Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5300/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər görə 11736 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, həmçinin qaldırılmış mülki iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 21766 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin sahibi olaraq turizm fəaliyyəti ilə məşğul olur. Cavabdeh da bu fəaliyyət zamanı tanımışdır və onun da turizm fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. 2019-cu ilin yay aylarında Cavabdeh iddiaçıya müraciət edərək, ümumi portala girişinin olmadığını bilidirib iddiaçının login parolu ilə bir neçə nəfərə tur paketlərin alınmasını xahiş etmişdir. İddiaçı isə tanışına məxsus olan ATLANTİK-İK GROUP MMC hesabından Cavabdeh sənədlərini iddiaçıya təqdim etdiyi şəxslərin adına rezervasiyalar aparmışdır. Belə ki, Cavabdeh müraciəti əsasında iddiaçı aşağıdakı şəxslərin adlarına tur paketlər alınmış, yəni erkən rezervasiyalar həyata keçirilmişdir: - 08 iyun 2019-cu il tarixdə Rüfət Zeynalov və Gülşən Zeynalovanın adına hər biri üçün 1.243,27 (min iki yüz qırx üç) dollar olmaqla, 30.07.2019-cu il tarixdən 08.08.08.2019-cu il tarixədək GODDESS OF BODRUM İSİS HOTEL; - 01.07.2019-cu il tarixdə Fərid Babayevin adına 795 (yeddi yüz doxsan beş) dollar olmaqla, 11.08.2019-cu il tarixdən 21.08.2019-cu il tarixədək VOYAGE TORBA HOTEL; - 05 avqust 2019-cu il tarixdə Səid Hüseynov, Tərlan Ağdami və Nuray Hüseynovanın adına ümumilikdə 3.088 (üç min səksən səkkiz) dollar olmaqla, 11.08.2019-cu il tarixdən 17.08.08.2019-cu il tarixədək SUENO HOTELS DELUXE BELEX. Yuxarıda qeyd olunan ödənişlər Cavabdeh tərəfindən ödənilmədiyinə görə rezervasiyalar ləğv edilmiş və ödənişlər vaxtında olmadığına görə iddiaçının adına cərimələr tətbiq edilmişdir. İddiaçının isə bütün bunlardan müştərilər ona müraciət etdikdən sonra, daha doğrusu şikayət etdikdən sonra məlumatı olmuşdur. Həmin müştərilər iddiaçını tanımamış, Cavabdeh müştəriləri olmuşdur. Həmin şəxslərlə söhbətlərdən məlum olmuşdur ki, Cavabdeh ödənişləri qəbul etmiş, lakin iddiaçıya çatdırmadığına görə rezervasiyalar ləğv edilmişdir. Hətta Cavabdeh tərəfindən ATLANTİK- İK GROUP MMC tərəfindən müştərilərə saxta qəbz təqdim edilərək, iddiaçıya ödəniş olunduğunu bildirmişdir. Cavabdeh ATLANTİK-İK GROUP MMC-nin adından Səid Hüseynova təqdim etdiyi saxta qəbzdə tur paketə görə ödənişin həmin şirkətə olunduğu göstərilmişdir. Rüfət Zeynalov və Gülşən Zeynalovanın adına alınan tur paketə görə iddiaçıya 3.987 (üç min doqquz yüz səksən yeddi) manat məbləğində, Fərid Babayevin adına alman tur paketə gör 1.356 (min üç yüz əlli altı) manat məbləğində və Səid Hüseynov, Tərlan Ağdami və Nuray Hüseynovanın adma alınan tur paketə görə 5.267 (beş min iki yüz altmış yeddi) manat məbləğində, həmçinin bir neçə müştərinin uçuş biletinin tarixi dəyişdiyinə görə 614 (altı yüz on dörd) və 512 (beş yüz on iki) manat məbləğlərində cərimələr tətbiq edilmiş, ümumilikdə Cavabdeh dələduzluq əməlləri nəticəsində iddiaçıya 11.736 (on bir min yeddi yüz otuz altı) manat məbləğində ziyan vurulmuşdur. Bütün bunlar Cavabdeh tərəfindən etiraf edilmiş, onunla iddiaçı arasında aparılmış yazışmalar və danışıqlarında öz əksini tapmışdır. Həmçinin, Cavabdeh dələduzluq əməllərini 07 avqust 2019-cu il tarixdə turizmplus.az saytına verdiyi video müsahibədə də etiraf etmişdir. Lakin bu günə qədər aparılmış danışıqlara baxmayaraq, onun tərəfindən vurulmuş maddi ziyandan heç bir ödəmə olunmamışdır. Həmçinin, Cavabdeh barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində araşdırma aparıldığını öyrəndikdən sonra, onun qanunsuz hərəkətləri və vurulmuş ziyanın ödənilməsi ilə bağlı şikayət ərizəsi ilə həmin orqana müraciət etmişdir. İddiaçı qeyd olunanlarla bağlı 05 fevral 2020-ci il tarixdə həmin orqanda ifadə vermişdir. Lakin, həmin iş üzrə qəbul edilmiş 15 iyul 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın 3-cü bəndindən görünür ki, iddiaçının Cavabdeh ilə arasında olan münasibətlərdə cinayət hadisəsi olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Cavabdeh qanunsuz hərəkətləri, yəni hər dəfə borcu yaxın vaxtlarda ödəyəcəyini söz verib əməl etməməsi səbəbindən maddi zərərə məruz qalmaqla bərabər mənəvi sarsıntı və iztirablar keçirmişdir. Cavabdeh vurduğu maddi zərərlə bərabər, qanunsuz davranışı nəticəsində çəkdiyi mənəvi zərərin də məbləği olan 10.000 manat məbləğində olan pulu iddiaçıya ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan 22.01.2020-ci il tarixli şikayətə əsasən görünür ki, İddiaçı eyni əsaslarla Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. 05 fevral 2020-ci il tarixli şahidin dindirilməsi haqqında protokola əsasən, İddiaçı öz ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin sahibi olaraq turizm fəaliyyəti ilə məşğul olur. Cavabdeh ilə işi ilə bağlı tanış olmuş və onun da turizm fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Cavabdeh 2019-cu ilin yay aylarında iddiaçıya nıüraciət edərək, ümumi portala girişinin olmadığını bilidirib iddiaçının istifadəçi adı və parolu ilə bir neçə nəfərə tur paketlərin alınmasını xahiş etmişdir. İddiaçı isə tanışına məxsus olan ATLANTİK-İK GROUP MMC hesabından Cavabdeh sənədlərini iddiaçıya təqdim etdiyi şəxslərin adma rezervasiyalar aparmışdır. Həmin rezervasiyalar əsasən tur paketlərdən ibarət olmuşdur. Belə ki, Cavabdeh müraciəti əsasında iddiaçı tərəfindən qeyd edəcəyi şəxslərin adlarına tur paketlər alınmış, yəni erkən rezervasiyalar həyata keçirilmişdir. 08 iyun 2019-cu il tarixdə Rüfət Zeynalov və Gülşən Zeynalovanın adma hər biri üçün 1.243,27 (min iki yüz qırx üç) dollar olmaqla, 30.07.2019-cu il tarixdən 08.08.08.2019-cu il tarixədək GODDESS OF BODRUM İSİS HOTEL üçün, 01.07.2019-cu il tarixdə Fərid Babayevin adma 795 (yeddi yüz doxsan beş) dollar olmaqla, 11.08.2019-cu il tarixdən 21.08.2019-cu il tarixədək VOYAGE TORBA HOTEL üçün, 05 avqust 2019-cu il tarixdə Səid Hüseynov, Tərlan Ağdami və Nuray Hüseynovanın adma ümumilikdə 3.088 (üç min səksən səkkiz) dollar olmaqla, cu il tarixdən 17.08.08.2019-cu il tarixədək SUENO HOTELS DELUXE BELEX üçün iddiaçı şəxsi hesabından tur paketlərin cərimələrini ödəmişdir. Çünki Azadə vaxtında adlarını iddiaçıya dediyi müştərilərin pullarını vermədiyi üçün iddiaçı məcbur olub tur paketləri ləğv etmişdir. Lakin rezervasiyaların ləğvinə görə cərimələr ödəməyə məcbur qalmışdır. İddiaçının isə bütün bunlardan müşətirlər ona müraciət etdikdən sonra, daha doğrusu şikayət etdikdən sonra məlumatı olmuşdur. Həmin şəxslərlə söhbətlərdən məlum olmuşdur ki, Cavabdeh ödənişləri qəbul etmiş, lakin iddiaçıya çatdırmadığına görə rezervasiyalar ləğv edilmişdir. Hətta Cavabdeh tərəfindən ATLANTİK-İK GROUP MMC tərəfindən müştərilərə saxta qəbz təqdim edilərək, guya iddiaçıya ödəniş olunduğunu bildirmişdir. Cavabdeh ATLANTİK-İK GROUP MMC-nin adından Səid Hüseynova təqdim etdiyi saxta qəbzdə guya tur paketə görə ödənişin həmin şirkətə olunduğu göstərilmişdir. Rüfət Zeynalov və Gülşən Zeynalovanın adına alınan tur paketə görə iddiaçıya 3.987 (üç min doqquz yüz) manat məbləğində, Fərid Babayevin adma alman tur paketə gör 1.356 (min üç yüz əlli altı) manat məbləğində və Səid Hüseynov, Tərlan Ağdami və Nuray Hüseynovanın adma alınan tur paketə görə 5.267 (beş min iki yüz altmış yeddi) manat məbləğində, həmçinin bir neçə müştərinin uçuş biletinin tarixi dəyişdiyinə görə 614 (altı yüz on dörd) və 512 (beş yüz on iki) manat məbləğlərində cərimələr tətbiq edilmiş, ümumilikdə Cavabdeh dələduzluq əməlləri nəticəsində mənə 11.736 (on bir min yeddi yüz otuz altı) manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan 15.07.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, İddiaçı göstərdiyi xüsusatlar, yəni Cavabdeh ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmadığından və həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 29.07.2019-cu il tarixli debit haqqında bildirişə əsasən “ATLANT-İK GROUP MMC” tərəfindən SİLK VEY TRAVEL şirkətinə Zeynalov Rüfət adından 3987 manat ödəniş edilmişdir. İş materiallarında olan 08.08.2019-cu il tarixli debit haqqında bildirişə əsasən “ATLANT-İK GROUP MMC” tərəfindən SİLK VEY TRAVEL şirkətinə Babayev Fərid adına 1356 manat cərimə ödənilmişdir. İş materiallarında olan 05.08.2019-cu il tarixli debit haqqında bildirişə əsasən “ATLANT-İK GROUP MMC” tərəfindən SİLK VEY TRAVEL şirkətinə Hüseynov Səid adına 5267 manat ödəniş edilmişdir. İş materiallarında olan 05.08.2019-cu il tarixli debit haqqında bildirişə əsasən “ATLANT-İK GROUP MMC” tərəfindən SİLK VEY TRAVEL şirkətinə 614 manat cərimə ödənilmişdir. 24.07.2019-cu il tarixli ödəniş qəbzinə əsasən “ATLANT-İK GROUP MMC” tərəfindən SİLK VEY TRAVEL şirkətinə 512 manat cərimə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 07.08.2019-cu il tarixli, 09.08.2019-cu il tarixli, 11.08.2019-cu il tarixli, 05.08.2019-cu il tarixli, 24.07.2019-cu il tarixli çıxarışlara əsasən “ATLANT-İK GROUP MMC” tərəfindən müxtəlif tur paketləri alınmış, otellər üçün rezervasiyalar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş debit haqqında bildirişlərə əsasən görünür ki, iddiaçı tərəfindən cərimələr ödənilmişdir. Eyni zamanda, iş materiallarına əlavə eidlmiş çıxarışlardan görünür ki, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş, müxtəlif şəxslər üçün tur paketləri alınmış, otel, transfer və.s kimi xidmətlər üçün rezervasiylar edilmiş və “ATLANT-İK GROUP MMC” tərəfindən bu xidmətlərin ödənişləri edilmişdir. Lakin, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya bu xidmətlər üçün ödəniş etməmişdir. Cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və Cavabdeh məhkəmə iclas zalında borcun etirafı ilə bağlı verdiyi izahatından da müəyyən edilir ki, yaranmış borc Cavabdeh tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə İddiaçı 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11736 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 11736 (on bir min yeddi yüz otuz altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5300/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5300/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver