Məhkəmə qərarları › İş №2(004)-5353/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5353/2025

12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5353/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Ərizəçi İddiaçı (Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktlarına düzəliş edilməsi barədə” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “vətəndaşlıq vəziyyəti aktlarına düzəliş edilməsi barədə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 3112 saylı doğum haqqında akt qeydinin ana bəndində ata adının “Şamil’dən “Şamilbəy”ə dəyişiklik edilməsi, anası xx.xx.1927-ci il təvəllüdlü X2 doğum haqqında arayışında ata bəndində soyadın “Şirinbəyov” əlavə edilməsi, Cavabdeh tərəfindən xx.xx.1958-ci il tarixdə tərtib edilmiş 898 saylı ölüm haqqında akt qeydində adın “Şamil”dən “Şamilbəy”ə, ata adının “Həsən Əli”dən “Həsən Əli bəy”ə dəyişiklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə babası Şirinbəyov X5 ölüm haqqında şəhadətnaməsinin istənilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ona məxsus olan xx.xx.1959-cu il tarixli 3112 saylı doğum haqqında akt qeydində anasının ata adı “Şamil” yazılmışdır. X1 doğum haqqında arayışında atanın soyadı qeyd edilməmiş, adı “Şamilbəy” ata adı “Həsən Əli bəy” yazılmışdır. Lakin Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 898 saylı ölüm haqqında akt qeydində soyad “Şirinbəyov” ad “Şamil” ata adı “Həsən Əli” yazılmışdır. Sənədlər arasında ziddiyyət olduğu üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025ci il tarixdə 3-16-5/8-711/15/25 saylı imtina məktubu verilmişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəçi İddiaçı ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin tələbi nəticə etibarı ilə doğum haqqında akt qeydində və ölüm haqqında akt qeydində düzəlişlər edilməsi tələbidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi İddiaçı vətəndaşlıq vəziyyəti aktlarına düzəliş edilməsi barədə tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə həmin tələb üzrə aidiyyəti üzrə qeydiyyat orqanının imtinasından inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, hazırki ərizənin icraata qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı (Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktlarına düzəliş edilməsi barədə” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi İddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar