Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-536/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi (arvadı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən vurulmuş maddi ziyana görə 48.000 manat, mənəvi ziyana görə 30.000 manat olmaqla, cəmi 78.000 manat pulun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (arvadı) X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh MMC ilə İddiaçı asında bağlanmış xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsinə əsasən MMC-yə məxsus ** PV *** dövlət qeydiyyat nişanlı “X4 Prado” markalı minik avtomobilinin alınması üçün İddiaçı 18.486 manat pul vəsaiti ayrılmışdır. İddiaçı həmin vəsaiti ödəniş cədvəlinə uyğun olaraq 2014-cü ilin iyun ayından ödəməyə başlamışdır. İlkin olaraq MMCyə 22.150 mant pul ödəmişdir. Hətta elə aylar olmuşdur ki, ödəniş cədvəlində aylıq məbləğdən artıq ödəmişdir. Sonra ödəmələrdə maddi vəziyyəti ilə bağlı gecikmələr olduğu üçün yuxarıda adı çəkilən nəqliyyat vasitəsinə görə Cavabdeh MMC tərəfindən İddiaçı verilən etibarnamənin müddəti uzadılmamış, avtomobil ondan alınmış, 16.650 manat əsas və ona hesablanmış faiz borcu tələb edilmişdir. Buna görə İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsinə uyğun olaraq, lizinq obyekti olan ** PV *** dövlət qeydiyyat nişanlı “X4 Prado” markalı avtomobilin iddiaçının istifadəsinə verilməsi, müqaviləyə görə əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-41/2019 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizing müqaviləsinə uyğun olaraq, lizinq obyekti olan **-PV-*** dövlət qeydiyyat nişanlı “X4 Prado” markalı avtomobili İddiaçı istifadəsinə verilmiş, müqaviləyə görə əsassız hesablanmış pul məbləğinin silinməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilmiş, xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsi üzrə cəmi 5.990,60 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən sonra İddiaçı 5.990,60 manat pulu cavabdehə ödəmişdir, hazırda avtomobil iddiaçının istifadəsindədir. Cavabdeh MMC-nin müqavilə şərtələrini pozması nəticəsində lizinq obyekti olan avtomobil İddiaçı alındığı dövrdə, iddiaçı uzun müddət nəqliyyat vasitəsiz qalmış, 4 il ərzində hər gün işləri ilə əlaqədar taksi xidmətindən istifadə etməyə məcbur olmuş, hər ay taksi xidməti üçün 1000 manat pul xərcləmişdir. İddiaçı 4 il müddətində cavabdehin təqsirili hərəkətlərinə görə avtomobili olmadığı üçün pullu nəqliyyat xidmətlərindən istifadə etdiyinə görə 48.000 manat pul xəcləmək məcburiyyətində qalmışdır. Bundan başqa avtomobili olmadığına görə işlədiyi kollektivdə və ətrafındakı adamlar içərisində nüfuzdan düşmüş, hörmətsiz olmuş, mənəvi sarsıntı və iztirablar keçirmişdir. İddiaçı dəyən mənəvi ziyanı 30.000 manat həddində qiymətləndirir. İddiaçı işdən çıxandan sonra xəstəlik tapmışdır. Hal-hazırda Türkiyədə müalicə alır. İddiaçının taksi ilə gedib-gəlməsi və 48.000 manat vəsait xərcləməsinə dair yazılı sübutları yoxdur. Hazırda İddiaçı arvadı kimi avtomobili o, özü idarə edir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-41/2019 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizing müqaviləsinə uyğun olaraq, lizinq obyekti olan **-PV- *** dövlət qeydiyyat nişanlı “X4 Prado” markalı avtomobil İddiaçı istifadəsinə verilmiş, müqaviləyə görə əsasız olaraq hesablanmış pul məbləğinin silinməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, xx xxx 2014-cü il tarixli 1404/0011 saylı lizinq müqaviləsi üzrə cəmi 5.990,60 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda **-PV-*** dövlət qeydiyyat nişanlı “X4 Prado” markalı avtomobil İddiaçı arvadı və nümayəndəsi X1 istifadəsindədir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Göründüyü kimi, iddiaçı iddia tələbində göstərdiyi maddi və mənəvi ziyana görə əsaslandırdığı hallara dair heç bir subut təqdim etməmişdir. İddiaçı və onun nümayəndəsi cavabdehin təqsirili hərəkətlərinə görə avtomobili olmadığı üçün iddiaçının 4 il müddətində taksi xidmətindən istifadə etməsini və 48.000 manat pul xərcləməsini, həmçinin mənəvi sarsıntılara məruz qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. İddiaçıdan avtomobilin alınmasına səbəb münavilə üzrə borcu ödəməməsi olmuşdur, bu hal məhkəmə qətnaməsində öz əksini tapmışdır. Qətnaməyə əsasən avtomobil iddiaçının istifadəsinə verilməklə yanaşı, iddiaçıdan cavabdehin xeyrinə 5.990,60 manat pul tutulması qət edilmişdir. Bu isə cavabdeh tərəfindən iddiaçıya hər hansı bir maddi və mənəvi zərər vurulmadığını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 48.000 manat, mənəvi ziyana görə 30.000 manat olmaqla, cəmi 78.000 manat pulun tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-536/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-536/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver