Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-55/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nəsib qızının, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Nəsib qızının Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair" ilkin, iddiaçı Cavabdeh İddiaçı Nəsib qızına qarşı “pul tələbinə dair" qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəsib qızı Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3200 Avro və 11500 ABŞ dolları maddi ziyanın, əldən çıxmış faydaya görə 15000 manatın, mənəvi zərərin əvəzi olaraq 10000 manatın, hüquqi yardıma görə ödənilmiş 160 manatın və 30 dövlət rüsumunun əvəzinin tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin oktyabr ayında Bakı şəhərində “Nayla” estetik mərkəzinin sahibi, Cavabdeh ilə tanış olmuş, söhbət zamanı o, Türkiyədən gətiriləcək İtaliya istehsalı olan kosmetik vasitələrin seminarlar keçirilməklə kosmetik mərkəzlərə satışından yüksək gəlir əldə ediləcəyindən danışaraq onu həmin estetik klinikaya kosmetoloq işləməyə dəvət etmişdir. Razılaşaraq üç ay həmin işdə işləmişdir. 2018-ci ilin dekabr ayının ortalarında cavabdeh ona xaricdən məhsulların gətirilməsi üçün 22000 ABŞ dolları məbləğində pul vəsaiti lazım olduğunu bildirmiş və şərik olmağı təklif etmişdir. Razılaşaraq 22.12.2018-ci il tarixdə sözügedən estetik mərkəzdə ona əvvəlcə 4000 ABŞ dolları, 26.12.2020-ci il tarixdə isə 8000 ABŞ dolları və 5500 Avro, cəmi 12000 ABŞ dolları və 5500 Avro vermişdir. Son vaxtlar ərzində cavabdehin estetik mərkəzə heç bir kosmetoloji məhsul gətirmədiyini görərək aldadıldığını başa düşmüşdür. Bundan sonra cavabdehdən pullunu tələb etsə də, cəmi 500 ABŞ dolları, 2300 Avro qaytarmış və bu günə qədər verməli olduğu 11500 ABŞ dolları və 3200 Avro məbləğində pulu qaytarmır. O və cavabdeh tərəfindən aldadılmış X8, X2, X3 və X9 ayrı-ayrı ərizələrlə Cavabdeh qanunsuz əməlləri barədə polis orqanlarına şikayət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Vəliyevin 336 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.11.2019-cu il tarixli qərarı ilə şikayətlər əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, eyni zamanda mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarın onun şikayətinə dair hissəsindən göründüyü kimi, həmçinin cavabdehin verdiyi izahatında da ona borclu olmasını etiraf edir. Sadəcə, cavabdeh orda 3200 Avronu tam etiraf etsə də, 11500 ABŞ dollarından yalnız 8500 ABŞ dollarını etiraf edir. Dəymiş real zərər 11500 ABŞ dolları və 3200 avro həddindədir. Həmin pııl vəsaitindən məhrum olmuşdur. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində əldən çıxmış faydanın miqdarı isə, 15.000 manat həddindədir. Belə ki, cavabdeh onun hüququnu pozmasaydı, adi mülki dövriyyə şəraitində həmin məbləği-gəliri rahat əldə edə bilərdi. Dəymiş mənəvi zərər isə, keçirdiyi mənəvi iztirabları, mənəvi sarsıntını, habelə kəskin pisləşmiş səhhətinin bərpası üçün dava-dərmana, tibbi prosedurlara və həkimlərin xidmətlərinə çəkdiyi xərcləri ehtiva edir. Vurulmuş mənəvi zərərin əvəzini 10.000 manat həddində qiymətləndirir. Prosesin gedişatında iddiaçı Cavabdeh İddiaçı Nəsib qızına qarşı “pul tələbinə dair" qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehdən 2300 Avro, 500 ABŞ dolları 5000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “X11”ndə kosmetoloji fəaliyyətlə məşğul olur. 2018-ci ilin dekabr ayında İddiaçı ilə tanış olan zaman kosmetoloq olduğunu, ona məxsus olan mərkəzdə ona yer ayırmasını və özünün cihazları vasitəsi ilə fəaliyyət göstərmək istədiyini bildirmiş, onun təklifi ilə razılaşaraq aylıq icarə haqqına köməklik etməsi üçün kosmetoloji mərkəzdə ona yer ayırmışdır. Həmin vaxt İddiaçı işlətdiyi kosmetoloji preparatlara maraq göstərən müştərilər olmadığı üçün onun Türkiyə Respublikasından sifariş etdiyi preparatlardan ona da sifariş etməsini xahiş etmişdir. Özünə təxminən 15000 ABŞ dolları məbləğində preparat sifariş etmiş, İddiaçı maddi imkanı zəif olduğu üçün o, ilkin olaraq 2300 Avro məbləğində, daha sonr isə 500 ABŞ dolları məbləğində sifarişlər etmişdir. Bir müddət sonra İddiaçı həmin kosmetoloji preparatlardan istifadə etsə də, işləri yolunda getməmiş və aylıq icarə haqqını ödəyə bilmədiyi üçün ona məxsus olan mərkəzdən ayrılmışdır. Daha sonra ona zəng edərək 2300 Avro və 500 ABŞ dollarını tələb etməyə başlamışdır. O, həmin vaxt onu aldatdığını, kosmetoloji firmadan faiz aldığını, bu səbəbdən də həmin dərman preparatlarını sifariş etməsi üçün onu şirnikləndirdiyini əsaslandırmışdır. Yasmal Rayon Polis İdarəsində araşdırma aparılan zaman barəsində kosmetoloqlara və digər müştərilərə həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Nüfuzunun aşağı düşməməsi üçün ona 2300 Avro və 500 ABŞ dollarını ödəmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nəsib qızı, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vrərək təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə ilkin iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 6, 14, 21, 359.3, 385.1, 386.1, 425 390.1, 1091 və 1092-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Vəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.03.2021-ci il tarixli qərarından görünür ki, X7 21.05. 2019-cu il tarixdə Yasamal RPİ-nə ərizə ilə müraciət edərək ərizəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında o kosmetoloji dərmanların gətirilərək satışından gəlir əldə edilməsi üçün ünvan 1 ünvanda yerləşən “Nayla Med” estetik mərkəzinin direktoru Cavabdeh Akif qızına 12000 ABŞ dolları və 5500 evro məbləğində pul vermiş, lakin Cavabdeh sonrakı vaxtlar ərzində onun verdiyi pulları qaytarmayaraq ələ keçirmişdir. Araşdırma zamanı X7 izahatında göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında o ünvan 2 ünvanda yerləşən “Nayla” estetik mərkəzinin təsisçisi Cavabdeh Akif qızı ilə tanış olmuş, söhbət zamanı Cavabdeh Türkiyə Respublikasından gətiiriləcək İtaliya istehsalı kosmetik dərmanların seminarlar keçirilməklə kosmetik mərkəzlərə satışından yüksək gəlir əldə ediləcəyini bildirərək onu estetik klinikaya kosmetoloq kimi işləməyə dəvət etmişdir. O, razılaşaraq üç ay həmin klinikada kosmetoloq işləmiş, işlədiyi müddət ərzində işi kosmetoloji proseduralardan ibarət olmuş, hər ay əldə etdiyi gəlirin yarısını Cavabdeh vermişdir. 2018-ci ilin dekabr ayının ortalarında Cavabdeh Türkiyə Respublikasından İtaliya istehsalı kosmetoloji dərmanların gətirilməsi üçün 22.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirərək onunla şərik olmağı təklif etmişdir. O razılaşaraq 22.12.2018ci il tarixdə işlədiyi estetik mərkəzdə 4000 ABŞ dolları, 26.12.2018-ci il tarixdə 8000 ABŞ dolları və 5500 Avro məbləğində pulu Cavabdeh vermişdir. Sonrakı vaxtlar ərzində estetik mərkəzə heç bir kosmetoloji dərman preparatları gətirilmədiyini görərək Cavabdeh verdiyi pulların qaytarılmasını tələb edərkən sonuncu ona 500 ABŞ dolları və 2300 evro məbləğində pulu qaytarmaqla 11500 ABŞ dolları və 3200 evro borclu qalmışdır. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ilin dekabr ayında o rəsmi olaraq Bakı şəhəri Yasamal rayonu Şərifzadə 12 ünvanda “Nayla” adlı estetik mərkəz açmış, estetik mərkəzin fəaliyyəti kosmetoloji xidmətlərdən ibarət olmuşdur. 2018ci ilin oktyabr ayında o Dürdanə Əliyeva ilə tanış olmuş, 2018-ci ilin dekabr ayında Dürdanə Əliyeva estetik mərkəzə kosmetoloq işinə düzələrək işləməyə başlamışdır. Çexiya və Türkiyə Respublikasından kosmetik dərmanların gətirilməsi üçün Dürdanə Əliyeva ilə aralarında olan razılığa əsasən sonuncu ona 2019-cu ilin yanvar ayının axırlarında 4000 ABŞ dolları, bir neçə gün sonra 8000 ABŞ dolları və 5500 Avro məbləğində pul vermişdir. 2019-cu ilin aprel ayında dərman preparatları Çexiya Respublikasından gətirilmiş, lakin Dürdanə Əliyeva həmin dərmanların satışında, ümumiyyətlə əməkdaşlıq etməkdən qəti imtina edərək verdiyi pulları tələb etməyə başlamışdır. O Dürdanə Əliyevanın verdiyi pullardan 2300 Avro, 500 ABŞ dolları və 5000 manat məbləğində pulları qaytararaq 3200 Avro, 9500 ABŞ dolları məbləğində pul borclu qalmışdır. Cinayət tərkibi əlamətlərinin olması müəyyən olunmadığından toplanmış material üzrə 01.11.2019-cu il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən 13.01.2021-ci il tarixdə 01.11.2019-cu il tarixli qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Yasamal RPİ- nin İŞ-nə göndərilmişdir. Təkrar izahatı alınan Cavabdeh əlavə olaraq bildirmişdir ki, Dürdanə həmin dərman preparatlarından istifadə edə bilmədiyini və ona görə müştərilərinin artmadığını bildirmiş, müəyyən müddət sonra kosmetoloji mərkəzdən ayrılmışdır. Bir müddət sonra Dürdanə ona zəng edərək guya onun dərman preparatlarını aldığı firmalardan faiz aldığını, gəlir əldə etmək üçün onu bilərəkdən həmin firmalara yönləndirdiyini deməklə 11.500 ABŞ dolları və 3200 Avro məbləğində ondan pul tələb etməyə başlamışdır. Həmin preparatları xarisi ğlkə firmalarından aldığını, onların satışından heç bir gəlir əldə etmədiyini ona izah etdikdən sonra Dürdanə müəyyən müddət ona zəng etməsə də, sonradan Araz Mirzəyev və Gövhər Mustafayevanın təhriki ilə yenidən ondan pul tələb etməyə başlamışdır. Dürdanə Alıyeva ona müxtəlif telefon nömrələrindən zəng edərək onu narahat etmiş, hətta sosial şəbəkələrdə onu rüsvay edəcəyini dilə gətirmişdir. Respublika ərazisində tanınmış həkim kosmetoloq olduğu və bu cür mənfi fikirlərin yaranmaması üçün Dürdanəyə 2300 Avro, 5.000 manat və 500 ABŞ dolları məbləğində pul verərərək sifariş verdiyi dərman preparatlarının qaytarılmasını tələb etmişdir. Lakin, D.Alıyeva həmin dərman preparatlarını ona qaytarmamış və hazırda onların istifadə müddəti bitdiyindən dəyərdən düşmüşdür. Cinayət tərkibi əlamətlərinin olması müəyyən olunmadığından toplanmış material üzrə 23.01.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal rayon prokurorunun 10.03.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar bləğv edilmiş və əlavə araşdırmalar aparılması üçün Yasamal RPİ-nə göndərilmişdir. Təkrar izahatı alınan X1 Zeynalova tərəfindən kasmetoloji dərman preparatları almaq adı ilə ondan almış olduğu 12.000 ABŞ dolları və 5500 avro məbləğində pulun müəyən hissəsini qavtarsa da, hazırda 5.200 Avro. 8.550 ABŞ dolları məbləğində pullarını qaytarmadığını bildirmişdir. Beləliklə də aparılmış əlavə araşdırmanın nəticəsindən bir daha mtiəyən olunmuşdur ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yaranan mübahisə olduğu üçün Cavabdeh əməllərində cinayət tərkibi yoxdur. Ona görə də oplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında olan növcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhəkəməyə müraciət etmək hüquqlarının olması barədə məlumat verilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş Cavabdeh izahatından görünür ki, o, hazırda Dürdanə Əliyevaya 3200 Avro və 9500 ABŞ dolları borcunun olduğunu etiraf edərək, borcunu geri qaytarmağa hazır olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir... mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Beləliklə, tərəflər arasında bağlanmış razılaşmanın şərtlərinə cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Bununla yanaşı, İddiaçı Nəsib qızı iddia ərizəsində Cavabdeh ona 3200 Avro və 11500 ABŞ dolları pulunu qaytarmadığını qeyd etsə də, qeyd olunan halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya 3200 Avro və 9500 ABŞ dolları borcunun olduğu etiraf edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi maddi qaytarılmamış pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Bununla yanaşı, iddia tələbi əldən çıxmış fayda qismində tələb olunan pulun ödənilməsi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissələrdə kifayət qədər əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Məhkəmə qarşılıqlı iddia üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Nəsib qızına qarşı qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 2300 Avro, 500 ABŞ dolları 5000 manatın tutularaq ona ödənilməsini xahiş etməsinə baxmayaraq, cavabdehin ona borcunun olmasını əsaslandıra bilməmişdir. Əksinə iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən qeyd olunan məbləğ Cavabdeh qaytarılmamış pulun əvəzində verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Cavabdeh hüquqi xidmətə görə vəkillə ödədiyi 160 (yüz altımış) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı Nəsib qızının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) Avro və 9500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), Hüquqi xidmətə görə vəkillə ödədiyi 160 (yüz altımış) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı Nəsib qızının xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı Nəsib qızına qarşı “pul tələbinə dair" qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-55/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-55/2022
19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver