Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-550/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndəxanım Musaxan qızının, İddiaçı Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Zülfüqar oğlunun cavabdehə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin və vəkilinin mülki işlərin birləşdirilməsi barədə vəsatətinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Zülfüqar oğlunun cavabdehə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri vəsatət ilə məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı Zülfüqar oğluna qarşı istifadə hüququnun itirilməsi, cavabdeh və onun anası Nümayəndəxanımın mənzildən çıxarılması, mənzilin boşaldılması və maddi və mənəvi zərər tələbinə dair 2(004)-516/2021 saylı mülki işin olduğunu, hazırki mülki işlə həmin işin bir-biri ilə əlaqəli olduğundan birgə baxılmalı olduğunu bildirərək mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Zülfüqar oğlunun Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-550/2021 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh İddiaçı Zülfüqar oğluna qarşı istifadə hüququnun itirilməsi, cavabdeh və onun anası Nümayəndəxanımın mənzildən çıxarılması, mənzilin boşaldılması və maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)- 516/2021 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : İddiaçının nümayəndələrinin vəsatəti təmin edilsin. İddiaçı Zülfüqar oğlunun Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-550/2021 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh İddiaçı Zülfüqar oğluna qarşı istifadə hüququnun itirilməsi, cavabdeh və onun anası Nümayəndəxanımın mənzildən çıxarılması, mənzilin boşaldılması və maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə 2(004)-516/2021 saylı mülki işə birləşdirilsin. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-550/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-550/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver