Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5283/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 30.600 (otuz min altı yüz) manat, mənəvi ziyana görə 10.000 (on min) manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildə yay aylarında yaxın ailə üzvləri ilə birgə Türkiyədə istirahətə getməyi planlaşdırarkən cavabdehin sosial şəbəkədə verdiyi elan görmüşdür. Daha sonra onunla əlaqə saxladıqda bacısı ilə onu ofisinə dəvət etmişdir. Onlara özünü "xxxx" şirkətinin satış üzrə meneceri kimi təqdim etmiş Cavabdeh özünü səyahətlərin təşkil edilməsində təcrübəsinin olduğuna, Türkiyədəki səyahət agentlikləri və otellərlə sıx əlaqələrinin olduğuna onları inandırmışdı. Onlara Antalya şəhərində “Rixos Sungate” otelində yerlər rezervə edəcəyini, avia bilet, sığorta məsələlərini şəxsən həll edəcəyini vəd etmişdir. 2019-cu ilin yanvar ayında o, bacısıyla cavabdehin “AF Mail” ticarət mərkəzində yerləşən ofisində cavabdehlə görüşmüşlər. Onlara cavabdehə ailə üzvlərinin (6 ailə - 17 nəfərdən ibarət) 2019- cu ilin avqust ayında Antalya şəhərində istirahətlərini təşkil etməsi üçün razılaşaraq hissə-hissə ödəyəcəyi şərtilə 22000 ABŞ dolları məbləğində vəsait ödəcəyini bildirmiş, həmin gün cavabdehə bacısı Aida Rəhmətovanın yanında 4500 ABŞ dolları məbləğində pul vəsaitini vermişdir. Aralarında heç bir müqavilə olmamışdır. O, yalnız cavabdehə inanaraq qeyd olunan məbləğləri onun istədiyi forma və müddətlərdə ona ödəmişdir. 2019-cu ilin fevral ayında Cavabdeh verdiyi bank hesabına 9350 azn manat ödəniş etmişdir. Daha sonralar ona müxtəlif vaxtlarda 10150 manat (5970 ABŞ dolları), 11100 manat (6530 ABŞ dolları) pul vəsaitini şəxsən vermişdir. Ödənişlərlə bağlı cavabdeh iddiaçıya hər dəfəsində onu inandırmaq məqsədilə müxtəlif formalarda hazırlanmış çek və qəbzlər təqdim etmişdir. Bütün işləri özünün təşkil etdiyini və səyahət üçün şəxsən özünün məsuliyyət daşıdığını ona bildirmişdir. 31 iyul 2019-cu ildə cavabdehlə səyahətdən öncə uşaqların sığorta məsələsi ilə bağlı danışmaq istədikdə, telefonuna zəng çatmamış, heç bir yerdə onu tapa bilməmişdir. Bundan sonra cavabdehin onu aldatdığından şübhələnməyə başlamış, elə həmin gün "Türkiyədə cavabdehin ona və ailə üzvləri üçün guya öncədən sifariş etdiyi “Rixos Sungate” oteli ilə əlaqə saxladıqda adlarına həmin oteldə bron edilmiş yerlərin olmadığı bildirilmişdir. O, bunu eşitdikdə şok keçirmiş, əsəbləri pozulmuş halda cavabdehin onu aldatmasına və aradan çıxmasına dair Yasamal Rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Həmin polis idarəsinin əməkdaşları cavabdehin tapıb ortaya çıxarılacağına ondan aldığı pulları qəpiyinə kimi ona qaytarılacağına iddiaçının arxayın etmişlər. Həmin vaxt o, ailə üzvlərinin qarşısında pis vəziyyətdə qalmışdır. Çünki uşaqlar da daxil olmaqla həvəslə istirahətə gedəcəkləri günü gözləmişlər. Bir təhər borc taparaq qohumların da yardımı ilə o və digər ailə üzvləri öz hesablarına avqust ayında Türkiyəyə getmişlər. Orada gərgin vəziyyətdə heç dincələ bilməmişdir. Cavabdeh onların səyahət xəyallarını alt-üst etmişdir. Avqust ayında o Bakıya döndükdən dərhal sonra polis idarəsi ilə əlaqə saxlayaraq izahat verməyə getmiş, polis əməkdaşları onun müraciətini araşdırdıqlarını bildirmişlər. Hətta onunla yanaşı Aqil adlı başqa bir vətəndaşın da Cavabdeh şikayətçi olduğu ona bildirilmişdir. O, həmin insanın dələduzluq əməllərinə, onu aldadaraq pullarını ələ keçirməsinə görə qanun qarşısında cavab verməsini və bununla bağlı cəzalandırılmasını çox istəmişdir. Lakin ona aydın olunan səbəblərdən Yasamal Rayon Polis İdarəsi tərəfindən 22 oktyabr 2019-cu ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Onun prokurorluğa etdiyi şikayətlər əsasında Yasamal Rayon Prokurorluğu tərəfindən də 24.06.2020-ci il tarixdə qərar qəbul edilmiş, guya Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, şikayətçilərin müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hər iki qərarda cavabdehin vermiş olduğu izahatda ondan 22.000 ABŞ dolları məbləğində pul vəsatini aldığını, həmin vəsaitin köhnə borclarını ödəmək üçün istifadə etdiyini, 17 nəfər üçün 4300 ABŞ dolları məbləğində aviabiletləri aldığını və ona 18.000 ABŞ dolları məbləğində pulu ödəməli olduğunu etiraf etmişdir. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində psixi cəhətdən əziyyət çəkmiş, dəfələrlə nevropatoloq müayinəsinə getmiş, müalicə almışdır. Cavabdeh bu günə kimi onun pullarını geri qaytarmamışdır. Beləliklə, cavabdeh tərəfindən ona 18.000 ABŞ dolları məbləğində (manatla 30.600 azn) maddi ziyan, 10.000 manat mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, sahibkar olduğu dövrdə bir çox işlər, əsasən də səyahətlərlə bağlı işlər görmüşdür. Dərman firmaları ilə və bəzi həkimlərlə konfranslar, simpodyumlar xaricdə təşkil olunurdu. Turizmdə də belə bir qayda-qanun var ki, koorporativ şirkətlər, məsələn Socar kimi şirkətlər ödənişləri sonradan ödəyirlər. Yəni ki, əvvəlcədən ödəniş etmirlər. Onlara fərdi, koorporativ müştərilər deyilir. Onlar iki-üç ayda bir ödəniş edirlər. Sevil xanımın bacısını şəhərdə, beşmərtəbə tərəfdə görmüş, özü yaxınlaşmış və Sevil xanımla necə əlaqə saxlaması, özünün bu problemi həll etmək istədiyini bildirmişdir. Respector şirkəti də Azərbaycanda tək ona yox, bir neçə şirkətlərə ziyan vurmuşdur. Həmin şirkətlər bugünki gündə öz pullarını alıblar. Bugünki gündə o, Azərbaycanı, heç Bakını tərk edə bilməz, Bu təbii ki, onun özünün problemidir. O, özü respektorla problemi nə vaxtsa həll edəcəkdir. O, hazırda işləməyə başlamış, aylıq gəliri 1000 manatdır. Himayəsində bir oğlu və xərçəng xəstəsi olan anası vardır. İddia tələbini 30600 (otuz min altı yüz) manat maddi ziyan hissəsində və 5000 (beş min) manat məbləğində mənəvi ziyan hissəsində qəbul edir və iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir və “iddia tələbinin qismən etiraf edilməsi”nə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 Cavabdeh tərəfindən onlara hər hansı bir müqavilə təqdim olunmadığını, 18.000 ABŞ dolları məbləğində pulu İddiaçı tərəfindən cavabdehə şəxsən ödəndiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş təhvil-təslim aktına əsasən müəyyən olunur ki, 22.01.2019-cu il tarixdə müştəri İddiaçı 4500 USD məbləğində pulu Antalya turpaketinə görə Aclass Travel MMC-nin satış üzrə meneceri Cavabdeh ödəniş təqdim etmişdir. İş materiallarında olan 22.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd qərarından müəyyən olunur ki, Yasamal Rayon Pİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik-leytenantı Ceyhun Kərimovun 22.10.2019-cu il tarixli qərarı ilə X4 və İddiaçı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 24.06.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarından, eyni zamanda, müəyyən olunur ki, Musayev X2 rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında İddiaçı 18.000 ABŞ dolları pul ödəməli olduğunu etiraf etmişdir. "xxxx" MMC-nin 02.06.2017-ci ildə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, təsisçisi Cavabdehdur. İş materiallarında olan ******* nömrəli qəbzdən görünür ki, İddiaçı 12.02.2019-cu il tarixdə 9350 manat məbləğində pulu tur paketin dəyəri təyinatı ilə "xxxx" MMC-nin hesabına ödəmişdir. İş materiallarında olan ******* nömrəli qəbzdən görünür ki, 18.03.2019-cu il tarixdə 10.150 manat məbləğində pul "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan kassa mədaxil orderinə dair Qəbzdən görünür ki, Rixos Sungate avqust tur paketi üçün 11.100 manat məbləğində pul 20.07.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş AZEMİS –dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunan “iddia tələbinin qismən etiraf edilməsi”nə dair ərizənin məzmunundan görünür ki, cavabdeh iddia tələbini 30.600 (otuz min altı yüz) manat maddi ziyan hissəsində və 5000 (beş min) manat məbləğində mənəvi ziyan hissəsində qəbul edir. Məhkəmə iş materiallarını və Cavabdeh “iddia tələbinin qismən etiraf edilməsi”nə dair ərizəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 30.600 (otuz min altı yüz) manat və mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə iddia tələbi qismən etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı Cavabdeh səyahətin təşkili üçün verdiyi pulun müqabilində həmin səyahətin təşkil edilməməsi, bunun nəticəsində mənəvi sarsıntı keçirməsi halı şübhəsizdir. Lakin məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 10000 manat kimi göstərilməsini çox olmaqla real qiymətləndirmir və hesab edir ki, işin diqqətəlayiq halları və cavabdehin bu hissədə qismən etirafı barədə ərizəsini nəzərə alınmaqla dəymiş mənəvi zərərin 5000 (beş min) manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə dair iddia tələbi cavabdehin öz etirafı ilə qismən öz təsdiqini tapdığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 30600 (otuz min altı yüz) manat və mənəvi ziyana görə 5000 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5283/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5283/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver