Məhkəmə qərarları › İş №2(004)-566/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-566/2021

08.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-566/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi Əlişah oğlunun iştirakı ilə, Ərizəçi Əlişah oğlunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əlişah oğlu maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 1657 saylı doğum haqqında akt qeydinin ona məxsus olmasını, doğum haqqında akt qeydinin soyadı bəndində soyadın “İmanov”dan “Muradov”a, atasının adı bəndində ata adının “Namiq”dən “Əlişah”a, ata haqqında məlumat bəndindəki ata haqqında məlumatın “X1”ndan “X6”na, milliyyətin “türk”ə düzəliş edilməsi və Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamənin ona verilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Əlişah oğlu məhkəmə iclasında ərizəsini müdafiə etdi və bildirdi ki, o, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuşdur. Şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməsini təqdim edilməlidir. Doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum akt qeydinin atalıq akt qeydinə əsasən yazılması aydın olmuşdur. Doğum akt qeydində soyadının “İmanov" ata adının “Namiq", ata bəndində “X1” yazılmışdır. Onun atası kimi yazılmış X1 ilə heç bir əlaqəsi yoxdur. Sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalıdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli xx/xx-2263/13 nömrəli məktubla məhkəmənin xx.xx.2020-cı il tarixli sorğusuna əsasən xx.xx.1993-cü il tarixli 1657 nömrəli doğumu haqqında akt qeydinin təsdiq olunmuş surətini məhkəməyə göndərilmişdir. xx.xx.1993-cü il tarixli 1657 nömrəli doğumu haqqında akt qeydindən müəyyən edilir ki, xx.xx.1993-cü il tarixli 1657 nömrəli doğumu haqqında akt qeydi xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş X4 aiddir. X7 xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası - xx.xx.1962-ci il təvəllüdlü X1, anası xx.xx.1963-cü il təvəllüdlü X3. xx.xx.1993-cü il tarixli 1657 nömrəli doğumu haqqında akt qeydinə əsasən xx.xx.1993-cü il tarixdə X2 adına yazılmış XVİİİ-JQ 344912 seriyalı doğum haqqında şəhadətnamə anası X5 verilmişdir. Ərizəçi Əlişah oğlunun ərizəsinə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİİ-JQ 344912 seriyalı doğum haqqında şəhadətnamənin ksero surətindən müəyyən edilir ki, xx.xx.1993-cü il tarixdə X2 adına yazılmış XVİİİ-JQ 344912 seriyalı doğum haqqında şəhadətnamədəki yazılar pozulmuş və Ərizəçi Əlişah oğlunun adı yazılmışdır. Şəhadətnamənin əsli məhkəməyə təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli 10199 nömrəli hərbi bilet əvəzi arayışın surətindən müəyyən edilir ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş Ərizəçi Əlişah oğlu hərbi biletini itirdiyinə görə SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi, xx.xx.1993-cü il tarixli 1657 nömrəli doğumu haqqında akt qeydi Ərizəçi Əlişah oğluna deyil, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş X4 aiddir. Odur ki, hüquq haqqında mübahisə yarandığına görə işə xüsusi icraat qaydasında baxıla bilməz. Çünki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Əlişah oğlunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar