Məhkəmə qərarları › İş №2(004)-5590/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5590/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5590/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pozulmuş hüquqların bərpası ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pozulmuş hüquqların bərpası ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli çıxarılmış və qanuni qüvvəsini almış bəraət hökmü əsasında ona ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində “polisin nəzarəti altına vermə, qətimkan tədbiri seçilməklə və 2 ildən artıq müddətə Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarına qarşı qanunsuz məhdudiyyətlərin qoyulması ilə bağlı Konstitusiya ilə təsbit edilmiş pozulmuş insan hüquq və azadlıqlarının bərpası yönümündə, o cümlədən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi hüquqi əsası ilə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmaqla 12000 manat maddi, 8000 manat mənəvi, ümumilikdə 20000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onun barəsində çıxarılmış Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 540/2023 saylı, xx.xx.2023-il tarixli qanuni qüvvəsini almış bəraət hökmünə əsasən, bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış bəraət hökmü əsasında ləğv edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 21/2022 saylı, 11 may 2022-il tarixli hökmü ilə onun barəsində əsassız olmaqla və cinayət qanununun hüquqi normalarına əməl edilmədən Azərbaycan Respublikası CM-nin 221.2.1. maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15(on beş ) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzası təyin edilmiş və həmçinin, barəsində bəraət hökmü çıxarılanadək o, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının əsaslı səhvi (təqsiri) səbəbindən əsassız olaraq ilk əvvəl xx.xx.2021-ci il tarixindən başlanılmaqla Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb olunmaqla izahatı alınmış, xx.xx.2021-ci il tarixindən həmin maddə ilə təqsirli bilinməklə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə birbaşa qanunsuz olaraq Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarına məhdudiyyətlər qoyulmasına səbəb olan qanunsuz hallara məruz qalmışdır. Belə ki, qanunsuz olmaqla -cinayət qanununun normalarına əsaslanmayan hüquqda əsassız olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinməklə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəticəsində hər dəfə polis orqanlarına gedərək orada rəsmi qeydiyyatının aparılmasını və yaşadığı ərazi üzrə başqa yerə getməməsi bildirməklə qanuni hüquqlarının birbaşa məhdudlaşdırılması və pozulması halları baş verməklə, eyni zamanda əmək fəaliyyəti ilə də normal məşğul olmasının qarşısı alınması formasında təzahür etmişdir. O, uzun illərin pedaqoji təcrübəsinə malik, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan ali təhsilli müəllimədir, lakin ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, CM-nin 221.2.1-ci “Xuliqanlıq” maddəsi ilə təqsirli bilinməklə çalışdığı pedaqoji kollektivdə normal müəllimlik əmək fəaliyyətinə çox ciddi mənfi təsiri mövcud olmaqla, həmin dövrdə pedaqoji fəaliyyəti ilə yanaşı “nigarançılıq”, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik “ yaşamaq məcburiyyətində qalması nəticəsində 2-ci tip şəkər xəstəliyinə düçar olmuşdur. Bunun nəticəsində həkim tibbi müayinələrindən keçməklə səhhətində, sağlamlığında yaranan ciddi qüsurların yaranması ilə əlaqədar çoxlu sayda, külli müqdarda pul ödənişləri etməkə maddi zərərə məruz qalmışdır. Həmçinin, bu yönümdə sağlamlığında baş vermiş ciddi qüsurlar səbəbi ilə həkimlərin təyinatı əsasında çoxlu sayda bahalı tibbi dərmanlar qəbul etməklə daha da ağır maddi zərərə məruz qalmaq məcburiyyətində olmuşdur. Belə ki, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə barəmdə CM-nin 221.2.1. “Xuliqanlıq” maddəsi ilə təqsirli bilinməyi ilə əlaqədar bu qanunsuz proses 2 ildən artıq müddət çəkmiş və nəticədə bu dövr ərzində həkim müayinə-müalicə xərcləri, eyni zamanda bahalı tibbi dərmanların qəbulu ilə əlaqədar ona 12000 manat maddi zərər dəymişdir. Bundan başqa, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə və 2 ildən artıq müddətdə Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarına qarşı qanunsuz məhdudiyyətlərin qoyulması ilə bağlı maddi zərərlə yanaşı, həm də mənəvi zərərə məruz qalmaqla çoxlu sayda əsəb, sarsıntı və fizikimənəvi iztirablara məruz qalmaqla cəmiyyət arasında işgüzar nüfuzunun qismən itirilməsi hallarına məruz qalmış, əsassız, qanunsuz olaraq istintaqa cəlb edilməyi ilə bağlı birbaşa qanuni hüquqlarına məhdudiyyətlər qoyulması ilə əmək fəaliyyəti ilə bağlı çoxlu çətinliklərlə üzləşməklə normal əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, hətta bununla bağlı iş yerini itirmişdir. Ona dəymiş mənəvi ziyanın məbləği isə 8000 manat təşkil edir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli çıxarılmış və qanuni qüvvəsini almış bəraət hökmü əsasında ona “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmaqla ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz səhv hərəkətləri (təqsiri) nəticəsində 2 ildən artıq müddətə barəsində “polisin nəzarəti altına vermə, qətimkan tədbiri seçilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi səbəbindən pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi ilə vurulmuş 12000 manat maddi zərərin və 8000 manat mənəvi zərərin, ümumilikdə vurulmuş 20000 manat zərərin dövlət hesabına ödənilməsi öhdəliyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə və telefon vasitəsilə əlaqə saxlanılaraq şəxsən məlumat verilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-21/2022 saylı hökmündən görünür ki, X9 Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, X9 Mehdi oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) il 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, X9 Mehdi oğlunun üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin X9 Mehdi oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, X9 Mehdi oğlunun cəzaçəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X9 Mehdi oğlunun haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, İddiaçı cəza çəkmə müddətinin əvvəlinin onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, hökmün icrasına nəzarətin İddiaçı yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, İddiaçı haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, 200 (iki yüz) manat məhkəmə ekspertizası xərci ilə əlaqədar X9 Mehdi oğlundan 100 (yüz) manat, İddiaçı isə 100 (yüz) manat pulun tutularaq dövlət nəfinə keçirilməsi, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabıdan X5 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat, X1 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat, Həmdiyyə Əfəndizadənin vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pulun köçürülməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli, 1(103)-1274/2022 saylı qərarından görünür ki, məkhum olunmuş X9 Mehdi oğlu və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X9 Mehdi oğlu və İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(004)-21/2022 saylı, 11 may 2022-ci il tarixli hökmünün məhkum olunmuş İddiaçı və X9 Mehdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1909/2022 saylı qərarından görünür ki, məhkum İddiaçı və X9 Mehdi oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının İddiaçı və X9 Mehdi oğlunun barəsində olan xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli, 1(103)-540/2023 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxslər X9 Mehdi oğlu və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin X9 Mehdi oğlu və İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair 1(004)-21/2022 saylı, 11 may 2022-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılaraq, X9 Mehdi oğlu və İddiaçı CM-nin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirlikləri sübuta yetirilmədiyindən bəraət verilməsi, X9 Mehdi oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə ekspertiza xərci 200 (iki yüz) manatın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, bəratə almaları ilə əlaqədar X9 Mehdi oğlunun tutulması və həbsdə saxlanılması, hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə görə cəlb edilməsi, habelə pozulmuş hesab etdikləri hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması X9 Mehdi oğluna və İddiaçı izah edilməsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən X9 Mehdi oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün 120 manat, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən İddiaçı hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün 120 manat, cəmi 240 manat pulun dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı şəhər poliklinikasının verdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı şəhər poliklinikasının verdiyi xx.xx.2023-cü il tarixli ambulator kartdan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Şəkərli diabet tip 2” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan tövsiyyə vərəqələrindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar müalicəsi üçün müvafiq dərmanlardan istifadə etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMD-nin MEİS Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 saylı Bakı Dost Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli çıxarılmış və qanuni qüvvəsini almış bəraət hökmü əsasında ona “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmaqla ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz səhv hərəkətləri (təqsiri) nəticəsində 2 ildən artıq müddətə barəsində “polisin nəzarəti altına vermə, qətimkan tədbiri seçilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi səbəbindən pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi, keçirdiyi iztirablar nəticəsində yaranmış xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərcələri, eyni zamanda bahalı tibbi dərmanların qəbulu ilə əlaqədar vurulmuş 12000 manat maddi zərərin tutulmasını xahiş etsə də, ona qeyd edilən məbləğdə zərər vurulmasını sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində işdən azad olunması ilə bağlı ona maddi zərər dəyməsini qeyd etmiş olsa, məhkəmə iclasında verdiyi izahatında onun işdən azad olunmasının hazırkı cinayət əməli səbəbindən baş verməsini deyil, işlədəyi kollektivdə ixtisarların olması səbəbindən baş verməsini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmə tərəfindən iddia tələbinin maddi zərər hissəsinə münasibətdə rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla, ibtidai istintaq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da iddiaçıya həmin məbləğdə maddi zərərin vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla yaşanaşı, məhkəmə, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi zəruri hesab edir. İddiaçının mənəvi ziyana görə 8000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansıl məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan səbəblərdən, həmçinin mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-540/2023 saylı hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin olmaması sübuta yetirilməsi nəticəsində bəraət alması müəyyən edilmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar səhhətində ciddi problemlər yaranmış və bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəymişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3000 (üç min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edilməli və vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində pul İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar