Məhkəmə qərarları › İş №2(004)-5675/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5675/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5675/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh2 və üçüncü şəxs X2 qarşı “icra orqanının hərəkətsizliyinə son qoyulması və icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh2 və üçüncü şəxs X2 qarşı “icra orqanının hərəkətsizliyinə son qoyulması və icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı qətnaməsi barədə Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-2032/2020 nömrəli, 18.03.2020-ci il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Cavabdeh2 Vaqif oğlunun hərəkətsizliyinə son qoyulması və həmin icra sənədinin dərhal, lazımi qaydada, vaxtında və qeyd-şərtsiz icra olunması, indiyədək yığılmış aliment borcunun icra sənədi üzrə borclu X1 alınaraq tələbkar İddiaçı verilməsinin təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəm iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, icra məmurunun hərəkətlərlərindən şikayətə və icra şöbəinin üzərinə öhdəlik qoyulması məsələsinə iddia icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsindən görünür ki, iddiaçı icra hərəkətlərini mübahisələndirir. Ərizəçinin icra məmurunun icra hərəkətləri zamanı qəbul olunmuş qərar və hərəkətlərdən, icra üzrə icraat zamanı, aidiyyatı məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh2 və üçüncü şəxs X2 qarşı “icra orqanının hərəkətsizliyinə son qoyulması və icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra məmurunun qərar və hərəkətlərindən icra üzrə icraat qaydasında məhkəməyə şikayət hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar