin 186, 308, 309, 322-ci maddələrini nəzərə alaraq tədbir görülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cinayət işin başlanmasının rədd edilməsi haqqında qərardan Cinayət Prosessual Məcəlləsinin 449-cu maddəsinə müvafiq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənləri və AR MPM-in 153-cü maddəni rəhdər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Talqatovnanın cavabdeh Yasamal Rayon Prokurorluğuna qarşı “şikayətlərinin Prokurorluqda araşdırılması və x xxxx 2020-ci il tarixli qərarın ləğv ediilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya cinayət işin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar