Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-557/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 450 AZN məbləğində dəymiş ziyan və 20,40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək cavabdeh qismin də nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik edən Cavabdeh3 cəlb edilməsi və vurulmuş 450 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi "VAZ 21074" markalı ** MZ *** dövlət nömrə nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsində nəqliyyatın əks hərəkət zolağına çıxmaqla manevretmə qaydasını pozaraq X2 məxsus “İddiaçı’ Sığorta Şirkətində sığortalanmış “Qaz 3302-18" markalı **-HR-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomaşına maddı ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21074 markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Abşeron rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 3(012)- 625/2014 saylı İnzibati xəta haqqında iş üzrə Qərarında öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Qaz 3302-18" markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə 550 manat ziyan dəymişdir. **********0 saylı sığorta müqaviləsinə və № 010854 saylı sığorta aktına əsasən "İddiaçı” Sığorta Şirkəti 100 manat azadolma məbləği çıxılmaqla 450 manat sığorta ödənişi həyata keçirmişdir. İddianın təmin olunmasıını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan 684035 nömrəli, xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsində əks nəqliyyatın hərəkət zolağına çıxmaqla manevr qaydasını pozaraq qarşıdan gələn QAZ 3302-18 yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Araşdırma zamanı Cavabdeh2 sürücülük vəsiqəsinin müddətinin xx.xx.2013-cü il tarixdə bitdiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 İXM-nin 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli nəqliiyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan müəyyən edilir ki, “QAZEL” yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 550 manat tələb olunur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 010854 №-li sığorta aktına əsasən “QAZEL 330218” markalı avtomobilə dəymiş 550 manat zərər məbləğindən sığorta müqaviləsində nəzrdə tutulmuş 100 manat azad olma məbləği çıxılmaqla sığorta ödənişi 450 manat təşkil edir. İş materiallarında olan AB serilalı , 654042 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh2 AA seriyalı, 718464 №-li sürücülük vəsiqəsinin surətinə əsasən sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. İş materiallarında olan Abşeron Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olsa da xx.xx.2014-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 tərəfindən idarə edilmişdir. İş materiallarında olan Cavabdeh2 oğlunun izahatına əsasən o, xx.xx.2014-cü il tarixdə idarə etdiyi VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri Ə.Səfiyev küçəsi ilə hərəhət edərkən hərəkətdə olan QAZ- 3302-18 markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi barədə xəbəri var idi. Lakin xəstə olduğu üçün sürücülük vəsiqəsini dəyişməyə gedə bilməmişdir. İş materiallarında olan sığorta müqavilələinin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixə icbari sığorta müqaviləsi mövcud olmamışdır. İşin müəyyən olunmuş halları odur ki, Cavabdeh1 mülkiyyətindəki ‘VAZ 21074" markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobil icbari qaydada sığortalanmamışdır. Həmin avtomobil etibarnamə əsasında Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. Yol hadisəsi baş verən zaman Cavabdeh2 sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmışdır. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtardığından ona verilmiş etibarnaməyə xitam verilmişdir. Hadisə zamanı QAZ 3302-18 yük markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşına 550 manat məbləğində maddi ziyan dəymiş və nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalandığından ziyanı sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin subraqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 450 AZN sığorta ödənişi və 20.4 manat dövlət rüsumun əvəzi məbləğində dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Çünki, Cavabdeh2 avtomobili qanuni əsaslarla idarə etməsi üçün etibarnamə verilmişdir. Lakin onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtardığından etibarnaməyə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, subraqasiya qaydasında zərər yalnız Cavabdeh2 tutulmalıdır. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, 450 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,40 manat Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,4 (iyirmi manat qırx qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-557/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-557/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver