Məhkəmə qərarları › İş №2(004)-5356/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5356/2020

16.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5356/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Yasamal rayon İcra Probasiya şöbəsinə qarşı əmlakın qiymətləndirilməsi tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Yasamal rayon İcra Probasiya şöbəsinə qarşı cavabdehin icraatında olan xx/xx-176679/18 saylı iş üzrə əmlakların cari qiymətlərinin müəyyən edilməsi məqsədilə işə qiymətləndirici cəlb edilməsi və əmlakın qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsində cavabdehin icraatında olan xx/xx-176679/18 saylı iş üzrə əmlakların cari qiymətlərinin müəyyən edilməsi məqsədilə işə qiymətləndiricinin cəlb edilməsi və əmlakın qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmədən xahiş etdiyi hallara iddia icraatı qaydasında baxıla bilməz və həmin məsələ məhkəmənin səlahiyyətinə aid olmadığından mülki işin icraata qəbulundan imtina edilməli və iddiaçıya mübahisəli məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etməsi tövsiyə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Yasamal rayon İcra Probasiya şöbəsinə qarşı əmlakın qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 aidiyyatı üzrə müvafiq icra orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar