Məhkəmə qərarları › İş №2(004)-5277/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5277/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5277/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobili ona satdığına görə aldığı 600 manat pul və mənəvi zərərin əvəzi kimi 1500 manat, cəmi 2100 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı onun iddiaçı X5 ilə əvəz olunmasına razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 izahat verərək bildirir ki, pulunun geri qaytarmasını tələb edir. Bildirir ki, bütün günü işləyir ki, kreditə götürdüyü pulu qaytara bilsin. Oğlu üçün maşın almaq məqsədilə cavabdehə 350 manat əvvəlcə yazılı şəkildə verib, 250 manat isə daha sonra işdə vermişdir. Cavabdeh maşını geri götürmüş, pulu isə qaytarmır, pulu olanda qaytaracağını bildirsə də qaytarmır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı X6 və Cavabdeh imzaları ilə təsdiq olunmuş yazılı sənəddən müəyyən olunur ki, Cavabdeh “VAZ 2105” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 ikin olaraq 350 manat almaqla, 1600 manata satmışdır. İş materiallarında olan Xətai RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh izahat verərək bildirir ki, “VAZ 2107” markalı, 10-NG-74E dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə kredit formasında X4 1600 manata ilkin olaraq 350 manat ödəməklə satmışdır. İşin mübahisəsiz halı odur ki, iddiaçı cavabdehə avtomobilin alğı-satqısı üçün 350 manat pul ödəmişdir. Bu hal həm cavabdehin imzaladığı yazılı sənədlə, həm də cavabdehin Xətai RPİ-də verdiyi izahatla təsdiqini tapır. İddiaçı isə cavabdehdən 350 manatdan əlavə verdiyi 250 manat və mənəvi zərərin əvəzi kimi 1500 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni cavabdehdən 350 manat məbləğində pul tələbi hissəsində əsaslıdır. Çünki bu hissədə iddia tələbi iş materialları ilə sübut olunur. Lakin, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 250 manat məbləğində pulun verilməsi, o cümlədən cavabdehin hərəkətləri nəticəsində ona 1500 manat məbləğində mənəvi zərərin dəyməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul X1 xeyinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pul X1 xeyinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar