Məhkəmə qərarları › İş №2(004)-5455/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5455/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5455/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1, İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh4 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Arzu qızına qarşı (X16, X22, X23, X11, X12, X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair birinci iddia ərizəsi və iddiaçılar X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair ikinci iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı evin 9.9 kv metrlik otağında istifadə hüquqlarının olduğunun nəzərə alınıb ora köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(004)-5495/2023 saylı qərardadı ilə iddiaçılar X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair 2(004)-5495/2023 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatında olan İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Arzu qızına qarşı “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)-5455/2023 saylı mülki işə birləşdirilməsi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevə verilməsi qərara alınmışdır. Birinci iddia ərizəsi üzrə iddiaçı, ikinci iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı ev ümumi paylı mülkiyyətdə olan evdir. Evin 1/8 hissəsi onun payına düşən hissədir. Cavabdehlər onun uzaq qohumlarıdır. Dayısı oğlu X30 özünü və müvəqqəti ailəsini ora qeydiyyat saldrımaq üçün ondan xahiş etdiyi üçün onları 2004-cü ilddə həmin evə qeydiyyata saldırmışdır. Həmin vaxt münasibətləri yaxşı imiş və əlaqələri var imiş. Ona demişdir ki, ev alacaq və qeydiyyatdan çıxacaq, lakin sonradan əlaqələri kəsilmişdir. Onların hazırda harada yaşamaları barədə məlumatları yoxdur. Onların həmin mənzildə formal qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Həmçinin əlavə kommunal xərclərə səbəb olur.Bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci iddia ərizəsi üzrə cavabdehlər, ikinci iddia ərizəsi üzrə iddiaçılar X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 iddia tələbinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu Msübhi küçəsində yerləşən 217 saylı fərdi yaşayışevibib 29,4 kv metr əsas,21,2 kv metr isə köməkçi hissə 1979-cu ildə alqı-satqı edilərək İddiaçı1 adına qeydiyyatda alınmışdır. Həmin vaxt da bu yaşayış sahəsinin alınması ilə bağlı maddi təminatı öz üzərinə götürmüş olan X32 İddiaçı1 arasında olmuş razılaşmaya əsasən həmin 9,9 kv metrlik yaşayış sahəsinə Zakir Mövsümov ailəsi ilə öz əşyaları ilə birlikdə köçrərək orada yaşamış və həmin ünvana qeydiyyata alınmışlar. Sonra İddiaçı1 həyat yoldaşı RF-niın vətəndaşı olduğu üçün oraya köçüb getmişlər və onların yaşadığı otaqda yaşayış olmadığından yaşayış sahəsi bütövlükdə baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüşdür. X32 paylı mülkiyyətdə olan evin İddiaçı1 düşən hissəsini bütövlükdə təmir etdirmişdir.Yalnız İddiaçı1 əşyaları olduğu və qapısı bağlı olduğu otaq təmirsiz qalmışdır. Aradan bir müddət keçdikdən sonra Aydın Həsəov ailəsi ilə Bakı şəhərinə qayıdaraq mülkiyyətində olan hissədəki otaqda yaşmağa başlamışdır. Onların sayı çox olduğuna, hər biri məktəb yaşlı olduğu və.s. səbəblərdən 9.9 kv metrlik sahədə yaşamaq yetmədiyindən nisbətən geniş sahəsi olan evə kirayəşin kimi getmişlər. Lakin hal-hazırda ailələrin bəzi üzvləri özlərinə yaşayış yeri seçib məskunlaşdıqlarından 9.9. kv metrlik sahədə yaşamaq mümkün olar.Artıq kirayədə yaşamaqdan yorulmuşlar. Odur ki, iddia tələblərinin təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı evin 9.9 kv metrlik otağında istifadə hüquqlarının olduğunun nəzərə alınıb ora köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında birinci iddia ərizəsi üzrə iddiaçı, ikinci iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, birinci iddia ərizəsi üzrə iddianın təmin olunması, ikinci iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia ərizəsi üzrə cavabdeh ikinci iddia ərizəsi üzrə iddiaçı Cavabdeh4 və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, birinci iddia ərizəsi üzrə iddianın rədd olunması, ikinci iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin birinci iddia ərizəsi üzrə iddiaçı, ikinci iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 ikinci iddia ərizəsinə dair məhkəmə etirazla müraciət edərək etirazında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi ev 217-də yerləşən fərdi yaşayış evibi 1979-cu ildə almışdır. 1980-ci illərdə bir neçə ilə dayısı oğlu ailəsi ilə bu evdə yaşamışdır. Həqiqətən 6 və ya 7 il çəkmişdir. O zaman dediklərinə görə 5 otaqlı mənzil alıb köçmüşlər. 1990-cı ildən köçüb getmişlər. Onun heç kimlə yaşayış evini bölməsi barədə razılaşması olmamışdır. Sadəcə dayısı oğlu xahiş etdiyi üçün onları ora qeydiyyata saldırmışdır. 1990-cı ildə köçdükdən sonra öz evlərinə qeydiyyata düşmüşlər. Daha sonra 2004-cü ildə dayısı oğlu Zakir Mövsümov evinin satdığını və onun evinə ailə üzvləri ilə birlikdə qeydiyyata alınmağını ondan xahişetmiş, o da onları evinə qeydiyyata saldırmışdır.Həmçinin ikinci iddia ərizəsi üzrə iddiaçıların iddia ərizəsinə əlavə etdikləri Yasamal rayon MTK-nın arayışı dedikləri sənəd 15 yanvar 1987-ci ilin bir təşkilatın digər təşkilata ünvanladığı məktubdur. Həmin dövrdə mənzil növbəsinə durmaq istəyənlərin topladığı bir kağızdır. Odur ki, ikinci iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci iddia ərizəsi üzrə cavabdehlər, ikinci iddia ərizəsi üzrə iddiaçılar X9, Cavabdeh2, Cavabdeh3 Cavabdeh5, Cavabdeh6 və İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X17, X18, X5, X6, X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən birinci iddia ərizəsi üzrə iddiaçının və birinci iddia ərizsəi üzrə Cavabdeh4 və onun nümayəndəsi və vəkilinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, birinci iddia ərizəsi üzrə iddia tələbi təmin, ikinci iddia ərizəsi üzrə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüquqi ilə 4/24 hissə X8, 2/8 hissə X14, 1/16 hissə X15,4/24 hissə X2, 4/24 hissə X3, 1/16 hissə X4 və 1/8 hissə İddiaçı1 mülkiyyətindədir. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon MKTB-nin 60 saylı MKİS-nin 40 nömrəli xx.xx.2023-cü il arayışdan müəyyən edilir ki, X30 xx.xx.1985-ci il tarixdən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 xx.xx.2004-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. 17.0.12008-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 qeydiyyatı haqqında MKİS-də məlumat yoxdur. -Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 347353 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X30 xx.xx.2023-cü il tarixdə durğunluq ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydlər kitabında 317 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X26 xx.xx.2004-cü il tarixdən ünvan 1şayış evində qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8dır. - X19, X24, X11, X20 və İddiaçı1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1şayış evində formal olaraq qeydiyyatdadırlar, heç vaxt onları bu ünvanda görməmişlər. Əvvələr və hal-hazırda qeyd olunan ünvanda yaşamamışlar. - Məhkəmə iclaslarının keçirilməsi barədə göndərilən bildirişlərin sifarişli-xəbərnaməli poçt göndərişlərindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvanlanan məktublar ünvan 1şayış evinə göndərilmiş lakin orada yşamadıqları üçün qəbul edilməyərək geri qaytarılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüquqi ilə 4/24 hissə X8, 2/8 hissə X14, 1/16 hissə X15,4/24 hissə X2, 4/24 hissə X3, 1/16 hissə X4 və 1/8 hissə İddiaçı1 mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin ünvanda qeydiyyatdadırlar. Onların hər hansı hüquqi əsas olmadan mülkiyyətçilər X10, X17, X18, X5, X6, X7 və İddiaçı1 məxsus fərdi yaşayış evində qeydiyyatda qalmağı mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, birinci iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Arzu qızına qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdə birinci iddia üzrə İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüquqi ilə 1/8 hissəsinin mülkiyyətçisi kimi cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 onun qanuni mülkiyyətində və istifadəsində olan mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehlər, ikinci iddia üzrə iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi və ya onların həmin mənzilə köçürülmələri ilə bağlı məsələ həll edilərkən, əvvəlcə həmin şəxslərin qeyd olunan mənzildən istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Eləcə də, cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarının olmaması müəyən edildikdə, onların həmin mənzilə köçürülmələri barədə tələb də təmin edilə bilməz. Məhkəmə birinci iddia ərizəsi üzrə cavabdehlərin mübahisəli yaşayış evində yaşamamasının səbəblərini araşdıraraq qeyd edir ki, birinci iddia ərizəsi üzrə cavabdehlər uzun bir müddət ərzində mübahisəli evdə yaşamamış, 1992-ci ildən həmin evdən köçmüşlər, onların bu evdən getməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. İşin materialları ilə həmçinin Cavabdeh4 məhkəməyə verdiyi izahatı iləmübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişlər. Onların mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadıqlarına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması birinci iddia ərizəsi üzrə iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, birinci iddia ərizəsi üzrə cavabdehlərin birinci iddia ərizəsi üzrə iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqları itirilməlidir. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2000-cu ilin sentyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehlərin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt və hal hazırda mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir və bu səbəbdən qüvvədə olan Mülki Məcəllənin normalarını bu mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001-ci il 27 iyul tarixli qərarında müəyyənləşdirilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildə yaşamamaları səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişlər. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməmələri, yalnız onların başqa yaşayış sahəsinə köçmələri ilə izah oluna bilər. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, birinci iddia üzrə cavabdehlər 1992-ci ildən sonra mübahisəli mənzildə yaşamırlar, cavabdehlər müvəqqəti deyil, məhz daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər. Belə ki, 1992-ci ildən hazıra kimi, yəni 31 il müddətində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya istifadəyə maneə törədilməsi ilə bağlı hərhansı orqana şikayət etməmişdir. Başqa sözlə, bu müddət ərzində onlar mübahisəli mənzildə yaşamağa cəhd göstərməmiş və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etməmişlər, deməli, onların həmin yaşayış evinə yaşamaları üçün ehtiyacları olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, birinci iddia üzrə cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən və ən azından onların 1992ci ildən sonra mübahisəli mənzildə yaşamamaları müəyyən edildiyindən, onların həmin mənzildən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Həmçinin məhkəmə iddia tələbi üzrə cavabdehlər azyaşlı Cavabdeh8 və azyaşlı Cavabdeh7 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Ona görə də azyaşlıların valideyni Cavabdeh5 mənzildən istifadə hüququ itirilmiş hesab edildiyi üçün, azyaşlıların mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Belə olan halda məhkəmə hesab edir ki, birinci iddia ərizəsi üzrə cavabdehlərin birinci iddia ərizəsi üzrə iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, birinci iddia ərizəsi üzrə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə birinci iddia ərizəsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, birinci iddia ərizəsi üzrə cavabdehlər ilk əvvəl 1990-cı ildə mübaisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxmışlar və həmin tarixdən həmin evdə yaşamamışlar. 2004-cü ildə yenidən həmin evə qeydiyyata düşmüşlər, lakin orada yaşamamışlar. Məhkəmə ikinci iddia ərizəsi üzrə qeyd etməyi zəruri hesab edir ki, ikinci iddia ərizəsi üzrə iddiaçıların 1990-ci ildən hal-hazıradək yaşayış yeri olduğundan, yəni yaşayış sahəsinə ehtiyacları ödənildiyindən, həmçinin birinci iddia ərizəsi üzrə iddia təmin edildiyindən ikinci iddia ərizəsi üzrə iddia rədd edilməlidir. Birinci iddia ərizəsi üzrə iddianın təmin edilməsi ikinci iddia ərizəsi üzrə iddianın rədd edilməsi üçün əsasdır. Həmçinin 9,9 kv metrlik bir əraziyə 7 nəfərin köçərək yaşaması da qeyri-mümkün bir haldır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, birinci iddia ərizəsi üzrə iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsində yerləşən 217 saylı fərdi yaşayış evində istifadə hüquqları itirilməlidir. İkinci iddia ərizəsi üzrə iddiaçılar X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Arzu qızına qarşı (X16, X22, X23, X11, X12, X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Arzu qızının ünvan 2 ünvanına olan istifadə hüquqları itirilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Birləşdirilmiş mülki iş üzrə iddiaçılar X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiaları rədd edilsin. Ödənilmiş dövlət rüsumu ikinci iddia üzrə iddiaçı Cavabdeh4 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar