Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-546/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə və tələbin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli 140 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adının “Radə” yazılmasının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.1964-cü il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 1964-cii il tarixli, 140 nömrəli müvafiq qeyd aparılmışdır. Lakin, doğum haqqında şəhadətnamədə adı “Radə” kimi qeyd edilmiş, digər sənədlərdə isə (şəxsiyyət vəsiqəsi və s.) İradə kimi yazılmışdır. Doğum haqqında şəhadətnamədə adının digər ona məxsus bütün sənədlərdən fərqli formada yazılması ona aid sənədləşmə işlərinin aparılmasını çətinləşdirir. Bu barədə Maraqlı şəxsnə yazılı formada ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydində adının "Radə"dən “İradəyə” düzəliş edilməsini xahiş etmişdir. Sözügedən qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/76-887/15 saylı imtina məktubuna əsasən, aidiyyətı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də, “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dayısı qızıdır. Adı İradədir, X1, atası X2r. İradənin əkiz bacısı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisidir. X1, atası X2r. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx xxxxx 1964-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, ata qrafasında X6, ana qrafasında X4 göstərilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05/76- 887/15 saylı məktubdan görünür ki, Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 140 saylı, doğum haqqında akt qeydinin uşaq bəndində adın “Radə” yazılmasına baxmayaraq, şəxsiyyəti təsdiq edən sənəddə ad “İradə” yazılmışdır. Doğum haqqında akt qeydində adın “Radə”dən “İradə” yə düzəliş edilməsinin Qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, xx/xx-2279/13 saylı məktubla Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum akt qeydinin surəti məhkəməyə göndərilmiş və həmin akt qeydi ilə müəyyən edilmişdir ki, doğum akt qeydində Ərizəçi xx xxxxx 1964-cü il tarixdə Sabirabad rayonunda doğulduğu, ad qrafasında “Radə” yazıldığı, ata qrafasında X6, ana qrafasında X4 göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx xxxxx 1964-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, doğum akt qeydiyyatı kitabında səhvən adı “Radə” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Radə” kimi yazılmasının düzgün olmaması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1964-cü il tarixdə Sabirabad rayonunda doğulmuş Ərizəçi Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli 140 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adının “Radə” yazılmasının düzgün olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-546/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-546/2021
03.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver