Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-56/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh azxeber.com saytına verdiyi müsahibəsində barəsində qeyd olunan həqiqətə uyğun olmayan məlumatların həmin saytda təkzib edilməklə üzr istənilməsi, Cavabdeh İddiaçı Cabbar oğluna dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 240 manat dövlət rüsumunun, cəmi 55240 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə o X5 ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. X5 onunla birgə nikahda olduğu dövrdə, 2020-ci ilin sentyabr ayından başlayaraq, ona xəyanət etmişdir. Bütün bunların üstü açılanda X.Cabbarova uşaqların atanın himayəsində qalmasına razılıq verib, evdən çıxıb getmişdir. X.Cabbarova evdən çıxıb gedəndən sonra kompyuterə baxış keçirərkən X.Cabbarovanın Milli Məclisin deputatı Cavabdeh ilə əxlaqsız yazışmasını aşkar etmiş, yazışmanı aşkar edəndən sonra o “Prime TV” internet televiziya kanalına bununla bağlı müraciət edib yazışmanı təqdim etmişdir. Buna cavab olaraq Cavabdeh azxeber.com saytın müsahibə verərək onu təhqir etmiş, barəsində həqiqətə uyğun olmayan, qərəzli və yalan məlumatlar yaymışdır. Cavabdeh bildirir ki, o manyak, narkoman, uşağı döyən, dözülməz bir adamdır, aqressivdir, hakimiyyəti pisləyir, X.Cabbarova dözülməz şəraitdə yaşayıb, ondan çoxdan ayrılıb. Deyir belə ər, belə kişi olar? Cavabdeh bildirir ki, X.Cabbarovanı tanımır, güya X.Cabbarova parlamentə müraciət edib, onlar da müraciəti Ədliyyə Nazirliyinə göndəriblər. Cavabdeh Milli Məclisin İnsan hüquqları və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür. Belə olan halda sual ortalığa çıxır, həmin Komitələrin işi vətəndaşların müraciətlərinə baxıb aidiyyəti üzrə göndərməkdən ibarətdirmi? Əgər Elman X1 tanımırsa, necə olub ki, 2018-2021-ci illər ərzində onlar daim mobil telefonla danışıqlar aparıblar? Əgər Cavabdeh X.Cabbarovanı tanımırsa, demək onu da tanımır, belə olan halda hansı əsasla barəsində şər və böhtan xarakterli məlumatlar yayır? Qeyd etmək istəyir ki, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir, sübut üçün analiz də vermişdir. Həmçinin bildirmək istəyir ki, heç vaxt hakimiyyəti pisləməmişdir, əksinə hər zaman cənab Prezidentin fəaliyyətini var gücü ilə dəstəkləmişdir. O, “Hanwha” şirkətinin Azərbaycan Respublikasında rəsmi distribyutoru olmuşdur. Barəsində yayılan yalan məlumatlara görə “Hanwha” şirkəti aralarında bağlanılan müqaviləni pozub. Yuxarıdakılara əsasən görünür ki, Cavabdeh hərəkətlərinə görə ona maddi və mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində şər-böhtan nəticəsində keçirdiyi mənəvi iztirablar sağlamlığına mənfi təsir göstərmişdir. Bu müddət ərzində dəfələrlə qohum və tanışlar tərəfindən sorğu-suala tutulmuş, barəsində yazılan yalanlarla bağlı dəfələrlə izahatlar vermişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı üzərinə barəsində şər və böhtan xarakterli məlumatların yayıldığı internet sosial şəbəkəsindəki “Prime-tv” vasitəsilə həmin məlumatların təkzib edilməsi və onun Cavabdeh üzr istəməsi vəzifəsinin qoyulması, habelə cavabdehdən ona vurduğu maddi ziyana görə 50000 manat və mənəvi ziyana görə isə 10000 manat məbləğində vəsaitin tutulması, ödənilmiş 270 manat dövlət rüsumunun əvəzinin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı youtube sosial şəbəkəsində evli tələbəsi ilə eşq yaşayır: Cavabdeh haqda şok iddia adı ilə yerləşdirilən 1 dəqiqə 57 saniyədən ibarət məlumatda onun şərəf və ləyaqətini alçaltmaqla, habelə işgüzar nüfuzunu gözdən salmaqla ona 50000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Həmin videoçarxda qeyd olunur ki, Cavabdeh kimi adama vəzifə etibar etmək olmaz, bir adam ki, elmi rəhbəri olduğu evli bir xanıma tamah salıb onunla sevgi münasibətində olursa, görün tabeliyindəki işçilərə necə rəhbərlik edər ifadələrindən ibarət ərizə ilə cavabdeh İddiaçı adlı şəxsin “Prime tv” internet xəbər agentliyinə ərizə ilə müraciət etmişdir. Həmçinin həmin məlumatda qeyd olunur ki, guya cavabdeh İddiaçı öz şəxsi kompyuterində hələ evli olarkən arvadı Xumar Cabbbarovanın onun ilə sevgi mesajlarını tapmış, habelə evinə quraşdırdığı gizli kamera vasitəsilə arvadının anası ilə telefon danışıqları zamanı müxtəlif şəxslərlə yanaşı Cavabdeh haqqında da danışıldığı qeyd olunur. Bildirir ki, qeyd olunanlar şər və böhtandır. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ondan qisas almaq, işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmaq məqsədilə həmin məlumatlarla internet xəbər agentliyinə müraciət etmiş, habelə həmin məlumatların qeyd olunan məqsədlərlə yayılmasına nail olmuşdur. Belə ki, həmin şər və böhtan xarakterli məlumatlar youtube sosial şəbəkəsində yayıldıqdan sonra o müəyyən araşdırmalar aparmış və məlum oldu ki, vətəndaş X5 adlı şəxs tərəfindən Azərbaycan Respublikası Mili Məclisinin deputatı olaraq ona ünvanlanmış şikayət ərizəsi məhkəmə qərarlarının icrası və icra məmurunun hərəkətləri ilə bağlı olduğundan həmin şikayət ərizəsi baxılıb müraciət müəllifinə cavab verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə göndərilmişdir. Həmin şikayət ərizəsi qeyd olunan dövlət orqanına göndərildikdən sonra icra xidməti tərəfindən vətəndaş şikayətinə dərhal reaksiya verilərək dövlətin adından çıxarılmış məhkəmə qərarının icrası təmin edilmişdir. Buna görə də, cavabdeh məhz onun İcra baş idarəsinə etdiyi müraciətdən sonra uşaqların ondan alınıb analarına verildiyinə görə ondan qisas almaq üçün belə bir ağılsığmaz ittihamla internet xəbər agentliklərinə müraciətlər edərək barəsində yalan və böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Bununla da, cavabdeh qeyd olunan qanunsuz hərəkətləri ilə ona millət vəkili və elmi-siyasi-xadim olaraq maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, qeyd olunan şər və böhtan xarakterli məlumatar cavabdeh tərəfindən internet sosial şəbəkələrində yayıldıqdan sonra o mənəvi, fiziki istirablar keçirdiyinə görə bir çox ağır müalicələr almışdır, habelə həmin məsələ ilə bağlı bir çox aidiyyəti qurumlarda izahat və ifadələr vermişdir, yaxın qohum, dostlar yanında açıqlamalar verməyə məcbur olmuşdur, nəticə etibarı ilə şərəf və ləyaqəti, işgüzar nüfuzu kölgə və şübhə altına alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, qarşı tərəf proseslərdə iştirak etmədiyi üçün bir neçə dəfə proses təxirə salınıb. Məhkəmə onların qarşılıqlı iddialarını icraata qəbul edib. Məhkəmədən xahiş edir ki, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilsin. Əlavə olaraq bildirmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Youtube” sosial şəbəkəsində https://www.youtube/com/watch?v=lvtqORu3Kkw linki ilə “Cavabdeh” evli tələbəsi ilə eşq yaşayır adı altında bir videogörüntü paylaşmışdır. Həmin videogörüntüdə Cavabdeh haqqında şok iddia adı ilə yerləşdirilən 1 dəqiqə 57 saniyədən ibarət məlumatda hüquqlarını təmsil etdiyi şəxsin şərəf və ləyaqətini alçaltmağa, işgüzar nüfuzunu gözdən salmağa çalışılmış və bununla da onlar hesab edirlər ki, hüquqlarını təmsil etdiyi şəxsə 50000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Həmin video çarxda qeyd olunur ki, Cavabdeh kimi adama vəzifə etibar etmək olmaz, bir adam ki, elmi rəhbər olduğu evli bir xanıma tamah salıb onunla sevgi münasibətində olursa, görün tabeliyindəki işçilərə necə rəhbərlik edər ifadələrindən ibarət ərizə ilə cavabdeh İddiaçı adlı şəxsin “Prime TV” internet xəbər agentliyinə ərizə ilə müraciət etmişdir. Onun müraciətinin məzmunu çarxda göstərilib. Həmin videogörüntüdə səslənən məlumatlar Cavabdeh şərəf və ləyaqətin alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlardır. Cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır, həmçinin böyük nüfuza malik siyasətçidir, Yeni Azərbaycan Partiyasının rəhbərliyindədir, habelə xarici ölkələrdə Milli Məclisin deputatı olaraq dövlətinə qarşı yönələn mənfi düşüncəli insanlarla mübariz aparan şəxslərdən biridir. Cavabdeh cəmiyyətdə tutduğu vəzifəsi nəzərə alınsa, qarşılıqlı iddia üzrə cavabdehin “Youtube” sosial şəbəkəsində paylaşdığı ifadələr həm onun işgüzar nüfuzunu, həm də şərəf və ləyaqətini alçaldan ifadələrdir. Ona görə də onlar hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək qənaətinə gəlmişlər. Hesab edirlər ki, iddia tələbləri əsaslıdır. Həmin video çarxda qeyd olunur ki, Cavabdeh kimi adama vəzifə etibar etmək olmaz, bir adam ki, elmi rəhbər olduğu evli bir xanıma tamah salıb, onunla sevgi münasibətində olmasına dair mesajlar tapmış, habelə evinə quraşdırdığı gizli kamera vasitəsilə arvadı ilə onun hər hansı gizli əlaqələrini tapıb. Cavabdeh Xumar Cabbarova ilə hər hansı əlaqəsi yoxdur. İlkin iddia ərizəsinə etirazlarına qoşma edilmiş ərizələrdən də görünür ki, Xumar Cabbarova öz əri ilə olan məişət problemləri haqqında, həmçinin digər məhkəmə qərarının icra olunmaması ilə əlaqədar olaraq Milli Məclisə müraciət edib. Müraciətinə cavab olaraq Milli Məclis tərəfindən İcra Baş İdarəsinə müraciət olunub və İcra Baş İdarəsi tərəfindəm xanımın müraciəti müsbət həll olunub. Başqa heç bir şəxsi münasibət olmayıb. Şəxs vətəndaş olaraq Milli Məclisə müraciət edib, onun müraciətinə baxılıb və müsbət həll olunub. Qeyd olunan danışıqlar haqqında onun məlumatı yoxdur. Yəqin ki, müraciəti il bağlı danışıqlar aparılıb. Həmin nömrələrin də kimə məxsus olması dəqiq müəyyən edilməyib. “Facebook”dan olan çıxarışlarla tanış deyil. Xanım Milli Məclisə müraciət edib. Vətəndaşdır, deputata müraciət edə bilər. Bu o demək deyil ki, onunla şəxsi münasibəti var. Cavabdeh hansı seçki dairəsindən seçilməsinin fərqi yoxdur. İcra Baş İdarənin Cavabdeh olan cavabında məsələnin müsbət həllini tapdığı qeyd olunur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, mülki iş üzrə ona qarşı qaldırılmış "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia tələbini qəbul etmir. Hesab edir ki, həmin iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfin iddia ərizəsində əvvəlcə arvadı Xumar Cabbarova tərəfindən ona Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin polis əməkdaşı Ramazan Nəbiyev ilə xəyanət etdiyi qeyd olunur, sonradan guya iddiaçı kompyuterdən Xumar Cabbarova ilə onun yazışmasını tapdığını və nəticə etibarı ilə guya onunla arvadı arasında şəxsi münasibətləri olduğunu müəyyən etmiş, habelə guya onun barəsində yayılan məlumatlar nəticəsində Azərbaycanda rəsmi distryubteri olmuş "Hanwha" şirkəti ilə üşgüzar münasibətləri pozulmuşdur. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş qoşmalardan da görünür ki, ona qarşı qaldırılmış hazırkı mülki iş üzrə iddia ərizəsi şər və böhtan xarakterlidir. İddiaçı tərəfindən onun şərəf və ləyaqətinin onun tərəfindən alçaldılması və nəticə etibarı ilə ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Onun heç vaxt iddiaçının keçmiş arvadı ilə hər hansı şəxsi münasibəti olmamışdır. Sonradan onun barəsində yayılan həqiqətə uyğun olmayan məlumatlar İddiaçı tərəfindən yayıldıqdan sonra tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, vətəndaş X5 adlı şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq ona ünvanlanmış şikayət ərizəsi məhkəmə qərarlarının icrası və icra məmurunun hərəkətləri ilə bağlı olduğundan həmin şikayət ərizəsi baxılıb müraciət müəllifinə cavab verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə göndərilmişdir. Həmin şikayət ərizəsi qeyd olunan dövlət orqanına göndərildikdən sonra icra xidməti tərəfindən onun tərəfindən göndərilmiş vətəndaş şikayətinə dərhal reaksiya verilərək dövlətin adından çıxarılmış məhkəmə qərarının icrası istiqamətində zəruri qanunamüvafiq tədbirlər görülərək icra təmin edilmişdir. Bundan narazı qalan İddiaçı məhz ona edilmiş vətəndaş müraciətindən sonra məhkəmə qərarının onun ziyanına icra edildiyini düşünüb barəsində internet xəbər agentliklərinə həqiqətə uyğun gəlməyən məlumatları yaymışdır. Həmin məlumatlara tərəfindən münasibət bildirilərkən heç bir qanunsuzluğa və hər hansı formada maddi və mənəvi ziyanın vurulmasına əsas ola biləcək hərəkətlərə yol verilməmişdir. Qeyd olunanların nəzərə alınmasını, ona qarşı qaldırılmış hazırkı mülki iş üzrə iddia tələbinin əsassız olduğundan rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Cavabdeh iddia tələbini əsassız olduğundan qəbul etmir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, qarşı tərəf bildirir ki, xanım Cavabdeh müraciət edib və o şikayət əsasında xanımın problemi həll olunub. Bildirmək istəyir ki, həmin şikayət əsasında onun problemi həll olunmayıb. İcra Baş İdarəsinin cavabı da bunu deyir. Qarşılıqlı iddianı qəbul etmirlər. Suraxanı Rayon Məhkəməsində qaldırılmış və sonradan hazırki işə birləşdirilmiş qarşılıqlı iddiaya da bildirmək istəyir ki, İddiaçıla bağlı hissədə iddia tamamilə əsassızdır. İddiaçı iddiası əsasında hakim Təhminə Xəlilova məhkəmə hazırlıq iclasında ekspertiza təyin etmişdi və ekspertin rəyi vardır ki, İddiaçı Elman Nəsırov barəsində dediklərini sübut etməsə, həmin hallar şərəf və ləyaqətin, işgüzar nüfuzun alçaldılması kimi başa düşülməlidir. Lakin İddiaçı Cavabdeh barəsndə dediyi bütün sözlərin arxasında sübutlar var. “Facebook” yazışmaları, Baksel mobil operatorundan çıxarış, eyni zamanda evində quraşdırılmış kamera görüntüləri və s., habelə xanım həmin kameranın olmasından məlumatlı olub. Həmçinin orada təkcə Cavabdeh olmayıb, bir polis əməkdaşı da olub. Həmin polis əməkdaşı barəsində də tədbir görülmüşdür. Yəni bütün bunların sübutu var. Ona görə də ekspertizanın keçirilməsinə də etiraz edirlər. Xanımla Cavabdeh arasında olan münasibət bir çox sənədlərlə öz əksini tapır. İddiaçı da onların gizli eşq yaşadığını deməyə haqqı var. Bu münasibətdən İddiaçı məlumatı olmadığı üçün gizli hesab olunur. Məlumatı olsaydı, bu məsələni qaldırmazdı. Cavabdeh İddiaçı tanımadığı halda barəsində “narkomandır, dözülməz adamdır” kimi ifadələr işlədib. Qarşılıqlı iddia da İddiaçı iddiasından qaynaqlanır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan AZ-İ 864903 seriya nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 913 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Cabbarova soyadı verilmişdir. İş materiallarında olan Narkotik, sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 1892 nömrəli Aktdan görünür ki, İddiaçı narkotik vasitədən istifadə aşkar olunmamışdır. İş materiallarında olan “Bakı şəhər Narkoloji Mərkəzi” X13 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 976 saylı Arayışdan görünür ki, İddiaçı Bakı Şəhər Narkoloji Mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən İddiaçı AR CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/805 nömrəli Ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “azxeber.com’ internet portalına “onun əri narkomandır” başlığı altında verdiyi müsahibənin mətnində işlədilmiş bəzi ifadələr (manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən) təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab olunur. Mətndə işlədilən ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir. İş materiallarında olan tələbkar X3 Azərbaycan Respublikası Milli Məclisinin deputatı İnsan Hüquqları Komitəsinin üzvü Cavabdeh ünvanladığı şikayət ərizəsində qeyd edilmişdir ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına, uşaqların yaşayış yerinin və alimentin müəyyən olunmasına, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə xanım Qafarovanın icraatındadır. İddiaçı barəsində Suraxanı Rayon Məhkəməsi 17 fevral 2021-ci il tarixdə dərhal icrasının təmin edilməsi tələb edilən qarardada görə 23 fevral 2021-ci il saat 18:30-dan 20:30-a qədər uşaqlarla icraçıların iştirakı ilə görüş təmin edilsə də, uşaqları yenidən ondan ayırmışlar. Hadisəni icraçı Rüfət Maqsudov rəsmi olaraq aktlaşdırıb, bir neçə gündür müxtəlif bəhanələrlə ünsiyyətin təmin edilməsinə maneə törədir. Zənglərə cavab vermir. Bundan əlavə. 01 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən uşaqların anasının yanında qalması müəyyən olunub. Yekun olaraq azyaşlı uşaqlarının zor gücü ilə ondan ayrılmalarına imkan verilməməsi və borclunun qanunsuz hərəkətlərinə son qoyulması və icra vərəqəsinin dərhal icra edilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Sözügedən şikayət ərizəsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla icra olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsindən Respublikası Milli Məclisinin deputatı Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apeltyasiya Məhkəməsinin xx.xx.2021-d il tarixli qərardadı ilə icra sənədinin verilməsi üçün əsas olmuş əvvəlki qərardad dəyişdiriləcək yeni icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən tərəflərin birgə nikahdan anadan olmuş 2015-ci il təvəllüdlü Emilya adlı və 2016-cı il təvəllüdlü Ayan adlı uşaqları ilə həftənin 3 günü (cümə günü saat 12:00-dan 16:00-dək, bazar günü saat 12:00-16:00-dək) şikayətçinin ünsiyyət hüququ təmin edilməlidir. İcra sənədi üzrə Suraxanı və Oğuz rayon icra qurumları tərəfindən aparılmış icraat zamanı hər iki uşağın şikayətçinin yanında qaldığı müəyyən edilmiş və bu barədə icra məmuru tərəfindən məhkəməyə və aidiyyəti təşkilatlara müvafiq məlumat verilmişdir. İşə mahiyyəti üzrə baxılıb qəbul ediləcək qərardan asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1606 nömrəli Ekspert rəyindən görünür ki, “Youtube” internet sosial şəbəkəsində olan “Prime TV” kanalındakı İddiaçı çıxışında Cavabdeh barədə ifadə etdiyi məlumatlar – “etibar etmək olmaz”, “tamah salıb”, “deyir görüşək”, “müəllim”, “əslində sevgili”, “evli bir qadına hərəkətlər edə bilirmiş” – öz təsdiqini tapmadığı təqdirdə şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab olunur. Həmin məlumatların doğruluğunun müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəifndən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əassən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə hesab edir ki, həm ilkin həm də qarşılıqlı iddia tələbi şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salan, barəsində böhtan xarakterli məlumatları yaydığına görə üzr istəməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması hissəsi üzrə qeyd edir ki, tələblər bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, mülki iş üzrə tərəflərin tələbinin şərəf, ləyaqət və işgüzar nüfuzunun pozulması ilə bağlı hissəsinin əsaslı olması öz təsdiqini tapmadığı üçün məhkəmə həm ilkin həm qarşılıqlı iddianın maddi və mənəvi ziyana görə pulun ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması hissələrii təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq həm ilkin, həm də qarşılıqlı iddia tələbi üzrə belə nəticəyə gəlir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırda həm ilkin, həm də qarşılıqlı iddia tələbi təmin olunmadığından işə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu da tərəflərin özünə aid edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X11rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin olunmasın. Qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-56/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-56/2023
14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver