Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5367/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş 7000(yeddi min) manat məbləğində maddi və 1700 manat məbləğində mənəvi ziyanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izhatının iddia ərizəsinə uyğun olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Vüqar onun məhəllədən tanışı olduğunu bildirmiş, maşın almaq üçün Vüqar ondan kömək etməsini xahiş etmiş, bilrikdə qəzetdəki elanlara baxarkən İddiaçı Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili satışa çıxardıqlarını görmüş, birlikdə İddiaçı yanına getmiş və maşını icarəyə götürmüşlər. Taleh ona bununla bağlı 1 aylıq etibarnamə vermiş və Vüqar buna görə 1500 manat pul ödəmişdir. Vüqarın sürücülük vəsiqəsi olmadığı üçün maşını onun adına götürsələr də, sürmək üçün Vüqara verib. Daha sonra o, Talehin yanına getmiş və ona maşının onun adından çıxartmağını demişdir. Hətta Vüqar da bu səbəblə Talehin yanına getdiyində ondan 200 manat pul istəyiblər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə digər Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AD№993337 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 12.04.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ vermişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər digər şəxsə verilə bilməz və 11.04.2021-cü il tarixədək qüvvədədir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Sabunçu RPİ-nin rəisi polis polkovniki Eldar İlyasova verilmiş izahatdan görünür ki, Orucov X4 Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq ona məxsus olsa da, etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyini bildirmiş və əlavə etmişdir ki, 15.05.2021-ci il tarixdə saat gecə 02 radələrində o, 60 km/saat sürətlə idarə etdiyi Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Zabrat dairəsi istiqamətindən, Sabunçu rayonu, Məmmədyarov küçəsi ilə Sabunçu keçidi istiqamətində soldan birincisi hərəkət zolağı ilə hərəkət edərkən Yolun “Seyid-Market”-in qarşısından keçən hissəsində idarə etməni itirib əks istiqamətdə yola çıxaraq piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkiyə çıxaraq işıq dirəyinə dəyərək dayanmışdır. Bu zaman aptekə bir az ziyan dəymişdir. Hadisə nəticəsində dostu X2 adlı şəxs xəsarət olmuşdur. İş materiallarında olan 15.15.2021-ci il tarixli Yol nəqliyyat hadisəsinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə işıq dirəyinə dəymişdir. İş materiallarında olan 12.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərardan görünür ki, yol nəqıiyyat hadisəsi nəticəsində X1 xəsarət alması ilə yanaşı işıq dirəyinin, həmçinin aptekin zədələnməsi Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 “Yol hərəkəti haqqında” qanunun 42-ci maddə tələblərinin pozulması nəticəsində baş vermişdir. Avtomobilin sürücüsü Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, lakin Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkibi olduğu üçün həmin maddə üzrə, Cavabdeh1 əməliyyat tədbirləri keçirilməklə yeri müəyyən edilərək Azərbaycan Respublikası İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri çün toplanmış material Sabunçu Rayon DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 05.07.2021-ci il tarixli Uniprice tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərər 7000 manat, nəqliyyat vasitəsinin qəza gününə 15.05.2021-ci il tarixinə orta bazar dəyəri 10.000 manat, hazırki vəziyyətdə dəyəri 1500 manat təşkil edir. İş materiallarında olan 05.08.2021-ci il tarixli İXP ******* nömrəli X6 protokola əsasən müəyyən olunur ki, 15.05.2021-ci il tarixdə saat 02:00 radələrində Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İXM-in 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 05.08.2021-ci il tarixli TP4522991 nömrəli İnzibati Xəta vermə haqqında qərara əsasən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə barəsində 180 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını, mütəxəsis rəyini araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı həmin nəqliyyat vasitəsini Cavabdeh1 istifadəsinə verməsi, Cavabdeh1 sahibiliyində olan Renault Megane minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadan idarə etməsi üçün Cavabdeh2 verməsi, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətməsi və nəticədə İddiaçı maddi ziyan dəyməsi iş materialları ilə sübut yetirilmişdir. Məhkəmə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən qeyd edir ki, yüksək təhlükə mənbəyinin sahibi- Cavabdeh1, həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğu üçün məsuliyyət həm mənbə sahibinin- Cavabdeh1, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin Cavabdeh2 üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş 7000(yeddi min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin 1700 manat məbləğində mənəvi ziyanın tutlması hissəsində məhkəmə qeyd edir ki, iddiaçı həmin tələblə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iş materialları ilə iddiaçıya mənəvi ziyan vurulması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş 7000(yeddi min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5367/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5367/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver