Məhkəmə qərarları › İş №2(004)-5488/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5488/2025

10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5488/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı3 və onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2 nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Əmlak Hərrac Mərkəzinə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi ev 11-də yerləşən sahəsi 20,9 kv.m. təşkil edən sıxlaşdırılmış otağın satışı üzrə keçirilmiş hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********58970624 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin sahəsi 20,9 kv.m təşkil edən sıxlaşdırılmış bir otağı vərəsəlik hüququ əsasında paylı mülkiyyət hüququ ilə iddiaçılara, X7 və X5 məxsusdur. Onların iddiaçıların və Aygün Ağamalıyevanın iş üzrə cavabdeh olmuş Lalə İsmayılovaya qarşı həmin otağın paylar üzrə bölğüsünün aparılması və otağın açıq hərracdan satışa çıxarılmasına dair iddia tələbləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(004)- 2302/2023 saylı qətnaməsi ilə təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunan otağın açıq hərracdan satışa çıxarılması hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə həvalə olunmuşdur. Həmin otaq cavabdeh tərəfindən "X31" vasitəsilə açıq hərracdan satışa çıxarılmışdır və İddiaçı3 müvafiq qaydada hərrac iştirakçısı kimi qeydiyyata alınmışdır. Hərrac 18 avqust 2025-ci il tarixdə onlayn qaydada həyata keçirilmişdir və hərracın qalibi Elgün adlı şəxs olmuşdur. İddiaçılar xx.xx.2025-ci il tarixli həmin hərracın aparılması qaydasından və nəticəsindən narazıdırlar. İlk növbədə göstərirlər ki, Məmmədcavad İsmayılobun və İddiaçı2 hərrac təşkilatçısı tərəfindən mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, mübahisəli mənzilin paylı mülkiyyətçiləri olmalarına baxmayaraq, mənzilin satışı ilk olaraq onlara təklif olunmalı idi. Bununla bağlı onlar hərrac iştirakçısı olmalı idilər. Cavabdeh isə onların ünvana bildiriş göndərməklə kifayətlənmiş, zəruri prosedurlara əməl etməmişdir. Diğər tərəfdən hesab edirlər ki, İddiaçı3 hərracın qalibi olmağı üçün hərrac təşkilatçıları tərəfindən subyektiv şəkildə imkan verilməmişdir. Belə ki, 18 avqust 2025-ci il tarixdə hərraca çıxarılan **********48863233-Bakı şəhəri, Yasamal rayonu Nizami küçəsi ev 11-də yerləşən sahəsi 20,9 kv.m. təşkil edən sıxlaşdırılmış otağın start satış qiyməti 36.575 manat müəyyən olunmuşdu. Həmin hərracda ilk 36.575 manat məbləğində qiyməti o təklif etmişdir. Həmin vaxt saat 12.16-da ikinci iştirakçı tərəfindən 36.941 manat qiymət təklif olunmuşdur. Saat 12.18-də növbəti təklifi o vermək istəmiş, lakin texniki nasazlıq səbəbindən onun növbəti təklifi sistemdə qəbul edilməmişdir. Beləliklə, hərrac portalı tərəfindən ona təlimatla verilən 5 dəqiqəlik müddətdən istifadə etməyə imkan verilməmişdi. Bunun müqabilində isə saat 12.19-da ekranda ona aid olmayan təklif qeyd olunmuş və hərrac başa çatmış hesab edilmişdir. Sistemdə yaranmış texniki problem barədə o, dərhal Portalın texniki şöbəsinə və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin əməkdaşına məlumat vermişdir. Həmin şəxslər tərəfindən məsələnin araşdırılacağı bildirilmişdi. Onun bu müraciətinə cavab olaraq isə xx.xx.2025-ci il tarixdə saat 15.48-da ona telefonla məlumat verilərək heç bir nəticə olmadığı və protokolu rayon icra şöbəsindən götürə biləcəyi bildirilmişdi. Daha sonra isə ona Portal vasitəsilə hərracda texniki problemin həqiqətən aşkarlanmış olmağı, təkrar hərracın keçiriləcəyi barədə e-mail ünvanına məlumat yerləşdirilmişdi. Lakin cavabdeh tərəfindən təkrar hərrac keçirilməsi üçün heç bir təşəbbüs göstərilməmiş və onda olan məlumata görə hərracın nəticəsi barədə protokol hərracın qalibi hesab edilmiş şəxsə təqdim olunmuşdur. Göründüyü kimi, iştirakçısı olduğu hərracın qalibi olmağı üçün cavabdeh tərəfindən süni surətdə maneə yaradılmışdır. xx.xx.2025-ci il tarixli hərracın keçirilməsi zamanı texniki problem cavabdehin özü tərəfindən etiraf edildiyi halda belə, həmin hərracın nəticəsi cavabdeh tərəfindən ləğv olunmamışdır və məsələnin görünən tərəfi ondan ibarətdir ki, cavabdeh həmin protokolun ləğvi üçün təşəbbüs göstərmir. Ona görə onlar xx.xx.2025-ci il tarixli protokolun nəticəsinin mübahisələndirilməsi məcburiyyətində qalmışlar və hesab edirlər ki, göstərilən səbəblərə görə həmin protokolun ləğvi üçün əsaslar vardır. X24 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, X24, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında X16 (herrac.gov.az) 11 avqust 2025-18 avqust 2025-ci il tarixdə keçirilmiş açıq elektron hərracın qalibi olmuşdur. Bu barədə 18 avqust 2025-ci il tarixində tam avtomatlaşdırılmış elektron hərracın qalibi olmuşdur və bütün ödənişləri tam vaxtında X31na və Ədliyyə Nazirliyinin rəsmi hesab nömrələrinə ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(103)-974/2024 saylı qətnaməsi ilə qeyd olunan daşınmaz əmlakın açıq hərracda satılması müəyyən edilmişdir. Həmin qətnamənin icrası üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən, icra məmuru X25 və şöbə rəisi Pərviz Zəkəriyyəyevin sifarişi əsasında mənzil açıq elektron hərraca çıxarılmışdır. Hərrac tam elektron qaydada, şəffaf və rəqabətli mühitdə keçirilmiş, hər kəs üçün açıq olmuşdur. 7 avqust 2025-ci il tarixində Yasamal Rayon İcra Şöbəsinin işçiləri Xəyalə xanım və Sədaqət xanımın iştirakı ilə evə baxış keçirmişdir. Həmin baxış zamanı İddiaçı3 və digər şəxslər əmlakı tam şəkildə izah etmiş və satışa razılığını bildirmişdir. Bu baxışın video materialı onda mövcuddur. Bu fakt göstərir ki, o, hərraca qanuni, şəffaf və tam hazırlıqlı şəkildə iştirak etmişdir, heç bir qanun pozuntusu mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5, 421.1, 424.4-ci maddəsinə əsasən, hərrac protokolu müqavilə qüvvəsinə malikdir və onun daşınmaz əmlak üzərində olan hüquqlarının təsdiq edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.2-ci maddəsinə görə hərrac protokolu mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas sənəddir. "Elektron imza və elektron sənəd haqqında" Qanunun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Protokolum Əmlak Hərrac Mərkəzi direktoru Xuraman Ağayeva, X28'nın operatorunun direktoru Təbriz Kazımov, Ədliyyə Nazirliyi İcra Xidmətinin Hüquqi şəxslər və İnzibati orqanlarla iş şöbəsinin rəisi Pərviz Əliyev tərəfindən təsdiqlənmişdir. Bu da o deməkdir ki, bütün bu qurumlar hərracın şəffaf keçirilməsini təsdiq edir. İddiaçılar tərəfindən irəli sürülən "mülkiyyət hüquqularının pozulması" iddiası hüquqi əsasdan məhrumdur. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə mənzil artıq icra predmetinə çevrilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi şəxsi İsaylı Bakı Ərazi İdarəsi tərəfindən də cari əmlakın hərracda çıxarılıb satılması üçün həbs qoyulmuşdur. Bu da həmin şəxslərin əmlakda artıq hər hansı bir mülkiyyət hüquqlarının olmamasını sübut edir. Harrac tamamilə elektron sistem üzərindən keçirildiyi üçün hər hansı subyektiv müdaxilə mümkün deyil. Onun xx.xx.2025-ci il tarixdə verdiyi təklif hərrac sistemində vaxtında qeydə alınmışdır. Daha sonra isə Nurcahan xanım daha yuxarı məbləğ təklif vermədiyi üçün o, qalib elan edilmişdir. Əlavə olaraq, İddiaçı3 hərrac tərəfindən göndərildiyi mail arqumenti onun hərrac xidmətinə verdiyi narazılıq ərizəsi əsasında hərracın gedişatının təkrar yoxlanılması üçün edilmişdir. Hərrac Mərkəzi tərəfindən hərrac təkrar yoxlanılmış və texniki səhv olmadığı üçün onun qalibiyyəti təkrardan elan edilmişdir. İddiaçıların şikayətləri yalnız icra prosesini əsassız olaraq ləngitmək məqsədi daşıyır. Aydın görünür ki, iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(103)-974/2024 saylı qətnaməsinin icra edilməsinə əsassız şəkildə maneə törətməyə çalışırlar. Əlavə olaraq qeyd etmək istərdi ki, iddiaçıların öz ərizələrində də göstərildiyi kimi, vərəsəlik hüququ əsasında paylı mülkiyyətləri olan ünvan 2 ünvanında yerləşən, ümumi sahasi 20,90 kv.m. olan sıxlaşdırılmış bir otaqlı mənzil onların tələbi ilə Yasamal Rayon Məhkəməsi tərəfindən açıq hərracda satılmışdır. Bu hal onu göstərir ki, iddiaçılar şəxsən özləri həmin sıxlaşdırılmış daşınımaz əmlakın satılmasını və pay bölgüsünün aparılmasını istəmişlər. Daşınmaz əmlak müvafiq qaydalara əsasən satılmış və elektron hərrac tərəfindən mənə təqdim olunmuş protokolda da qeyd olunduğu kimi, satışdan əldə olunan vəsait iddiaçıların paylarına uyğun şəkildə bölüşdürülmüşdür. Pay bölgüsü aşağıdakı kimi aparılmışdır: 20,9 kv.m sahədən 1/12 hissə- X2 (X11), 20,9 kv.m sahədən 5/12 hissə İddiaçı1 Abbas oğlu, 20,9 kv.m sahədən 5/12 hissə - İddiaçı2 Abbas oğlu, 20,9 kv.m sahədən 1/12 hissə X13. Mülki Məcəllənin 415.5, 415.7, 416.1, 421.1 və 424.4-cü maddələrinə əsasən onun hərrac qalibi kimi mülkiyyət hüququ yaranmışdır və bu hüquq dövlət tərəfindən qorunmalıdır. İddiaçıların tələb etdiyi kimi protokolun etibarsız hesab edilməsi qanuni əsasdan məhrumdur və onun mülkiyyət hüququnun əsassız şəkildə məhdudlaşdırılması deməkdir. Qeyd olunanlara əsasən, iddiaçıların "hərracın nəticələrinin etibarsız hesab edilməsi" barədə iddiasının təmin edilməməsi, xx.xx.2025-ci il tarixli, №**********58970624 saylı protokol əsasında onun əldə etdiyi mülkiyyət hüquqlarının tanınması və təmin edilməsi, iddiaçıların İddiaçı3 tərəfindən təqdim edilən arqumentlərinin əsassızlığı və onun daşınmaz əmlak üzərində olan hüquqlarını lüzumsuz şəkildə məhdudlaşdırdığından və onun bu iş üzrə maraqlı şəxs olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1 və 55-ci maddələrinə əsasən, işə tərəf kimi cəlb edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni təmin edərək, X17 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Ədliyyə Nazirliyinin göstərişi əsasında "xxxx" MMC "xxxx" MMC arasında bağlanmış 02 dekabr 2024-cü il tarixli Müqavilə əsasında hərraclar X31 vasitəsilə həyata keçirilir. Yəni təşkil olunmuş hərracların keçirilməsi bilavasitə qapalı X31nda həyata keçirilir. Hərrac təşkilatı olaraq onların vəzifəsi X31 vasitəsi ilə sifarişləri qəbul etmək, həmin sifarişləri kütləvi informasiya vasitəsində elan vermək, iş üzrə tərəflərə hərracın adından bildirişlərin göndərilməsini təmin etmək, X31 tərəfindən keçirilmiş hərracın yekun protokolunun elektron qaydada imzalanmasını təmin etməkdir. Nəticədə X31 vasitəsi ilə müəyyən edilən hərracın yekunları barədə X31 tərəfindən qalib alıcıya təqdim olunan protokolu elektron qayadada hərrac təşkilatı olaraq imzalayırlar və qalib alıcının protokolunu da X31 özü qalib alıcıya təqdim edir. Hərrac təşkilatı olaraq onların nə tələbkarla, nə cavabdehlə, nə hərracda iştirak edən vətəndaşlarla, nə də qalib alıcı ilə heç bir təması olmur. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, X31 ayrı bir qapalı qurum olduğu üçün, hərrac təşkilatları hərracların keçirilməsinə nəzarət edə bilmədiyi üçün və vətəndaşların X31nda yaşadıqları çətinliklər, problemlər barədə onların heç bir məlumatı olmadığı üçün bu barədə hər hansı rəy bildirmək də onların öhdəliyi xaricindədir və bu problemlərə görə hərrac təşkilatı olaraq heç bir məsuliyyət daşımırlar. Odur ki, məhkəmədən iş fəaliyyətlərində olan məddudiyyətlərlə əlaqədar məhkəmədə hər hansı bir nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət ünvanlayaraq, Cavabdeh2 (VÖEN: **********, Hüquqi ünvan: ünvan 3abdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq "xxxx" MMC-ni cavabdeh qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar hərracın ədalətli keçirilməsini istəyirlər. Xəta barədə məlumat göndəriləndən sonra protokollaşdırılıb. Mülki iş üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixdə elektron kabinetə məktub yerləşdirərək bildirmişdir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallara cavabdeh olan şirkət Cavabdeh1 MMC deyil, Cavabdeh2 MMC-dir. Onun təqdim etdiyi sənədlərdən görünür ki, aralarında müqavilə bağlanmışdır. Hərracın gedişinə müdaxilə edilmişdir və iddiaçı təklif verə bilməmişdir. Elektron poçtla verilən cavabdda texniki xəta olduğu bildirilmişdi. Daha sonra iddiaçıya yenidən hərac keçiriləcəyi bildirilsə də, hazırki vaxtadək keçirilməmiş və digər iştirakçının xeyrinə prokol imzalanmışdır. Elgin Həsənov üçün ayrılan müddətə müdaxilə edilmədiyi üçün hüquqları pozulmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona 3-cü dəqiqədə 136.000 manat gəlmişdir. Elgin Həsənov evə baxmaq üçün anası ilə gəlmiş və evin satılmadığını bildirmişdilər. Çünki evdə 4 vərəsə var. Həmçinin, övladlarının bibisi razılaşmadığı üçün məhkəmə vasitəsilə satmaq istədilər. Onun oğulları kirayədə qalırlar. Belə ki, bibilərinin oğlu narkoman olduğu üçün atalarının evində qala bilmirlər. Elgin Həsənov getdi. Lakin, daha sonra icradan zəng elədilər ki, otaqla maraqlanan bir şəxs var. Həmin şəxs də Elgin Həsənovdur və ona bildirmişdi ki, təkcə otaq almaqla yaşamaq mümkün deyil. O da daha sonra zəng edərək övladlarının payı olduğuna görə otağı almayacağını bildirmişdi. Hərrac zamanı kompüter və telefonla iştirak etmişdilər. Təklif gəlmişdi və düyməni seçəndə təklif getməmişdi. O da icra məmuru Ruslan bəyə müraciət etmiş, lakin icra məmuru problemin səbəbini bilməmişdi. Ekranın şəklini çəkmişdir, orada saat da görünürdü. Portalın işçilərindən olan İbrahim bəy onunla danışmışdı. Daha sonra Cavabdeh1 tərəfindən onunla əlaqə saxlanılaraq uduzduğu bildirilmiş və o, razılaşmamışdır. 136.000 manatla bağlı hərracın başqa əmlakla əlaqədar olduğu bildirilmişdi. İbrahim bəy isə məsələnin araşdırılacağını demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Elgin Həsənovun təklifi 136.000 manat kimi görünürdü. Təklif 3-cü dəqiqədə görünsə də, onun 5 dəqiqəsi var idi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, müdafiə etdiyi şəxsə cavab verilib ki, texniki xəta baş verib, lakin nədən ibarət olması qeyd edilməyib. Təklifi 1-3% artırmaq olur. O, qeydiyyatdan keçərək təklifini vermişdir. Həmçinin qeyd edir ki, email vasitəsilə verilən cavabın həqiqiliyini sübut etmək üçün qoşma əlavə edilməmiş və ya elektron imza ilə imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, hərraca kompüterlə qoşulmuşdu. Yanında telefonu da var idi. Qardaşı və dostu da izləyirdilər. Ödənişləri etdikdən sonra protokol verilmişdir. O, əmlakı özəlləşdirmək üçün getdikdə əmlakın üzərində müvəqqəti təminat tədbiri əsasında həbs olduğu deyilmişdi. Tural Məmmədovun qəbuluna getmişdi. Ona qarşı tərəfin şikayəti olduğu və araşdırılmalı olduğu deyilmişdi. Əlirza bəylə də görüşmüş, ona deyilmişdir ki, hər şey aydınlaşdırılacaqdır.Tural müəllim ona ekran görüntüsü göstərmişdi, ekran görüntüsü çəkiləndə portala daxil olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştrakını təmin etməmişdirlər etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddələrinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m² təşkil edən 1 otaq açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m² təşkil edən 1 otağın açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin 5/12 hisəsi İddiaçı1, 5/12 hissəsi İddiaçı2, 1/12 hissəsi X8, 1/12 hissəsi isə X6 ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, X14 və cavabdeh X4 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatından görünür ki, Energy Service MMC tərəfindən İddiaçı1 məxsus əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirilmə işi həyata keçirilib. Qlymətdəndirmə prosesi «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X1 (BQS) və digər qanunvericilik aktlarına uyğun olaraq aparılıb. Aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı1 məxsus Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən edən 1 otağın xx.xx.2024-cü il tarixinə olan 1 kv.m-nin dəyəri 2500 manat olmaqla, bazar dəyəri 52.250 (əlli iki min iki yüz əlli) manat müəyyən edilmişdir. "X31"nın (bundan sonra - Portal) operatoru Cavabdeh2 (operator) ilə ixtisaslaşdırılmış hərrac təşkilatı olan Cavabdeh1 (təşkilat) arasında bağlanmış “Hərrac təşkilatçısının "X31" vasitəsilə fəaliyyət göstərməsinə imkan yaradılması və hərraclardan əldə olunan xidmət haqqından ona ödəniş edilməsinin şərtləri və qaydası haqqında” xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Operatorun icra məmurlarının sifarişi əsasında elektron herracların təşkili məqsədilə Təşkilatçıya Palatanın sahibliyində olan Portaldan fəaliyyət göstərməsinə imkan yaratmağı, bununla əlaqədar müəyyən edilmiş şərtlər daxilində əldə edilən hərrac xərcinin (xidmət haqqının) 20%-i (18% ƏDV daxil olmaqla) məbləğində xidmət haqqını Təşkilatçıya ödəməsi, Təşkilatçı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İcra haqqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunlarına, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 24 oktyabr 2024-cü ilde Kollegiya Qərarı ilə təsdiq edilmiş "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"na (bundan sonra Qayda) tam riayət etməsi ilə bağlı məsələlər bu müqavilənin predmetidir. Bu müqavilədə Təşkilatçının Portal vasitəsilə qəbul etdiyi sifarişlərlə bağlı elanları qanunvericiliyə uyğun olaraq vaxtında verməsi, eyni zamanda qanunvericiliyə əsasən müəyyən edilmiş hərəktləri vaxtında həyata keçirməsi ilə bağlı məsələlər nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3-cü bəndinə əsasən, Təşkilatçıya Portaldan digital.login vasitəsilə daxil olmaqla icra məmurlarının sifarişi əsasında elektron hərracları təşkil etməyə şərait yaratmaq, hərracın nəticələrindən asılı olaraq əmlak satıldıqdan və ya əldə edildikdən sonra ödənilən hərrac xərcinin (xidmət haqqının) ƏDV (18%) daxil 20%-i həcmində vəsaiti hərracın nəticələri haqqında Protokol Təşkilatçı tərəfindən imzalandıqdan sonra Təşkilatçı tərəfindən təqdim edilən elektron qaimə və hesab fakturanı əsasında onun bank hesabına köçürmək operatorun öhdəlikləridir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Elektron hərracın təşkili ilə bağlı məlumatları daxil etməklə Portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaratmaq; Portalda yalnız icra məmurları tərəfindən verilmiş sifarişlər əsasında hərracları elektron təşkil etmək; Sifarişi Portal üzərindən şəxsi kabineti vasitəsilə aldığı gündən "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 62.1-ci, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddələri və Qaydanın 2-4-cü bəndləri nəzərə alınmaqla əmlakın satışını Portal üzərindən təşkil etmək; Qaydanın 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə əməkdaşları barədə məlumatları Operatora təqdim etmək; Hərracın keçirilməsi zamanı hər hansı təhrifə və digər qeyri-qanuni hərəkətlərə yol verməmək; Hərracın nəticələri haqqında Protokolu təxirə salmadan imzalamaq; Əmlak satıldıqdan və ya əldə edildikdən sonra ödənilən hərrac xərcinin (xidmət haqqının) ƏDV (18%) daxil 20%-i həcmində vəsaitin ona ödənilməsi üçün elektron qaiməni və hesab fakturanı dərhal təqdim etmək; Konfidensiallığın təmin olunması tələb olunan sifarişə əlavə edilən sənədlərlə bağlı təhlükəsizlik tədbirləri görmək; Qanunvericlikdə və Qaydada müəyyən edilən digər vəzifələri yerinə yetirmək təşkilatçının öhdəlikləridir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən İxtisaslaşdırılmış müəssisəyə hərrac təşkilatına ünvanlanmış icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı xx.xx.2025-ci il tarixli sifariş məktubundan görünür ki, Bu sifariş icra sənədlərinin icrası məqsədilə "İcra haqqında" Qanunun 61-ci ve "İpoteka haqqında" Qanunun 41.2-ci maddələri, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-N nömrəli Qərarı ilə təsdiq edilmiş "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"nın (bundan sonra Qayda) müddəaları nəzərə alınmaqla hazırlanmışdır. Qanunvericiliyə əsasən hərraclar açıq auksion formasında elektron keçirilməlidir. Hərrac predmeti ünvan 2-dir (sahəsi 20,90 m2 təşkil edən 1 otaqlı mənzil). Borclu şəxs ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Əmlakın ilkin qiyməti (əmlakın "İcra haqqında" Qanunun 51-ci maddesine müvafiq müəyyən edilən qiyməyi): 52.250 manat, minimum satış qiyməti: 36.575 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən sifarişçi Yasamal rayon İcra şöbəsinə və X6, X8, İddiaçı1 və İddiaçı2 ünvanlanmış 117/25 nömrəli 22 iyul 2025-ci il tarixli hərracın keçirilməsinə dair elanla bağlı və borcluya sifarişli poçt göndərişi (məktubu) ilə əlaqədar bildirişdən görünür ki, İlkin Hərracın keçirilmə vaxtı xx.xx.2025-ci il, keçirilmə yeri "X31" www.herrac.gov.az; keçirilmə qaydası - Hərrac açıq auksion formasında elektron keçirilir; Satışa çıxarılan predmetin yerləşdiyi ərazi və təsviri ünvan 2 (3 otaqlı mənzilin sahəsi 20.90 kv.metr təşkil edən 1 otağı); bazar qiyməti - 52.250 manat; minimum satış qiyməti- 36.575 manat; hərracda iştirak üçün behin məbləği - 1.828,75 manatdır. Behin ödənilməsi müddəti və qaydası Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt beh və iştirak haqqını ödəməklə hərraca qoşula bilərlər. Ödənişlər isə "X31" vasitəsilə plastik kart və ya bank vasitəsilə ödənilməklə həyata keçirilə bilər. İştirak haqqı, beh və hərracın sonunda əmlakın satış qiyməti birdəfəlik ödənilməlidir. Hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı - şəxs "X31"nda qeydiyyat düyməsini sıxmaqla şəxsi kabinet yaradaraq elektron hərracın keçirilməsi formaları, qaydaları, prosedurları və şərtləri ilə tanış olduğunu və razılaşdığını, həmçinin, "İcra haqqında" və digər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrinin yarandığını təsdiq edir. Habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat - Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Hərracda iştirak üçün müraciət müddəti - Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər. Eyni zamanda bildirilmişdir ki, satılan əmlak ipoteka predmetidirsə "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Herrac.gov.az-nin xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, X24 tərəfindən 15 manat iştirak haqqı, 1828,75 manat beh ödənişi, 1108,23 manat xidmət haqqı ödənilmişdir. X35 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, X24 tərəfindən xx.xx.2025-ci il tarixində 35.112,25 manat pul Ədliyyə Nazirliyinin hesabına köçürülmüşdür (hərrac nömrəsi: **********48863233, icra işinin nömrəsi e113041/2024-53- 26). Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş **********58970624 nömrəli, 19 avqust 2025-ci il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 2 (3 otaqlı mənzilin 1 otağı sahəsi 20.90 kv.m təşkil edir) Bakı şəhəri Yasamal rayon icra şöbəsi, icra məmuru X26, rəis Pərviz Zəkəriyyəyev sifarişi əsasında 18 avqust 2025-ci il tarixində X18 36.941 (otuz altı min doqquz yüz qırx bir) manata satılmışdır. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): 1 otaq 20.9 kv.m.- dən 1/12 hissə açıq qalır X2 (X12), 1 otaq 20.9 kv.m.- dən 5/12 hissə İddiaçı1 Abbas oğlu, 1 otaq 20.9 kv.m.-dən 5/12 hissə İddiaçı2 Abbas oğlu, 1 otaq 20.9 kv.m.- dən 1/12 hissə X9r. mailto:info@herrac.gov.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:nurawams@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş 28 avqust 2025-ci il tarixli məktubdan görünür ki, 18 avqust 2025-ci il tarixdə bitən **********48863233 nömrəli hərracda texniki problem aşkarlanmışdır. Bu səbəbdən həmin hərracda iştirakı yenidən təmin olunacaq. Bununla bağlı qısa zaman ərzində ona məlumat veriləcəkdir. mailto:info@herrac.gov.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:nurawams@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş 28 avqust 2025-ci il tarixli məktubdan görünür ki, iştirakçısı olduğu Mənzil - ünvan 2 (3 otaqlı mənzilin 1 otağı sahəsi 20.90 kv.m təşkil edir) adlı əmlakın satışı üzrə keçirilən #**********48863233 nömrəli ilkin hərracın nəticəsi texniki problem səbəbindən dayandırılmış və davam etdiriləcəkdir. Bununla bağlı hərracın yenidən keçirilməsi müddəti və vaxtı barəsində ona öncədən məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Strareji planlaşdırma və monitorinq baş idarəsi tərəfindən X18 ünvanlanmış 3-16-2/2-H-6/2025-C-29407 nömrəli, xx.xx.2025ci il tarixli məktubdan görünür ki, “Elektron hərrac” portalından (herrac.gov.az) aldığınız mənzilə dair protokolun əsassız olaraq ləğv edilməsi və Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən məsələ ilə bağlı hərəkətsizliyə yol verilməsi barədə şikayətləri araşdırılmışdır. Müəyyən edilmişdir ki, hərracın digər iştirakçı İddiaçı3 hərracın son dəqiqələrində texniki xəta ilə qarşılaşdığını və bu səbəbdən təklif verə bilmədiyini bildirmiş, məsələ “Elektron hərrac” portalının əməkdaşları tərəfindən araşdırılmış, istifadəçi təcrübəsinin izlənilməsi məqsədilə tətbiq olunan xüsusi proqram təminatının məlumatlarından yararlanmaqla onun həqiqətən belə bir problemlə üzləşdiyi müəyyən edilmiş, lakin portalda hər hansı texniki xəta aşkarlanmamışdır. Hərracın nəticələrinə dair protokol isə portalda mövcuddur. Qeyd olunur ki, İddiaçı3 müraciəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə sözügedən daşınmaz əmlakın 1 ay müddətində özgəninkiləşdirilməsi qadağan edilmiş, xx.xx.2025-ci il tarixdə isə oğlu İddiaçı1 hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Mülki iş hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla iş şöbəsi tərəfindən X18 ünvanlanmış 3-16-4/2-H-41402/6/2025-C- 30147 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinə daxil olmuş müraciətləribə aidiyyəti hissədə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsində aparılmış icraat zamanı Bakı şəhəri Yasamal rayonu Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilinin 1 otağı (20,90 kv.m.) elektron hərracda onun tərəfindən alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən sözügedən əmlakın özgəninkiləşdirilməsi qadağan edilmiş, keçirilmiş hərracın nəticələri hazırda məhkəmə qaydasında mübahisələndirilir. Məhkəmənin qeyd edilən məsələ ilə bağlı yekun mövqeyindən asılı olaraq zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir. İzah olunur ki, icra məmurunun qanunsuz hesab etdiyi hərəkətlərindən aidiyyəti məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi İdarəetmə və məlumatların təhlili şöbəsi tərəfindən X18 ünvanlanmış 3-16-19/2-H-6/2025-C-33768 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinə “Elektron hərrac” Portalında (www.herrac.gov.az) 18 avqust 2025-ci il tarixində keçirilmiş elektron hərrac barədə edilmiş müraciətlərinə baxılmışdır. Bildirilmişdir ki, eyniməzmunlu ilkin müraciəti əsasında Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-2/2-H6/2025-C-29407 nömrəli cavab məktubunda bu məsələ ilə bağlı məlumat verilmişdir. "xxxx" MMC tərəfindən 24 saylı Vəkil Bürosunun vəkili Vəkil1a ünvanlanmış 385 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin texniki heyəti tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixində, saat 12:16-dan saat 12:21-dək və həmin gün ərzində Bakı şəhəri, Həsən Əliyev 1061, bina 8 erazisində yerləşən "xxxx" MMC-yə məxsus şəbəkə kommutatorunda (SWİTCH) heç bir texniki nasazlıq baş verməmiş, qırılma halları yaşanmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi tərəfindən X18 ünvanlanmış 3-16-19/2-H-570xx-xx/2025-C-40150 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinə “Elektron hərrac” Portalında (www.herrac.gov.az) 18 avqust 2025-ci il tarixində keçirilmiş elektron hərrac barədə edilmiş müraciətlərinə baxılmışdır. Bildirilmişdir ki, eyniməzmunlu müraciətlərinə Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tərəfindən baxılmış və nəticəsi barədə müvafiq məktublarla ona cavab verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi məhkəmənin sorğusuna 3-16-19/2-15590/2026 nömrəli, xx.xx.2026cı il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “Elektron hərrac” Portalı hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 1.2.9-cu yarımbəndinə əsasən dövlət informasiya ehtiyatının və sisteminin operatoru dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya onun bu sahədə fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə həvalə etdiyi qurumdur; Azərbaycan Respublikası ədliyyə nazirinin xx.xx.2025-ci il tarixli 3-16/1- T/30/2025 №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə əsasən Nazirliyin rəqəmsal informasiya resurslarının, o cümlədən internet saytlarının dayanıqlığını, sorğuların sürətli emalını, istifadə rahatlığını və informasiya təhlükəsizliyini təmin etmək həmin idarənin vəzifəsidir. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının 3-1-ci bəndin 3-1.4-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibi və operatoru ilə birgə informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirir; İnformasiya resurslarının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların texniki dəstəyi müvafiq qaydada bu sahədə ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirilə bilər. Bu qurumlar sistemlərin işləkliyinin qorunması, nasazlıqların aradan qaldırılması, yenilənmələrin aparılması və ümumi texniki sabitliyin təmin olunmasında mühüm rol oynayırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsi məhkəmənin sorğusuna 3-16-2/2-19676/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, herrac.gov.az “X31”nda istifadəçi təcrübəsi iki proqram təminatı “Yandex Metrica” və “Microsoft Clarity” vasitəsi ilə izlənir. Qeyd olunan proqram təminatları üzrə İddiaçı3 müraciətindən sonra istifadəçi sessiyalarının izlənilməsinə başlanılmış və müvafiq sessiyanın müəyyən edilməsi 3 (üç) gün ərzində həyata keçirilmişdir. Eyni zamanda istifadəçi təcrübəsinin yoxlanılması istifadəçinin zəng mərkəzinə daxil olmuş şikayəti əsasında aparılmışdır. "X31" (www.herrac.gov.az) saytında Elgin Həsənova məxsus kabinetdən əldə edilmiş ekran görüntüsündən görünür ki, Elgin Həsənov sistemdə fiziki şəxs statusu ilə fəaliyyət göstərir. İstifadəçinin şəxsi kabinetində "İştirak etdiyim lotlar", "Ödənişlərim", "Sənədlərim" və "Bildirişlər" kimi bölmələr mövcuddur. "İştirak etdiyim lotlar" bölməsindəki "Qalib olduğunuz" alt menyusuna əsasən, Elgin Həsənov aşağıdakı əmlak üzrə keçirilən hərracın qalibi müəyyən edilmişdir: İlkin hərrac vasitəsilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 210.3 kv.m olan, 3 otaqlı və 2 mərtəbəli mənzil. Əmlak üzrə verilən son təklif 36,941 AZN təşkil etmişdir. "Ödəniş səhifəsi"ndə hərrac prosesi ilə bağlı dörd fərqli ödənişin uğurla tamamlandığı (status: Təsdiqləndi) görünür: İştirak haqqı: xx.xx.2025-ci il tarixində, saat 21:07-də bank kartı vasitəsilə 15 AZN ödəniş edilib. Beh ödənişi: xx.xx.2025-ci il tarixində, saat 22:37-də bank kartı vasitəsilə 1828.75 AZN ödəniş edilib. Xidmət haqqı: xx.xx.2025-ci il tarixində, saat 12:20-də bank kartı vasitəsilə 1108.23 AZN ödəniş edilib. Əmlak ödənişi: xx.xx.2025-ci il tarixində, saat 09:41-də nağd şəkildə 35112.25 AZN ödəniş edilib. Hərracın Detalları səhifəsində isə qeyd olunmuşdur ki, hərracın nömrəsi: #1361880/**********, hərracın bitmə tarixi: 18 Avqust 2025, saat 12:21, təklif tarixçəsi: 18.08.25, saat 12:16-da istifadəçi tərəfindən 36,941 AZN məbləğində qalib təklif verilib. Ondan əvvəlki təklif 11.08.25 tarixində 36,575 AZN olub. "Ödənişiniz təsdiq olundu!" qeydi ilə bütün maliyyə öhdəliklərinin yerinə yetirildiyi, hərrac protokolu hazır olduqdan sonra onu şəxsi kabinetin "Sənədlərim" bölməsindən əldə edə biləcəyi bildirilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 tərəfindən fləş kart vasitəsilə X23 Şəmsiyeva arasında keçən yazışmaları göstərən ekran görüntüləri, səs yazısı, həmçinin video görüntü təqdim edilmişdir. Ekran görüntüləri və səs yazısı materiallarından İddiaçı3 Elgün Həsənovu hərracda qalib gəlməsi və son dəqiqədə təklifini təsdiq etməsi ilə bağlı təbrik etdiyi müəyyən olunur. Video görüntüdən isə, Elgün Həsənovun mənzilə yerində baxış keçirdiyini və mülkiyyətçilər tərəfindən otaqların yerləşmə vəziyyəti ilə bağlı ətraflı izahat aldığı müəyyən edilir. İddiaçı3 tərəfindən məhkəməyə fləş kart vasitəsilə təqdim edilmiş səs yazılarından görünür ki, Cavabdeh1 MMC-nin əməkdaşı Təbriz adlı şəxs ilə İddiaçı3 arasında telefon danışıqları keçmişdir. İddiaçı3 danışıqlarda elektron hərrac keçirilməsi zamanı yaranmış texniki problemdən, həmin nəticə ilə bağlı müraciətlərinə tərəflərindən elektron poçt vasitəsilə verilmiş cavab məktublarından bəhs etmiş, məhkəmə proseslərinə gəlmələrini və suallara cavab verilməsini tələb etmişdir. Cavabdeh2 MMC-nin əməkdaşı isə həmin məktublardan məlumatı olduğunu, təkrar hərracın icra məmurunun sifarişi əsasında keçirildiyini və məhkəmə proseslərində nümayəndələri vasitəsilə iştirak edərək sualları cavablandıracaqlarını bildirmişdir. İddiaçı3 tərəfindən məhkəməyə “X31”nın saytından əldə edildiyi bildirilən ekran görüntüsü təqdim edilmiş və ekran görüntüsündə 8.08.2025-ci il tarixində saat 12:19-da 136,980 AZN, saat 12:19-da 136,980 AZN, saat 12:16-da 36,941 AZN, xx.xx.2025-ci il tarixində isə saat 11:43-də 36,575 AZN təklif edildiyi əks edilmişdir. Məhkəmə həmin sübuta münasibətdə qeyd edir ki, ekran görüntüsündə məlumatın hansı internet resursundan (URL ünvanı, saytın adı və s.) əldə edildiyi əks olunmamışdır. Bu isə məlumatın həqiqiliyini və mənbəyini yoxlamaq imkanını istisna edir. Şəkildə iddiaçıya məxsus istifadəçi adı (profil məlumatları) görünmədiyindən, həmin məlumatların birbaşa tərəfə aid olması və ya tərəflər arasındakı mübahisəli münasibətlərə təsir göstərməsi sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə həmin ekran görüntüsünü işin faktiki hallarını təsdiq edən mötəbər və kifayət edən sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4-cü maddəsinə əsasən Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən, Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.8-ci maddəsinə əsasən (MM əvvəlki redaksiya), İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 415.9-cu maddəsinə əsasən, Bu maddənin tələbləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.4-cü maddəsinə uyğun olaraq tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında həyata keçirilən hərraclara bu Məcəllənin 415.5-ci maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həmin razılaşmada ayrı qayda müəyyən edilmədikdə şamil edilir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 3 dekabr 2021-ci il tarixli 412-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişik edilmiş “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə və dəyişikliklər edilmiş “İcra haqqında” Qanunun: 53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı elektron hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan az olan daşınar əmlak “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə də satıla bilər. 53.2-2-ci maddəsinə əsasən, Əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) açıq bazarda satılması üçün 2 ay müddət müəyyən edilir. Həmin müddət bu Qanunun 53.1-3-cü maddəsində əmlakın satılması üçün müəyyən edilən müddətə daxil edilmir. Əmlak müəyyən edilən müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları birbaşa icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür. 53.3-cü maddəsinə əsasən, Əmlak bu Qanunun 53.2-2-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada borclu tərəfindən satılmadıqda həmin əmlak elektron hərraca çıxarılır. 61.1-ci maddəsinə əsasən, İcra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır: 61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi; 61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması; 61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması. 62.1-ci maddəsinə əsasən, Elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir. 62.2-ci maddəsinə əsasən, Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. 62.8-ci maddəsinə əsasən, ilk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir. 62.9-cu maddəsinə əsasən, elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir. 62.11-ci maddəsinə əsasən, Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. 62.19-cu maddəsinə əsasən, Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 62.20-ci maddəsinə əsasən, Təkrar elektron hərracda satılmayan əmlak bu Qanunun 53.1-1-ci və 53.1-2-ci maddələrində göstərilən tələblər tətbiq olunmaqla onun bazar qiymətinin 65 faizi həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyən edilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/2021 nömrəli 24 noyabr 2021-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının “xx.xx.2024-cü il” tarixli “1-N nömrəli Qərarı ilə təsdiq edilmiş İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydasının: 1.1-ci bəndinə əsasən “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” (bundan sonra – Qayda) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 61-ci və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanmışdır və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru (bundan sonra – sifarişçi) tərəfindən elektron hərracda (bundan sonra – hərrac) satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə (bundan sonra – təşkilatçı) sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. 1.2-ci bəndinə əsasən Bu Qayda ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən məsələlər üzrə tətbiq edilir. 3.1-ci bəndinə əsasən Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər Portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər. 3.5-ci bəndinə əsasən, Hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 faizi, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi həcmində müəyyən edilir. 3.9-cu bəndinə əsasən Hərrac baş tutmadıqda, yaxud nəticələri ləğv edildikdə növbəti (təkrar) hərracın keçirilməsi üçün avtomatik elan verilir. Həmin elanda əvvəlki hərracın baş tutmadığı, yaxud nəticələrinin ləğv olunduğu və bunun səbəbi barədə məlumat öz əksini tapmalıdır. 3.10-cu bəndinə əsasən Təkrar hərracların sayı 2-dən artıq ola bilməz. 4.1-ci bəndinə əsasən, hərrac prosesində aşağıdakılara yol verilmir: 4.1.1. hərracın iştirakçıları arasında ayrı-seçkiliyə yol verilməsinə; 4.1.2. iştirakçıların rəqabətinə məhdudiyyət qoyulmasına; 4.1.3. Portalın fəaliyyətinə qanunsuz (kənar) müdaxilə olunmasına. 4.3-cü bəndinə əsasən, Hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır. 4.4-cü bəndinə əsasən, Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər. 4.5-ci bəndinə əsasən, İştirakçı hərrac addımına uyğun olaraq əmlakın satış qiymətini artırmaqla təklif verə bilər. 4.6-cı bəndinə əsasən, İştirakçının təklif etdiyi qiymət hərrac addımına uyğun olmadıqda təklif qəbul edilmir və bu barədə iştirakçıya “elektron kabinet” vasitəsi ilə məlumat verilir. 4.7-ci bəndinə əsasən, Hərrac 7 təqvim günü davam edir. İştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır. Həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır. Bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir. 4.8-ci bəndinə əsasən İlk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir. 4.9-cu bəndinə əsasən Hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir. 4.10-cu bəndinə əsasən, Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir. 4.11-ci bəndinə əsasən, Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. 4.12-ci bəndinə əsasən, Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir. 4.18-ci bəndinə əsasən, Hərrac baş tutmadıqda bu barədə Portalda avtomatik protokol tərtib olunur. Protokolda bu Qaydanın 4.17.1–4.17.4-cü, 4.17.6-cı və 4.17.7-ci yarımbəndlərində qeyd olunan məlumatlar, o cümlədən əmlakın ilkin qiyməti göstərilir. Həmin protokol təşkilatçının və Portalın operatorunun məsul şəxsinin elektron imzası ilə təsdiqlənərək bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. Belə kj, iş materiallarında olan mailto:info@herrac.gov.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:nurawams@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına 28 avqust 2025-ci il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, 18 avqust 2025-ci il tarixdə bitən **********48863233 nömrəli hərracda texniki problem aşkarlanmışdır. Bu səbəbdən həmin hərracda iştirakı yenidən təmin olunacaq. Bununla bağlı qısa zaman ərzində ona məlumat veriləcəkdir. Daha sonra isə yenidən həmin tarixdə elektron poçt vasitəsilə məktub göndərilərək bildirilmişdir ki, iştirakçısı olduğu mənzil – ünvan 2 (3 otaqlı mənzilin 1 otağı sahəsi 20.90 kv.m təşkil edir) adlı əmlakın satışı üzrə keçirilən #**********48863233 nömrəli ilkin hərracın nəticəsi texniki problem səbəbindən dayandırılmış və davam etdiriləcəkdir. Bununla bağlı hərracın yenidən keçirilməsi müddəti və vaxtı barəsində ona öncədən məlumat veriləcəkdir. Bu məktublarda “X31” tərəfindən texniki problemin aşkarlandığı və hərracın nəticəsinin bu səbəbdən dayandırıldığı birbaşa etiraf edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Ədliyyə Nazirliyi Kollegiyasının təsdiq etdiyi Qaydalara əsasən, hərrac rəqabətli, şəffaf və hər bir iştirakçı üçün bərabər imkanlar yaradılmaqla keçirilməlidir. İddiaçı3 sistemdə yaranmış nasazlıq (təklif düyməsinin işləməməsi və ekranda yad məbləğlərin görünməsi) səbəbindən son 5 dəqiqəlik müddətdə növbəti qiymət təklifini verə bilməməsi onun subyektiv hüquqlarının məhdudlaşdırılması deməkdir. Sistem xətası real bazar rəqabətini (hərracın mahiyyətini) aradan qaldırmış, nəticədə əmlakın daha yüksək qiymətə satılmaq ehtimalını (vərəsələrin maraqlarını) zədələmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı hərracda iştirak üçün bütün prosedurları yerinə yetirmiş, lakin ondan asılı olmayan texniki səbəbdən iradəsini ifadə edə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmlak məhkəmə qətnaməsi əsasında hərraca çıxarılmış olsa belə, bu, əmlakın paylı mülkiyyətçilərinin Mülki Məcəllə və "İcra haqqında" Qanunla qorunan üstünlük hüququnu aradan qaldırmır. İcra məmuru və hərrac təşkilatçısı hərracdan öncə digər payçılara (İddiaçı1 və İddiaçı2) həmin payı minimum satış qiyməti ilə almağı rəsmi təklif etməli idi. Onlara yalnız hərracın təşkil olunması barədə bildiriş göndərilməsi bu hüququn reallaşması üçün kifayət deyil. Bununla yanaşı, hərracın texniki xəta ilə başa çatması və iddiaçılara daha yüksək qiymət təklif etmək imkanının verilməməsi nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. Belə ki, əgər texniki nasazlıq olmasaydı, İddiaçı3 daha yüksək qiymət təklif edə bilərdi. Bu, həm icra sənədi üzrə borclunun, həm də payçılardan olan iddiaçıların maraqlarına ziddir. Ədliyyə Nazirliyinin məktublarında istifadəçi təcrübəsinin izlənilməsi nəticəsində problemin təsdiq olunduğu, lakin sistemdə xəta tapılmadığı qeyd olunsa da, bu ziddiyyətli yanaşmadır. Əgər istifadəçi (İddiaçı3) sessiya zamanı problemlə qarşılaşıbsa və bu, nazirliyin monitorinq proqramları ("Microsoft Clarity") tərəfindən qeydə alınıbsa, hərracın obyektivliyi artıq şübhə altına düşür. "xxxx" MMC ilə "xxxx" MMC arasındakı müqavilə öhdəlikləri portalın işləkliyini təmin etməyi nəzərdə tutur. Belə olan halda texniki nasazlıqla baş tutmuş elektron hərracın nəticələrinə dair hərrac təşkilatı tərəfindən tərtib olubmuş protokol hüquqi qüvvəyə malik ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən, 3 otaqlı mənzilin sahəsi 20,9 kv.m olan 1 otağının açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş “Hərracın nəticələrinə dair” 19 avqust 2025-ci il tarixli, **********58970624 saylı protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən, 3 otaqlı mənzilin sahəsi 20,9 kv.m olan 1 otağının açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş “Hərracın nəticələrinə dair” 19 avqust 2025-ci il tarixli, **********58970624 saylı protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsiinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı3 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən, 3 otaqlı mənzilin sahəsi 20,9 kv.m olan 1 otağının açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş “Hərracın nəticələrinə dair” 19 avqust 2025-ci il tarixli, **********58970624 saylı protokol etibarsız hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı3 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar