Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5671/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi X3 Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. ünvan 2 2019-cu ilin oktyabr ayında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh almışdır. Müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda mülkiyyətindədir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi olmuş və alqı-satqı müqaviləsi bağlandıqdan sonra, mənzili tərk edərək getmiş, daha sonra isə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmişdir. Hal-hazırda onda olan məumata görə Ukrayna Respublikasında yaşayır və məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikasına gələ bilmir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilin keçmiş mülkiyyətçisi olmuş və Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxs kateqoriyasına aid deyildir. Göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 67 saylı evin 40 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafi edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddia tələbini etiraf edərək bildirdi ki, sözü gedən mənzili onun oğlu satmışdır. Hazırda oğlu xaricdə olduğundan və ölkəyə geri qayıda bilmədiyindən mənzildən qeydiyyatdan çıxa bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" İKB ASC, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 20-İP-AİF-1-0-757- 19 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı Cavabdeh ünvan 4 ünvanında yerləşən 40 saylı mənzili alıcı-ipoteka qoyan İddiaçı 180000 manata satmışdır. Həmin mənləğin 56000 manatını alıcı-ipoteka qoyan İddiaçı, qalan 124000 manatını isə kreditoripoteka saxlayan "xxxx" İKB ASC tərəfindən ödənilmişdir. ünvan 4 ünvanında yerləşən 40 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 qeydiyyata alınmış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, cavabdeh bu günə kimi qeydiyyatdan çıxmamışdır və mənzildən qeydiyyatdan çıxmaqla bağlı öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlərin hal-hazırda harada yaşaması müəyyən deyildir. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 67 saylı evin 40 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 67 saylı evin 40 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5671/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5671/2022
12.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver