Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-560/2021 02.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi (qızı) X5 iştirakı ilə, İddiaçı cavabdehlərlər Cavabdeh1 MTK-ya, Cavabdeh4 və Cavabdeh3 qarşı “qanunsuz quraşdırılmış dolabın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh4 və Cavabdeh3 qarşı “qanunsuz quraşdırılmış dolabın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş ünvan 1 A ünvanda yerləşən binanın 11-ci mərtəbəsində, ümumi dəhlizdə qonşu tərəfindən qanunsuz inşa edilmiş dolabın cavabdehlər tərəfindən sökülərək dəhlizin əvvəlki vəziyyətinə qaytarılması; cavabehlər Cavabdeh1 MTK-dan və ünvan 2 A ünvanda yerləşən binanın 11-ci mərtəbəsindəki 68 saylı mənzilin sahibi Cavabdeh4 və Cavabdeh3 vurduqları maddi zərərə görə 3000 manat və mənəvi zərərə görə 3000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (qızı) X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2005-ci ildə binanın tikinitisinə başlanılmış və iddiaçı 2009-cu ildə binaya köçmüşdür. xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. 11-ci mərtəbədə yerləşən 68 nömrəli mənzilin sahibi Cavabdeh4dur. 2020-ci ilin iyun-iyul aylarında Cavabdeh3 68 nömrəli mənzilə köçmüş və hazırda həmin mənzildə yaşayır. Cavabdeh3 ümumi istifadədə olan dəhlizdə qanunsuz olaraq dolab quraşdırmışır. İddiaçı dolab quraşdırılarkən Cavabdeh1 MTK-nın sədri X1 məlumat vermiş və dolabın quraşdırlmasına mane olmasını xahiş etmişdir. Cavabdeh1 MTK-nın sədri X2 dolabın quraşdırılmasının qanunsuz oluduğunu və şifahi razılıq verdiyini bildirmişdir. Dolab sökülmədiyinə görə İddiaçı FHN-ə şikayət etmiş və bununla bağlı FHN-dən dolabın qanunsuz olduğu və sökulməli olduğu baradə bildiriş almışdır. Dolab yük liftinin qarşısında quraşdırılmışdır. 11-ci mərtəbədə yerləşən mənzil mülkiyyətçilərinin razılığı alınmadan quraşdürılmışdır. Bu səbəbdən həmin dolab sökülməli və idiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı dəymiş maddi zərəri 3.000 manat, mənəvi zərəri 3.000 manat qiymətləndirir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı nümayəndəsi X5 müraciəti araşdırılmış, qeyd olunan ünvan 2 A ünvanda yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 11-ci mərətəbəsində ümumi istifadədə olan dəhlizdə tikinti layihəsində nəzərdə tutulmayan dolabın quraşdırılıması müəyyən edilmiş və həmin dolabın sökülməsi üçün Cavabdeh1 MTK-nın rəhbərliyinə xx.xx.2020-ci il tarixli xx/xx-01123 saylı məktub verilmişdir. FİD320031 nömrəli xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı nümayəndəsi X7 ərizə və şikayətlərin yazılması üçün X3 220 manat pul ödəmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş arayışlardan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzili Cavabdeh4 məxsusdur, həmin mənzildə digər Cavabdeh3 yaşayır. Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mülki Məcəllənin 231.1.3-cü maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular, predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdeh4 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzilində yaşayan digər Cavabdeh3 tərəfindən 11-ci mərtəbədə yerləşən mənzillərin mülkiyyətçilərinin ümumi istifadəsində olan dəhlizdə binanın layihəsində nəzərdə tutulmayan dolab quraşdırılmışdır. İddiaçının etirazına və tələbinə, həmiçinin həmin dolabın sökülməsi üçün Cavabdeh1 MTK-nın rəhbərliyinə ünvanlanmış FHN-nin xx.xx.2020ci il tarixli xx/xx-01123 saylı məktubuna məhəl qoyulmamış, cavabdehlər tərəfindən məhəl qoyulmamış, dolabın sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpası həyata keçirilməmişdir. Bu hal təqdim edilmiş fotoşəkillərlə də təsdiq edilir. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün dövlət orqanlarına və məhkəməyə ərizə və şikayətlərin yazılması üçün 220 manat xərc çəkmişdir. Hazırkı halda, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərabi prospekti 53 A nömrəli evin 74 nömrəli mənzilinin tam mülkiyyətçisi olduğuna və 11-ci mərtəbədə yerləşən dəhliz onun və digər mənzillərin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğuna və dolabın quraşdırılması zamanı razılığı alınmadığına görə, iddiaçı qanunsuz quraşdırılmış dolabın sökülməsini və ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələb etməkdə haqlıdır. İddiaçı vurulmuş real maddi zərər 220 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzilinin qarşısında, yəni 11-ci mərtəbədə qonşuların ümumi istifadəsində olan ümumi dəhlizdə (meydançada) yük liftinin yanında cavabdehlər Cavabdeh4 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzilində yaşayan Cavabdeh3 tərəfindən qanunsuz quraşdırılmış dolabın (şkaf) sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsi cavabdehlərlər Cavabdeh1 MTKnın, Cavabdeh4 və Cavabdeh3 öhdəsinə qoyulmalı, iddiaçının nümayəndəsi X5 ərizə və şikayətlərin yazılması üçün xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən X3 ödədiyi 220 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərlər Cavabdeh1 MTK-dan, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, iddia ona daha artıq məbləğdə maddi zərər vurulmasını, həmçinin mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzilinin qarşısında, yəni 11-ci mərtəbədə qonşuların ümumi istifadəsində olan ümumi dəhlizdə (meydançada) yük liftinin yanında cavabdehlər Cavabdeh4 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzilində yaşayan Cavabdeh3 tərəfindən qanunsuz quraşdırılmış dolabın (şkaf) sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsi cavabdehlərlər Cavabdeh1 MTK-nın, Cavabdeh4 və Cavabdeh3 öhdəsinə qoyulsun. İddiaçının nümayəndəsi X5 ərizə və şikayətlərin yazılması üçün xx.xx.2020-ci il tarixli FİD320031 nömrəli mədaxil qəbzinə əsasən X3 ödədiyi 220 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərlər Cavabdeh1 MTK-dan, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-560/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-560/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver