Məhkəmə qərarları › İş №2(004)-5701/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5701/2020

06.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5701/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə 385(81) saylı qeydə alınmış doğum haqqında akt qeydində adı qarafasının “Səidə”, doğum vaxtı qrafasının isə xx.xx.1970-ci il sözləri ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, o, xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuşdur. Bu faktı Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci ildə verilmiş AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Həmin doğum haqqında şəhadətnamədə və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı Əliyeva, adı Səidə, ata adı Süleyman, doğum tarixi xx.xx.1970-ci il göstərilmişdir. Lakin Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci ildə aparılmış 385(81) saylı doğum haqqında akt qeydində səhvən onun adı Zeynəb, doğum tarixi xx.xx.1970-ci il kimi göstərilmişdir. Yol verilmiş səhvin aradan qaldırılması məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, xx.xx.2020-ci il tarixli məktubla düzəliş edilməsinin imkanları xaricində olduğu bildirilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin özünün də qeyd etdiyi kimi və təqdim etdiyi Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci ildə verilmiş AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuşdur. X1 - azərbaycanlı, anası X2 - azərbaycanlıdır. Bu barədə Göyçay rayon VVAQ şöbəsində doğum akt qeydləri kitabında xx xxxxxx 1970-ci ildə 470 nömrəli doğum akt qeydi aparılmışdır. Həmçinin AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində də müəyyən edilir ki, Ərizəçi xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuşdur. Yəni, rəsmi sənədlərlə təsdiq edilir ki, xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuş Ərizəçi doğum tarixi və soyadı, adı və atasının adı, onun özünün doğum akt qeydində, yəni Göyçay rayon VVAQ şöbəsində doğum akt qeydləri kitabında xx xxxxxx 1970-ci ildə aparılmış 470 nömrəli doğum akt qeydində düzgün göstərilmiş, heç bir səhvə yol verilməmişdir. Yəni, hazırkı iş üzrə mübahisə yoxdur. Ərizəçi ərizəsində Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci ildə aparılmış 385(81) saylı doğum haqqında akt qeydində səhvən onun adının Zeynəb, doğum tarixinin xx.xx.1970-ci il kimi göstərildiyini qeyd etsə də, bu akt qeydinin Ərizəçi aidiyyatı yoxdur. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hazırkı halda, Ərizəçi onun adına Göyçay rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci ildə verilmiş AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş Göyçay rayon VVAQ şöbəsində doğum akt qeydləri kitabında xx xxxxxx 1970-ci ildə aparılmış 470 nömrəli doğum akt qeydində hər hansı bir yalnışlıq və ya səhv mövcud olduğu təqdirdə, həmin yalnışlığın və ya səhvin düzəldilməsi və aradan qaldırılması üçün Göyçay rayon Qeydiyyyat şöbəsinə ərizə ilə müraciət etməlidir. Gööyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən mövcud olan yalnışlığın və ya səhvin düzəldilməsindən imtina edildiyi təqdirdə, Ərizəçi Göyçay rayon Qeydiyyat Şöbəsinə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı və bu məsələyə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən “xxxxxxxxxxxx” ASC-nin Nizami filialı vasitəsilə dövlət rüsumu kimi ödənilmiş manat pul Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2, 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən “xxxxxxxxxxxx” ASC-nin Nizami filialı vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat pul Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar