Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-54/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş "xxxx" ASC və Yasamal Rayon İcra Şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı protokolun və həmin protokol əsasında eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş "xxxx" ASC və Yasamal Rayon İcra Şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı protokolun və həmin protokol əsasında eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini geri götürdüyündən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş "xxxx" ASC və Yasamal Rayon İcra Şöbəsinin cavabdeh "xxxx" MMC-yə qarşı protokolun və həmin protokol əsasında eyni tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-54/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-54/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-54/2024
11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver