Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5326/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 Alksandroviçə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan Patrol” markalı 99AA494 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 189 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun Cavabdeh1 Alksandroviçdən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, Cavabdeh1 Alksandroviçə məxsus Lexus RX330 minik markalı, 90FG399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. Sığorta hadisəsi nəticəsində Nissan Patrol markalı, 99AA494 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 189 manat məbləğində zərər dəymişdir. Zərərçəkən şəxs "xxxx" MMC-dir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş № 134922 saylı xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Nissan Patrol markalı, 99AA494 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 189 manat məbləğindədir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin № 85427420 saylı xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 189 manat məbləğində dəymiş maddi ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 Alksandroviç İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh1 Alksandroviç tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh1 Alksandroviç xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində Nəsimi rayonu N.Vəzirov küçəsində idarə etdiyi avtomobillə hərəkətdə olarkən dayanmış vəziyyətdə olan Nissan Patrol markalı 99AA494 nömrəli avtomobili sürtdüyünü, maşından düşüb əzik axtardığını və tapa bilmədiyini, avtomobillə hərəkətə davam etdiyini və hadisə barədə heç bir dövlət orqanlarına məlumat vermədiyini qeyd etmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 Alksandroviçdən 189 (bir yüz səsən doqquz) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh1 Alksandroviçin idarə etdiyi Lexus RX330 minik markalı, 90FG399 dövlət qeydiyyat nişanlı nəqiliyyat vəsitəsi ilə Nissan Patrol markalı, 99AA494 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə Cavabdeh1 Alksandroviçin hadisə yerindən yayınması sığortaçının ona qarşı subroqasiya qaydasında pul tələb etməsi üçün əsasdır. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Nissan Patrol” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 189 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Sığorta şirkətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5326/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5326/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver