Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5564/2020 19.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “zərərin əvəzinin ödənilməsinə dair 400 manat, vurulmuş mənəvi zərərə görə 1000 manat, hüquqi yardıma görə 150 manat və dövlət rüsumuna görə 30 manat ümumilikdə 1580 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 ildir ki, Azercellin satış mərkəzindən əldə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən davamlı olaraq istifadə edir. Lüzumsuz telefon istifadəçisi olmasa belə, bu illər ərzində çalışmışdır ki, telefonu daima işlək vəziyyətdə olsun. Bu məqsədlə telefonun hesabında həmişə ehtiyyat Sim kontur olmasını təmin etmiş və telefon aparatın daima saz vəziyyətdə saxlamaqla yanaşı elektrik enerjisinin tükənməsinə imkan verməmişdir. Son illər göstərilən telefondan az istifadə etsə də, əmək fəaliyyəti göstərdiyi illərdə mobil telefonumdan nisbətən intensiv istifadə etmişdir. 2019-cu ilin dekabr ayında Azercelldən ***-***-**-** nömrəli telefonuna daxil olmuş bildirişdə qeyd olunurdu ki, yüklədiyi danışıq kartının istifadə müddəti xx.xx.2019-ci il tarixdə bitir. Xidmətlərdən istifadə üçün danışıq kartı yükləməyi xahiş olunur. Baxmayaraq ki, həmin vaxt danışıq kartında 27 manatdan çox pul vəsaiti vardı, o, qanunlara və qaydalara hörmət bəsləyən bir şəxs olaraq bu tələbə əməl edib 5 manat məbləğdə olan Sim-Sim danışıq kartın telefonunun balansına əlavə olaraq yükləmişdir. Bu zaman Azercelldən telefonuna SMS daxil olmuşdur. Həmin məlumatda qeyd olunurdu ki, danışıq kartı artıq 32,78 manat təşkil edir və xx.xx.2020-ci il tarixə kimi qüvvədədir. Eyni zamanda telefonuna daxil olmuş digər SMS-də qeyd olunurdu ki, Azercelldən 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS hədiyyə olaraq qazanmışdır. O, Azercelldən hədiyyə olaraq aldığı şəbəkədaxili dəqiqə və SMS-ə görə heç sevinməmişdir. Çünki, bir qayda olaraq belə hədiyyənin istifadə müddəti bir həftə olduğundan, bu illər ərzində ona verilən belə hədiyyələrdən istifadə edə bilməmişdir. Belə ki, görmə qabiliyyətinin zəif olması səbəbindən SMS yaza bilmir, telefonda isə lüzumsuz yerə danışmağı xoşlamadığından ona verilən hədiyyədən istifadə etməmiş, ancaq telefonunun daima işlək vəziyyətdə olmasına çalışmışdır ki, zəruriyyət yarandıqda telefonundan təyinatı üzrə istifadə etsin. Lakin nəinki telefon zəngi açmadığı halda, hətta telefonuna çağırış zəngi daxil olmadığı hallarda belə danışıq balansının qısa müddət ərzində 20 (iyirmi) manata yaxın məbləğdə azaldığını gördükdə təccüblənsə də lakin səbəbini anlamamışdır. Odur ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh Sumqayıt şəhərinin İstiqlaliyyət küçəsində yerləşən filialına getmişdir. Orada xüsusi Avtomat qurğudan əldə etdiyi qəbzə əsasən 16:00-da o qeydiyyata düşərkən ondan əvvəl gəlmiş 7 nəfər abonent öz növbəsini gözləyirdi. Nəhayət 101-ci abonent 3 saylı xəzinəyə dəvət olunmuşdur. O, rastlaşdığı bu anlaşılmazlığı 3 saylı xəzinənin xəzinədarına danışmışdır. O heç bir sorğu-sual etmədən qarşısındakı kompyuterdə kiməsə səsli göstəriş verdi ki, əlavə xidmətləri dayandır. Xəzinədar işlətdiyi kompyuterdə daha bir-neçə əməliyyat apardıqdan sonra ona bildirdi ki, artıq bütün reklam xarakterli proqramlar dayandırıldı və bundan sonra buna görə balansından pul silinməyəcək. O sual etmişdir ki, : Bəs silinmiş pulların müqəddəratı necə olacaq? Cavab: Axı Siz pulu da istəyirsiniz? Pulu Azercell tutmayıb. O kağız parçasına 6065 rəqəmli kod yazaraq ona verdi və dedi, pulu ondan istəyin. Əlbətdə o, öz narazılığını bildirmiş və demişdir ki, o, Azercellin abonentidir. Əgər Azercell kiməsə şərait yaradıbsa ki, o, üçüncü şəxslərin aldadılması yolu ilə varlansın, deməli bu işin əsas günahkarı bu qondarma şəraiti yaradandır yəni, Cavabdeh. Odur ki, o bu əsassız varlanma hərəkətlərə görə məsuliyyət daşıyır. Əslində rastlaşdığı bu qanun pozuntusuna görə pensioner kimi onu ən çox incidən itirdiyi pul vəsaiti yox, Cavabdeh kimi zəngin bir şirkətin rəsmi əməkdaşının 81 yaşlı, habelə artıq 20 il ərzində Azercellin daima eyni telefon istifadəçisi olmuş abonentinə qarşı belə biganə münasibəti ona çox pis təsir göstərmiş, onu sarsıtmışdır. Hətta rastlaşdığı bu soyğunçuluq halı və Azerceli rəsmi təmsil edən xəzinədar tərəfindən bu halın normal hal kimi nümayiş etdirməsi, onda nümunəvi müştərisi olduğu şirkətə qarşı nifrət hissi oyatmışdır. Sumqayıt filialında olduğu zaman onun tələbinə baxmayaraq, xəzinədar şikayətinin nəticəsi olaraq ona hər-hansı bir sənəd təqdim etməmiş və məni inandırmışdır ki, ancaq əlindəki 101-saylı qəbzlə sübuta yetirilir ki, o, xx.xx.2020-ci il tarixdə Azercellin Sumqayıt filialında olmuş və şikayətilə bağlı görülən tədbirlər kompyuterin yaddaşına alınmışdır. Oranı tərk etdikdən sonra telefonunun ekranına nəzər salanda artıq telefonuna bir neçə muştuluq xarakterli SMS daxil olmuşdu. “Məsələn: Melomaniya xidməti uğurla dayandırıldı” Bu üzdəniraq “Melomaniya” xidməti, adından da göründüyü kimi düşünülmüş şəkildə abonentləri aldatmaq məqsədilə yaradılmış xidmət növüdür və müştəriləri aldatmaq yolu ilə onlara zərər vurmaq, müştərilərin hesabına əsassız varlanmaq məqsədi daşıyır. Azercelldə abonentlərin məcburən cəlb edildiyi xidmətlərin çeşidi genişdir. Lakin, dözülməz hal odur ki, müştəri sutka ərzində konkret hansısa xidmətdən istifadə etməsə belə “Melomaniya” və ya hansısa digər xidmətə görə son istifadə haqqı kimi həmin müştərinin danışıq balansından pul vəsaiti silinir. Göstərilməyən xidmətə görə müştərinin pul vəsaitinin mənimsənilməsi halı kobud qanun pozuntusu olduğundan yolverilməzdir. Azercell kimi zəngin bir şirkətdə, özünün sədaqətli müştərilərinə qarşı belə bir soyğunçuluq siyasət bəslənməsi halı anlaşılan deyil. Belə ki, 20 il ərzində istifadə etdiyi ***-***-**-** saylı Azercell telefon nömrəsi vasitəsiylə danışıq kartına yüklədiyim pul vəsaitinin əsas hissəsi uydurma xidmətlər bəhanəsi ilə əsassız olaraq Azercell tərəfindən mənimsənilmişdir. Əgər ancaq 2020-ci ilin yanvar ayı ərzində ona vurulan ziyanın miqdarı 20 manatdan çoxdursa, deməli 20 il ərzində vurulmuş ziyanın miqdarı bundan dəfələrlə çox olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlərin Cavabdeha heç bir aidiyyatı yoxdur. Belə ki, abunəçi öz şəxsi istifadəsində olan telefondan müxtəlif xidmətlərə qoşulmuş və həmin xidmətləri aktiv etdikdən sonra istifadə etmişdir. İstifadə zamanı balansından vəsait silinmişdir. Silinmiş vəsaitin guya “Azercel Telekom” tərəfindən qəsdən silinərək ona ziyan vurulması iddiasının heç bir əsası yoxdur. Abunəçinin mövcud nömrəsi ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı “xxxx” MMC və "xxxx" MMC tərəfindən göstərilən xidmətlərə şəxsən öz mobil nömrəsindən qoşulmuşdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsində qeyd olunmuş dəlillərini və iddia tələbini müdafiə edərək məhkəmədən xahiş edir ki, iddia ərizəsində göstərilən dəlillərə, həmin ərizəni icraata götürmüş məhkəmənin yol verdiyi qanun pozuntularına və bu əlavədə qeyd edilənlərə Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbinə uyğun qaydada obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra araşdırılmış sübutlara, hüquq normalarının tələbinə müvafiq qiymət versin. Bildirir ki, xx xxxx 2020-ci il tarixə təyin olunmuş hazırlıq iclasında məhkəməyə təqdim etdiyim həmin tarixli vəsatəti məhkəmə tərəfindən icraata qəbul edilsə də, yeddi ay bu işi icraatında saxlamış məhkəmə vəsatəti ilə bağlı hər hansı bir sənəd ona təqdim etməmişdir. Nəticədə danışıq balansında olan son 32,78 AZN-dən hansı xidmətə görə nə qədər vəsait silindiyi barədə məlumatı yoxdur. İyirmi ilə yaxın müddət ərzində istifadə etdiyi ***-***-**-** nömrəli Sim-Sim nömrəsi məhkəmə predmeti olduğundan məcburiyyət qarşısında əlavə xərc çəkib Bakcell Telekomun ***-***-**-** nömrəli abunəçisi olmuşdur. xx xxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə da iştirak etdiyi məhkəmə prosesində ona məlum olmuşdur ki, işin icraata götürülməsindən 4 (dörd) ay keçməsinə baxmayaraq, iddia ərizəsi və məhkəmə tərəfindən icraata qəbul edilmiş vəsatəti məhkəmə tərəfindən cavabdehə çatdırılmamışdır. Nəticədə bu kobud qanun pozuntusuna yol vermiş məhkəmə, COVİD-19 virusuna görə tətbiq edilmiş karantini özünə bəraət qazandıran hal kimi qiymətləndirməklə bu işi yeddi ay baxılmamış saxlamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin hərəkətsizliyini və məhkəmənin ona etdiyi təkidi nəzərə alaraq poçt vasitəsilə məhkəməyə ünvanladığı ərizədə, iddia tələbini Cavabdehla əvəz etmiş və məhkəmədən xahiş etmişdir ki, cavabdehin imkanları və onun Sumqayıt şəhərində fəaliyyət göstərən nümayəndəlikləri, habelə onun ahıl yaşında olmağını nəzərə alınmaqla işə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması davam etdirilsin. Lakin, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsinin də iştirak etdiyi prosesdə məhkəmə cavabdehi dəyişsə də, işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etdi. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadında qeyd olunubki İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək əsl olmayan cavabdeh "Cavabdeh" MMC-nin Sumqayıt filialının əsl cavabdeh "Cavabdeh"MMC ilə əvəz edilməsini, məhkəmə iclasında isə "Cavabdeh" MMC-nin geniş nümayəndəlik şəbəkəsinə malik olduğu nəzərə alınaraq işə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bu işdə açıq-aşkar qərəzli mövqe tutduğundan onun hərəkətsizliyi sayəsində işin yeddi ay baxılmamış saxlanılmasın, habelə iddia ərizəsinin və xx xxxx 2020-ci il tarixli vəsatətinin uzun müddət keçdikdən sonra cavabdehə çatdırılmasın ört-basdır etmək məqsədilə çıxardığı Qərardadın əsaslandırıcı hissəsində, məhkəməyə poçt vasitəsilə göndərdiyi ərizəyə istinad etsə də, qərəzli mövqe tutduğundan xx.xx.2020-ci il tarixli həmin ərizədə məhkəmədən etdiyi xahiş, tam şərh olunmamışdır. Belə ki, işin icraatda olduğu müddətdə iddiamın cavabdeh tərəfindən qismən etiraf etməsini bildirsə də, məhkəmə bilərəkdən bu hala münasibət bildirməmişdir. Məhkəmənin yol verdiyi bu hal, qanunvericiliyin, habelə Azərbaycan Respublikasının MPM-nin 14.2,-ci maddəsinin tələblərinə ziddir. Adıçəkilən Qərardadın qərar hissəsində məhkəmə electron sistemə istinad edərək işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə aid etsə də, həmin qərardadın əsaslandırıcı hissəsində iş materiallarına əsaslanan məhkmə, əsaslandığı sənəd barədə açıqlama vermədən hesab etmişdir ki, iş baxılması üçün aidiyyatı üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlar sübuta yetirir ki, Sumqayıt Şəhər Məhkəməsi bu işə o dərəcədə ögey münasibət bəsləyib ki, bu cür kobud pozuntuya yol verib. Belə ki, məhkəmənin yeddi ay saxladığı işə mahiyyəti üzrə baxmaması və yeddi aydan sonra aidiyyat bəhanəsilə bu işi başqa məhkəməyə aid etməsi cavabdehin dəyirmanına su tökməklə məhkəmə prosesini ləngitmək məqsədi daşıyır. Əks təqdirdə, işi yeddi ay icraatında saxlamış məhkəmə Azərbaycan Respublikası MPM-nin 21.5.-ci maddəsinin tələbinə uyğun olaraq Sumqayıt şəhəri, Azərbaycan prospekti, 96A ünvanda Cavabdeh aid "Melomaniya" xidmətinin uğurla dayandırılmasına səlahiyyəti çatanqurumun bu ünvana məhkəmə tərəfindən göndərilmiş zərfin qəbulundan imtina edilməsinə hüquqi qiymət verərdi. Habelə, məhkəmə iddia tələbimlə bağlı dəlilinin qısa zaman əhatə etməsini və qarşı təfin iddia tələbimi qismən etiraf etməsini nəzərə alaraq ahıl insanla bağlı işi başqa məhkəməyə göndərmək əvəzinə, iradə nümayiş etdirərək işə yerindəcə hüquqi qiymət verərdi və yaxud qiymət vermədən işin baxılmasını davam etdirərdi. Axı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi ***-***-**-** Sim-Sim nömrəli telefonumun balansındakı 32,78 AZN vəsaiti 20 manat azaldığına görə və bu azalma hər gün onu məlum olmayan səbəbdən azaldığına görə, xx.xx.2020-ci il tarixdə Azercelin Sumqayıt şəhəri, Azərbaycan prospekti 96A ünvanda yerləşən ofisində olmuş və orada müştəriləri nəzarət altında saxlayan polis nəfərinin müşayəti ilə bu ofisdə quraşdırılmış electron qurğudan əldə etdiyi 101 saylı xx.xx.2020-ci il tarixli qəbzə əsasən onu qəbul edən 3 saylı xəzinənin xəzinədarı ona bildirmişdir ki, Melomaniya və digər əlavə xidmətlər dayandırıldı və bundan sonra buna görə onun danışıq balansından vəsait silinməyəcək. Lakin, həmin xəzinədar tərəfindən balansından silinmiş vəsaitin danışıq balansına bərpa edilməsinə səy göstərilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə müraciətindən dörd ay sonra, daha doğrusu xx.xx.2020-ci il tarixdə ***-***-**-** nömrəli telefonuna Azercell dən daxil olmuş SMS-dən ona məlum oldu ki, Azercell, onlayn sistemi vasitəsilə nömrəsiə 11,40 manat ödəmişdir. Həmin anda onunla telefon əlaqəsi yaradan xanım ona dediki bu məbləğ "Melomaniya" xidməti tərəfindən qaytarılan məbləğdir. Digər xidmətlər barədə isə onun məlumatı yoxdur. O, həmin xanıma deyəndə ki Siz gərək bunu məhkəmə vasitəsiylə edəydiniz o, dedi, biz bu barədə məhkəməyə də məlumat verəcəklər. Göstərilən hal dəlilinin cavabdeh tərəfindən etiraf edilməsi kimi qiymətləndirilməlidir. Yəqin az məbləğə görə məhkəməyə müraciət etməyini qınayanlar az deyil. Ancaq indi Azercell tərəfindən qaytarılan 11,40 manat o zaman qəbulunda olduğum xəzinədarın təşəbbüsü ilə hesabına qaytarılsaydı əlbətdəki o, məhkəməyə müraciət etməzdi. Ancaq düşünəndə ki, 20 (iyirmi) il müştərisi olduğu şirkətdə əgər bir ay ərzində 20 manatı aldatma yolu ilə mənimsəlinibs ə, deməli bu illər ərzində xeyli vəsaiti mənimsəlinib. Çünki, əgər indi ayda 2-3 manatlıq telefon danışığı olursa, əmək fəaliyyəti göstərdiyi illərdə elə vaxtları olub ki. bir beynəlxalq telefon danışığına görə 30-40 manat ödəmişdir. Deməli həmin illərdə aldanma ehtimalı daha çox olub. Axı birinci il deyil ki, Azercelldə müxtəlif aldadıcı xidmətlər təbliğ olunur. İndi digər pensiyaçılar kimi o da 8-10 manat pensiya artımına görə sevinir. Ona görə də beş milyona yaxın müştərisi olan Azercell tərəfindən aldadılaraq məruz qaldığı maddi və mənəvi zərərə biganə qala bilmir. Habelə, cavabdeh tərəfindən aldatma yolu ilə mənilsənilmiş vəsaiti 11,40 manatı mənimsənildikdən altı ay sonra qaytarıldığı halda, cavabdehin məhkəmə prosesini ləngitməyə can-fəşanlıq etməsini məhkəmə təcrübəsində istifadə edilən hal kimi qiymətləndirsə də, bu ucuz metodun ahıl yaşlı insana qarşı tətbiq edilməsi ona daha pis təsir göstərdiyindən, o bu halı beş milyona yaxın müştərisi olan Azercelldə mövcud abuhavanın gösəricisi kimi qiymətləndirir. Bu səbəbdən də tələbində israrlıdır. Cavabdeh bilərəkdən məhkəmə prosesini ləngitməklə onun ahıl yaşında olduğunu nəzərə alaraq bu işin baxılmamış saxlanılacağına ümid bəsləyir və iyirmi il ərzində eyni telefon nömrəsindən istifadə edən 82 yaşlı müştərisinə əzab-əziyyət verməsindən zövq alır. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh vəsaitini qismən mənimsədiyini artıq etiraf edib, lakin buna görə məsuliyyət daşımaq istəmir. Hətta onu əlavə xərclərə salmaqla daha təsirli maddi və mənəvi zərərə məruz qoymağa çalışır. Belə olan halda o, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsaslanaraq cavabdehin göstərilən hərəkətlərinə görə ona qarşı məhkəmədə qaldırdığı iddia tələbini artıra bilməz. Ancaq o, bunu etmir. Çünki, məqsədi fürsətdən istifadə etməklə gəlir əldə etmək yox, istəyir ki, çoxmilyonlu müştərisi olan və zənginləşmiş "Cavabdeh" MMC-də anlasınlar ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və bu dövlətdə vətəndaşların hüquqları qanunvericiliklə qorunur. Yuxarıda göstərilənlərə əsaslanaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş arayışdan məlum olur ki, 50 *** ** ** nömrəsində xx.xx.2020 10:46:34 tarixində xidmət USSD vasitəsilə aktiv edilərək xx.xx.2020 - xx.xx.2020 tarixləri ərzində 4.80 AZN çıxılmışdır. xx.xx.2020 10:31:29 xx.xx.2020 11:36:48 tarixlərində balansda vəsait çıxılmadığı üçün xidmət avtomatik olaraq son qeyd olunan tarixdə (xx.xx.2020 11:36:48) deaktiv edilib. İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş arayışdan məlum olur ki, ********* nömrəsi xx.xx.2020-ci il tarixində "Melomaniya" viktorinasına qoşulmuşdur. "Melomaniva" viktorinası "Melomaniya" viktorinasında iştirak 2117 va 2217 qısa nömrələrinə zəng etməklə həyata keçirilir. Xidmətdən istifadə etmək üçün xidmətə qoşulmaq lazımdır. Xidmətə qoşulma pulsuzdur və ilk gün xidmət haqqı balansdan çıxılır. Daha sonra gündəlik xidmət haqqdan çıxılır. Xidmətə qoşulma avtomatik baş vermir, yalnız abunəçinin öz istəyi əsasında, həm xidmətə aid olan 2117 qısa nomrəsi vasitəsilə, həm də digər interaktiv reklam kanalı (Wrong İVR) vasitəsi ila qoşulmaq mümkündür. Abunəçi İddiaçı “Melomaniya” viktorinasına xx.xx.2019-cu il tarixində öz nömrəsindən 5353 qrsa nomrəsinə (interaktiv reklam kanalı) zəng etmaklə qoşulmuşdur. Abunəçiyə Melomaniya viktorinasına dair malumat səsləndirilib va xidmətə qoşulmaq üçün 1 düyməsini sıxmaq təklif edilib. Abunəçi 1 düyməsini seçib və xidməti aktivləşdirib. Xidmətə uğurla qoşulduqdan sonra abunəçiyə xidmətdən 1 gün pulsuz istifadə üçün müddət verilmişdir. Abunəçi həmçinin xidmətin qiyməti, xidmətdən istifadə üçün nəzərdə tutulmuş qısa nömrə, deaktiv etmə qaydası, Reqlamentin yerləşdiyi web sahifənin ünvanı və ətraflı məlumat əldə edilməsi üçün telefon mərkəzinin əlaqə nömrəsi qeyd edilmiş SMS-də göndərilmişdir: "Melomaniya xidmetine qoshuldunuz (gundelik 0.30 AZN). 2777-e Pulsuz zeng edin ve mükafatlara sahib olun! info: 6065, http://az.unifun.com/. Dayandirmaq ücün: STOP yazib 2777-e gönderin." Abunəçinin xidməti xx.xx.2020-ci il tarixdə 16:30:19-da deaktiv edilib. Abunəçiyə xidmətin deaktiv edilməsi haqqında məlumat SMS-i göndərilmişdir: "Melomaniya xidməti uğurla dayandırıldı, http://az.unifun.com" Xidmətin aktiv olduğu müdət ərzində ********* nömrəsinin balansından gündəlik xidmət haqqı-0.30 azn çıxılıb. Xidmət haqqının çıxılma müddəti: xx.xx.2020 - xx.xx.2020 dövrü ərzində olub. Çıxılan toplam məbləğ: 11.40 AZN təşkil edib. Abunəçi xidmətə qoşulduğu müddətdə xidmətdən tam istifadə etmədiyi nəzərə alınaraq, xidmət çərçivəsində çıxılmış limit məbləğ 11.40 AZN xx.xx.2020-ci il 12:16-da hesab.az vasitasilə balansına geri qaytarılmışdır. Abunəçi ilə əlaqə saxlanılmış və məlumat təqdim edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin 400 maddi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanıl müəyyən edilmişdir ki, abunəçinin balansından silinmiş vəsait istifadə etdiyi xidmətə görə olmuşdur. “Azercell” tərəfindən heç bir yanlışlığa və vəsait silinməsi halı baş verməmişdir. Dəymiş ziyanın 400 manat olması barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə məhkəmə iddia tələbinin 1000 manat mənəvi zərər hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5564/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5564/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver