Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-575/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1na və üçüncü şəxs Cavabdeh2 ASC-yə qarşı “avtomaşının özgəsinin qeyri-qanuni sahibliyindən qaytarılması barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1na və üçüncü şəxs Cavabdeh2 ASC-yə qarşı “avtomaşının özgəsinin qeyri-qanuni sahibliyindən qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə qeyri-qanuni saxladığı "Geely CK minik” markalı, istehsal ili 2012, mühərrik № MR479QA-DİN256994, BAN № L6T7524S7DN015144, **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada qaytarılması və ya müvafiq qərar qəbul edilən günədək avtomobilə görə banka olan borcun qaytarılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Bakı şəhəri, Babək prospekti ünvanında olan "Geely" avtomaşın salonundan "Geely CK minik” markalı, istehsal ili 2012, mühərrik № MR479QA-DİN256994, BAN № L6T7524S7DN015144, **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 ASC-yə girov qoymaqla kreditə əldə etmişdir. Avtomaşının ümumi dəyəri 9500 manat idi. Avtomaşın üçün ilkin ödəniş kimi 2.500 manat ödədikdən sonra 22-23 ay müddətində banka hər ay 300 manat ödəmişdir. Lakin sonradan xəstəliyə tutulduğundan, bel ağrılarından işləyə bilmədiyi səbəbindən maddi vəziyyəti çətinləşdiyindən avtomaşının kreditini 1 il ödəyə bilmədiyi üçün avtomaşını satib banka olan kredit borcunu ödəyib bağlamaq qərarına gəlmişdir. Bu məqsədlə Sumqayıt şəhərində yerləşən maşın bazarına gəlmiş, Cavabdeh1 ona yaxınlaşıb maşını neçəyə satdığını soruşduqda, avtomaşının kreditdə olduğunu, özünün xəstə olduğunu, banka pul ödəyə bilmədiyi üçün satıb bankın borcunu bağlamalı olduğunu bildirmişdir. Əlibala ilə ona borcunu bağlamaq üçün 2300 manat, hər ay da 350 manat pul verəcəyi barədə razılaşmışlar. Əlibala ona 2300 manat pul vermiş, o isə maşının açarını və avtomaşını idarəetmə etibarnaməsini notariat ofisində Əlibalaya təqdim etmişdir. Əlibalaya bildimişdir ki, avtomaşının yol hərəkəti xətalarına görə faizləri ilə birlikdə 900 manat borcu var DYP-yə və bildirmişdir ki, həmin cərimə borcunu özü ödəyəcək. Bundan 10 gün keçəndən sonra Əlibala ilə görüşmüş, 900 manat cərimə ödədiyi barədə qəbzləri də ona təqdim etmişdir. Əlibala isə ona maşını istəmədiyini deyərək, verdiyi 2300 manatı qaytarmasını və öz maşınını geri götürməsini demişdir. Ona bildirmişdir ki, pulu qaytara bilməz, çünki aldığı pulun 900 manatına DYP-nə cərimə borcunu ödəmişdir və 1400 manat qalmışdır. Belə olan halda birlikdə avtomaşını bazarda satmağı və pulunu tam qaytarmağı ona təklif etmiş, o da, maşın bazarı olan günü zəngləşərək görüşməsini demişdir. Əlibalaya hər ay verməli olduğu 350 manatı ona yox, birbaşa banka ödəməsini demişdir. Bundan sonra ayrılmışlar və Əlibalanı tapa bilməmişdir. Bir ildən sonra etibarnamə verdiyi notariat ofisindən Əlibalanın ev ünvanını öyrənib onun evinə gəlmişdir. Əlibala ona demişdir ki, “pulu ver maşını sənə qaytarım.” Onunla bu barədə mübahisə etmiş, ona əsəbi şəkildə bildirmişdir ki, “sən məni birildir aldadırsan nə bankın pulunu ödəmirsən nə də ki. avtomaşını qaytarmırsan.” Əlibalaya bildirmişdir ki, “ya banka pulu ödə yaxud da maşını mənə qaytar.Yoxsa polisə səndən şikayət edəcəyəm.” Bu söhbətdən bir neçə ay sonra, Əlibala ilə yenidən görüşdükdə, Əlibala ona bildirmişdir ki, maşını sürdüyü vaxt üç nəfər tanımadığı, özlərini bank işçiləri kimi təqdim edən şəxslər onu saxladıb avtomaşının banka borcu olduğu üçün avtomaşını ondan alıb aparmışlar. Bundan bir müddət sonra isə, Əlibala utanmadan onun üzünə demişdir ki, avtomaşını guya onun özünə qaytarıb.Cavabdeh bu günə qədər ona məxsus avtomaşını qeyri-qanuni özündə saxlayır, bu səbəbdən əmlakından özündən asılı olmayan səbəbdən məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, İddiaçı avtomobili satanda ona etibarnaməni ancaq sürmək üçün və 1 il müddətinə vermişdi. Şifahi razılaşmış və notariusa getmişlər. Bilmirdi ki, bankdadı maşın, zəng vurub maşının bankda olduğunu nə üçün demədiyini soruşanda, iddiaçı ona özü həll edəcəyini, aydan-aya az-az ödəyəcəyini bildirmişdir. İddiaçıya təxminən 2200-2300 manat pul vermişdir. Maşını 3-4 ay sürmüş, daha sonra öyrənmişdir ki, cərimələri var. İddiaçıya zəng edib maşınını götürməsini və pulunu geri qaytarmasnı demişdir. Demək olar ki, heç 6 ay sürməmişdir maşını. Daha sonra atasını götürüb onlara gəlmiş, o da bir nəfər şahidin yanında maşını geri qaytarmışdır. Onun və şahidin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində İddiaçı verilmiş şikayəti ilə əlaqədar izahatları da var. İddiaçı ona etibarnaməni 1 il müddətinə verməsinə baxmayaraq, 4 il sonra gəlib maşınını tələb edir. Halbuki, iddiaçının necə bir insan olduğunu öyrənən kimi notariusa gedərək, verdiyi etibarnaməni ləğv etdirmişdir, çünk sonuncu etibarnamə onun adına idi və maşın onda olduğu üçün hər hansı qəza törətdiyi halda onu məsuliyyətə cəlb edəcəklərdi, bu səbəbdən onun verdiyi etibarnaməni də ləğv etdirmişdir. Odur ki, iddia tələbinin tamamilə əsassız olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 324, 182.1, 182.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, hazırki iddianın mübahisə obyektini təşkil edən "Geely CK minik” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı Cavabdeh2 ASCdən götürdüyü kreditlə əldə ermiş, daha sonra bir müddətin avtomabili sürmək üçün etibarnamə əsasında Cavabdeh1na vermişdir. Yasamal RPİ-nin 28-ci PB-nin X1 ərizəsi əsasında görülmüş işlərə dair xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə vət.Rzayev ərizə yazaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə əmisi İddiaçı "Cavabdeh2" ASC-dən Gely markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobili kreditlə almış,o isə əmisinə zamin durmuşdur.Binəqədi rayon və Bakı Apelyasiya məhkəməsinin qərarlarına əsasən həmin avtomobilin kredit borcu ödənilmədiyi üçün avtomobil həbsə qoyularaq hərraca çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi həmin avtomobili Cavabdeh1na etibarnamə ilə satmışdır. Əmisi banka olan borcu ödəmıədiyi üçün Binəqədi rayon icra şöbəsinin əməkdaşları ödənişi ondan tələb edirlər. Ərizə ilə bağlı vət.Rəhimov izahat verərək bildirmişdir ki, ona məlum olanda ki, avtomobilin həbsi var, o, dərhal etibarnaməni notariusda birtərəfli qaydada ləğv edərək, yaşadığı evin qarşısında Rafiq adlı qonşusunun yanında həmin avtomobili Sədrəddinə qaytarmışdır. Vət.Cavabdeh1nun qonşusu X2 da həmçinin qeyd olunanları təsdiq etmişdir. Sumqayıt şəhər 1 sayli Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il məktubdan görünür ki, onun xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq xx.xx.2016-a ildə **-VX-*** dövlət nömrə nişanlı “Geely CK minik” markalı avtomobilinə idarə etmək üçün Cavabdeh1 brahimxəlil oğlunun adına etibarnamə rəsmiləşdirildiyi, xx.xx.2017-ci ildə Cavabdeh1nun ərizəsi əsasında etibarnaməyə xitam verildiyi bildirilmişdir. Beləliklə, araşdırılmış sübütlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Geely CK minik” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən İddiaçı qaytarılmış, həmin avtomobilə dair verilmiş etibarnaməyə isə xitam verilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh1na qarşı avtomobilin qaytarılması və ya müvafiq qərar qəbul edilən günədək avtomobilə görə banka olan borcun qaytarılması vəzifəsinin qoyulması barədə iddia qaldırmağa subyektiv hüququ yaranmamışdır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırkı iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh1na və üçüncü şəxs Cavabdeh2 ASC-yə qarşı “avtomaşının özgəsinin qeyri-qanuni sahibliyindən qaytarılması barədə” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-575/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-575/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver