Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5560/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızının onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsindəki ümumi sahəsi 67 kv.m olan 171 nömrəli evə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızı onun böyük xalası X1 qızıdır. Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsindəki ümumi sahəsi 67 kv.m olan 171 nömrəli fərdi yaşayış evi onun digər X2na məxsus olub. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evində qeydiyyatda olsa da, heç vaxt orada yaşamamışdır. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 1 nömrəli evin 10 nömrəli mənzilində yaşamışdır. Cavabdeh həmin mənzili xx.xx.2004-cü ildə əldə etmişdir. Cavabdeh 20 ildən artıqdır ki, Türkiyə Respublikasında Eski şəhərdə yaşayır və orada universitetdə kafedra müdiri və ya müdir müavini işləyir. Burnak X7 Çağlar Burnakla ailə qurmuşdur, onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13 və X12 adlı əkiz uşaqları var. Hazırda da Cavabdeh əri Çağlar Burnak və uşaqları Ebru və Denizlə birlikdə Türkiyədə yaşayır. Dəqiq ünvanı ona məlum deyildir. Cavabdeh atası 2008-ci ildə vəfat etmişdir. Həmin vaxt Cavabdeh Bakıya gəlmiş və atasından miras qalmış evləri və torpaq sahəsini sataraq birdəfəlik Türkiyəyə köçmüşdür. Cavabdeh mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 1 nömrəli evin 10 nömrəli mənzilini Bakı şəhəri 9 saylı DNK-da bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satmışdır. X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evini Bakı şəhəri 5 saylı DNK-da verdiyi xx.xx.2000-ci tarixli 2V-1-112 nömrəli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. X8 xx.xx.2023-cü ildə vəfat etmişdir. Bundan sonra o, X2ndan miras qalmış Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evini qəbul etmiş və xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və ona xx.xx.2023-cü il tarixdə elektron çıxarış verilmişdir. Cavabdeh 2023-cü ildə Bakı şəhərinə istirahətə gəlmişdir. O, Cavabdeh xəbər göndərərək qeydiyyatdan çıxmasını xahiş etmişdir. Lakin Cavabdeh şəxsiyyət vəsiqəsini özü ilə gətirmədiyini, bu səbəbdən qeydiyyatdan çıxa bilməyəcəyini bildirmişdir. Cavabdeh özünün Bakı şəhərində və Türkiyə Respublikasında daimi yaşayış yeri mövcud olmuşdur. Cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyi vaxtdan Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnu itirmişdir. Cavabdeh onun ailə üzvü deyildir, onunla birlikdə Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evində yaşamamış və evdən istifadə hüququ əldə etməmişdir. Cavabdehin formal olaraq qeydiyyatda qalması onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin Cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə 61 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixli 049 nömrəli arayış verilməklə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, işdə olan rəsmi sənədlərlə işin mübahisəsiz halları kimi təsdiq edilir ki, cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızı İddiaçı xalası X1 qızıdır. Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsindəki ümumi sahəsi 67 kv.m olan 171 nömrəli fərdi yaşayış evi tərəflərin X2na məxsus olub. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evində qeydiyyatda olsa da, orada yaşamamışdır. Cavabdeh özünün mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 1 nömrəli evin 10 nömrəli mənzilində yaşamışdır. Cavabdeh həmin mənzili xx.xx.2004-cü ildə əldə etmişdir. Burnak X7 Çağlar Burnakla ailə qurmuşdur, onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13 və X12 adlı əkiz uşaqları var. İddiaçının bildirdiyinə görə Cavabdeh ailə üzvləri - əri Çağlar Burnak və uşaqları X13 və Burnak Deniz oğlu ilə birlikdə Türkiyə Respublikasında Eski şəhərdə yaşayır, orada universitetdə kafedra müdiri və ya müdir müavini işləyir. Dəqiq ünvanını bilmir. Cavabdeh atası 2008-ci ildə vəfat etmişdir. Həmin vaxt Cavabdeh Bakıya gəlmiş və atasından miras qalmış evləri və torpaq sahəsini sataraq birdəfəlik Türkiyəyə köçmüşdür. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh və onun uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X12 ünvan 1 ünvanda qeydiyyatdadırlar. 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, X3 adına Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 1 nömrəli evin 10 nömrəli mənzili xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 9 saylı DNK-da bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Tərəflərin X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evini Bakı şəhəri 5 saylı DNK-da verdiyi xx.xx.2000-ci tarixli 2V-1-112 nömrəli vəsiyyətnaməyə əsasən İddiaçı vəsiyyət etmişdir. X8 xx.xx.2023-cü ildə vəfat etmişdir. Bundan sonra İddiaçı X2ndan miras qalmış Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evini qəbul etmiş və miras əmlaka dair Bakı şəhəri 5 saylı DNK-dan xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və ona xx.xx.2023-cü il tarixdə elektron çıxarış verilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evində qeydiyyatda olsa da, xx.xx.2004-cü il tarixdən Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 1 nömrəli evin 10 nömrəli mənzili onun özünün mülkiyyətində olmaqla daimi yaşayış yeri olmuşdur. Cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyi vaxtdan (ən azından xx.xx.2004-cü ildən) Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnu itirmişdir. Cavabdeh İddiaçı ailə üzvü deyildir, onunla birlikdə Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evində yaşamamış və evdən istifadə hüququ əldə etməmişdir. Cavabdehin formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Cavabdeh öz ailə üzvləri əri Çağlar Burnak və uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13 və X12 ilə birlikdə başqa ünvanda yaşayırlar. Cavabdeh xx.xx.2004-cü ildə özünə Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 1 nömrəli evin 10 nömrəli mənzilini alaraq daimi yaşamaq üçün başqa yerə getdiyi vaxtdan xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsi 171 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnu itirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hazırkı mənzil hüquq münasibətləri 2004-cü ildə və xx.xx.2023-cü ildə əmələ gəldiyindən hazırkı mübahisəli hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyata alınmasına baxmayaraq, onun həmin evdən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, mübahisəli mənzil tərəflərin xalasına məxsus olduğu dövrdə cavabdeh həmin mənzilə qeydiyyata alınsa da, ən geci xx.xx.2004-cü ildən özünə mənzil almaqla başqa ünvana getməklə oranı tərk etmiş və mənzilə olan istifadə hüququnu getdiyi vaxtdan itirsə də, formal olaraq qeydiyyatda qalmışdır. Mənzil xx.xx.2023-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü ildən iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan sonra da cavabdeh iddiaçı ilə birlikdə həmin evdə yaşamamış, onun ailə üzvü olmamış və həmin evdən istifadə hüququ yaranmamışdır, bu baradə iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır, hazırda da cavabdeh iddiaçının ailə üzvü deyildir və ona məxsus olan evdə yaşamır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması, onun həmin ev üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsindəki ümumi sahəsi 67 kv.m olan 171 nömrəli evə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızının İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsindəki ümumi sahəsi 67 kv.m olan 171 nömrəli evə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə, cavabdeh Burnak (Məhəmmədova) Təranə İsmət qızının İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Nabat Aşurbəyova (keçmiş M.Sübhi) küçəsindəki ümumi sahəsi 67 kv.m olan 171 nömrəli evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5560/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5560/2023
21.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver