Məhkəmə qərarları › İş №2(004)-5770/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5770/2025

14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5770/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı X3 (İddiaçı) iştirakı ilə, İddiaçı X3 (İddiaçı) Cavabdeh MMMC-nə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 (İddiaçı) Cavabdeh MMMC-nə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC yaratmaq barəsində, onun üzvləri və müdürü seçilmək barədə sahiblərin yığıntısının və yaxud qiyabi səsverməyi protokolu və sahiblərə yığıntı və yaxud qiyabi səsverə keçirilmə barədə sahiblərə məlumat vermək sübut edən sənədlər; “X9 Services” şirkəti ilə binanı idarə etmə müqaviləsinin bağlanması və Cavabdeh MMMC üzvləri və müdürü təyin edilməsi barədə sahiblərin yığıntısının və yaxud qiyabi səsverməyi protokolu və sahiblərə yığıntı və yaxud qiyabi səsverə keçirilmə barədə sahiblərə məlumat vermək sübut edən sənədlər; kommunal ödənişlərinin 2025-ci ilin yanvar ayından qalxmaq haqqında sahiblərin yığıntısının və yaxud qiyabi səsverməyi protokolu və sahiblərə yığıntı və yaxud qiyabi səsverə keçirilmə barədə sahiblərə məlumat vermək sübut edən sənədlər; mühafizə budkası və şlaqbaum təzələşmə haqqında qərar, sahiblərin yığıntısının və yaxud qiyabi səsverməyi protokolu və sahiblərə yığıntı və yaxud qiyabi səsverə keçirilmə barədə sahiblərə məlumat vermək sübut edən sənədlər; 2025-ci ilin iyul ayında göndərilən smslər haqqında məlumat; məhkəmə araşdırması zamanı cinayət fəaliyyətinin sübutu aşkar edilsə sənədləri cinayət işinin başlanması məsələsinə baxmaq üçün Yasamal rayon polisinə göndərilməsi; ödənilmiş dövlət rüsumunun məbləğini Cavabdeh MMMC-dən alınması; Cavabdeh MMMC tərəfindən kommunal nəğdsiz ödəməyə imkan yaratmağı; Cavabdeh MMMC tərəfindən dövlət rüsumunu (100 manat) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X6 (İddiaçı) iddiaya dəqiqləşmə ərizəsi təqdim edərək, Cavabdeh MMMC-nin yaradılması, “X9 Services” şirkəti ilə müqavilə bağlanması barədə, kommunal ödənişlərin təyin edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncağın protokolu və qərarı, ümumi yığıncağın keçirilməsinə dair iddiaçının məlumatlandırılması barədə sənədlərin və Cavabdeh MMMC-nin Nizamnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, göstərilən mənzilin sahibidir. Mənzili 2023-cü ilin fevral ayında almış və o vaxtdan orada yaşayır. 2025-ci ilin iyun ayında ona məlum oldu ki, 2025-ci ilin yanvar ayından Zahid Xəlilov küçəsi 101 binasını (bundan sonra-bina) Yasamal-77 MMMC (Qeydiyyat nömrəsi № 1125-MM12-0342, VÖEN **********, bundan sonra həmdə şirkət) idarə edir. Məlumatı o, liftə asılmış xx.xx.2025 saat 12:00 keçən sakinlərin ümumi yığıncağı barədə elandan bilmişdir. Elanda olan məlumata görə Yasamal-77 MMMC sahə mülkiyətçilərin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixdə yaranmışdır. Lakin xx.xx.2024-cü il tarixdə sakinlərin ümumi yığıncağı keçirilməyi və yaxud qiyabi səsvermə barədə heç bir elan olmamışdır, sahiblərə xəbərdarliq göndərilməyib. Həmdə yığıncaqda qəbul olan qərar barədə sahiblərə heç bir məlumat verilməmişdir. O, şübhələnir ki, Cavabdeh MMMC Ədliyyə Nazirliyi verdiyi sakinlərin imzalarını düzgün deyil və yaxud başqa sənəddən götürülmüş, “Yasamal-77 MMMC” Ədliyyə Nazirliyi verdiyi ərizəyə əlavə edilmişdir. Bundan əlavə Cavabdeh MMMC sahiblərin yığıncaq və yaxud qiyabi səsvermə keçirtməmiş, “X8 Services” şirkəti ilə binanı idarə etmə müqaviləsi bağlanıb və Cavabdeh MMMC üzvləri və müdiri təyin edilib. xx.xx.2025-ci il tarixdə o, məlumat almışdır ki, Cavabdeh MMMC kommunal servis qiymətlərini qaldırılmışdır. Əvvəl bina sakinləri kv.m-ə görə 35 qəpik verirmişlər, indi isə şirkət kv.m-ə görə 40 qəpik istəyir. Bu barədə yığıncaq və yaxud imzatoplanma olmayıb və nəticədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 44, 45 və 125 maddələri kobud şəkildə pozulub. Əlavə olaraq tarifi geri tarixdən, 2025-ci ilin yanvar ayından qaldırmaq işləyir, ona baxmayaraq ki, sakinlərin çoxu 2025 yanvar-iyun ayları ödənişləri etmişdir. Bu tamamilə qanunsuzdur. Qeyd etmişdir ki, şirkət xx.xx.2025-ci il tarixində yaradılıb. Ona görə ən azı 2025-ci ilin yanvar ayının kommunal ödənişlərini tələb eləməyə şirkətin ixtiyarı yoxdur. Bundan əlavə Cavabdeh MMMC sahiblərin yığıncaq və yaxud imzatoplama keçirtməmiş, və sahiblərin razılığını almamış, binada lazım olmayan və çox bahalı başa gələn işlər görmüşdür. Məsələn, 2025-ci ilin iyun ayının əvvəli binanın həyatının girişində təzə mühafizə otağı və şlaqbaum qoyulmuşdur. Əlavə qeyd etmişdir ki, qoyulan şlaqbaum çox bahalı olsada (6000 manat) o çox keyfiyyətsizdir və avtomatik işləmir. Və bu deməkdir ki, Cavabdeh MMMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 44, 45 və 125 maddələri kobud şəkildə pozulub. Bundan başqa xx.xx.2025-ci il tarixdə verilən məlumata görə Cavabdeh MMMC 2025-ci ilin iyul ayında 495,60 manat sms xidmətinə xərcləmişdi. Azərbaycanda 1 sms qiyməti təxminən 5 qəpikdir. Belə çıxır ki, Cavabdeh MMMC 2025-ci ilin iyul ayında 10000 yaxın sms göndərib. Bu qədər sms kimə göndərilib? Eyni zamanda Cavabdeh MMMC çoxlu borcu var, məsələn Azərsu sayğacına görə 9500 manat borc var. Belə halda lazım olmayan işlərə xərc eləmək sahiblərə ziyan verir. xx.xx.2025-ci il tarixdə o, Cavabdeh MMMC 2025 məktub yazdı və sıralanan sənədləri tələb etdi: 1) Binanın idarə edən şirkətin dəyişilməsi haqqında sakinlərin yığıntısı və yaxud sakinlərin imzaları toplama barədə elan verilməsi haqqında məlumat. 2) Cavabdeh MMMC-nin binanı idarə edən şirkət seçilmək haqqında sənəd (sakinlər yığıntısının protokolu və ya başqa sənədlər). 3) Kommunal ödənişlərinin 2025-ci ilin yanvar ayından qalxmaq haqqında sakinlərin yığıntısı protokolu və o barədə qərar. 4) Mühafizə budkası və şlaqbaum təzələşmə haqqında qərar, sakinlərin yığıntısı protokolu və ya sakinlərin imzaları, mühafizə budkası və şlaqbaum qiymətləri haqqında sənədlər. Bu məktubu Azərpoçt verdiyi məlumata görə Cavabdeh MMMC xx.xx.2025, lakin bir aydan çox keçdiyə baxmayaraq ona cavab vermədi. Cavabdeh MMMC qanun pozması barədə 2025-ci ilin iyun ayında bildi və ona görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45.6 maddəsində göstərilən vaxt buraxılmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 (İddiaçı) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehin onun sənəd tələb eləmək haqqında məktubunun ona verildiyi cavabı tamamilə qanunsuz hesab edir. Belə ki, cavabın tarixi, nömrəsi və möhürü yoxdur. Bundan əlavə imzalıyan şəxsin adı və soyadı göstərilməmişdir. Cahabdeh istədiyi sənədləri vermək üçün ondan tələb edir ki, o, mülkiyyətçi olduğunu sübut etsin. Lakin cavabdeh onun mülkiyyətçi olduğunu bilir. O, hər ay kommunal xərclər ödəyir və hesabat onun adınadır. Bundan əlavə cavabdeh tələb edir ki, o, ondan xidmət müqaviləsi bağlasın. Lakin bu müqaviləni bağlamaq o, cavabdehin qanuni yaranmağına və fəaliyət göstərməyinə əmin olmalıdır. Mənzil Məcəlləsinə əsasən MMMC-nin üzvü olmaq onun ixtiyarıdı, borcu deyil. Ona verilən suallara cavab olaraq bildirdi ki, MMMC ondan kommunal pulu tələb edir. Hər ay 41 manat kommunal üçün pul ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh MMMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh MMMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə, ev 111,113,99,101,103,105,107,109, mənzil 34 (Yeni qaydalarla: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 101, M11, m2) tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - X3 (İddiaçı) Cavabdeh MMMC-nin İdarə Heyətinə ünvanladığı məktuba əsasən o, göstərilən binada mənzilin sahibidir. Orda 2023-cü ilin fevral ayından yaşayır. 2025-ci ilin iyun ayında ona məlum oldu ki, 2025-ci ilin yanvar ayından Zahid Xəlilov küçəsi 101 binasını Cavabdeh MMMC (bundan sonra həmdə şirkət) idarə edir. Məlumatı o, liftə asılmış saat 12:00 keçən sakinlərin ümumi yığıncağı (bundan sonra-yığmcaq) barədə elandan bilmişdir. Ancaq Cavabdeh MMMC binanı idarə edən şirkət seçməyi barəsində sakinlərin ümumi yığıncağı barədə elan olmamışdır. xx.xx.2025-ci il tarixdə yığıncaqda aldığı məlumata görə Cavabdeh MMMC sakinlərin 51% toplanan imzalara görə binanı idarə edən şirkət seçildi. Amma sakinlərin imzaları toplaması barədə və binanı idarə edən şirkəti dəyişmək üçün səsverilmə barədə heç bir məlumat verilməmişdir. O, məlumat aldı ki, Cavabdeh MMMC kommunal servis qiymətlərin qaldırıb. Əvvəl bina sakinləri kvadrat metrə görə 35 qəpik verirdilər, indi isə şirkət kvadrat metrə görə 40 istəyir. Əlavə olaraq tarifi dal tarixdən, 2025 ilin yanvar ayından qaldırmaq işləyir, ona baxmayaraq ki, sakinlərin çoxu 2025 yanvar-iyun ayları ödənişləri edib. Bu tamamı ilə qanunsuzdur. Daha sonra qeyd etmişdir ki, şirkət xx.xx.2025-ci il tarixində yaradılıb. Ona görə ən azı 2025-ci ilin yanvar ayının kommunal ödənişlərini tələb eləməyə şirkətin ixtiyarı yoxdu. Bundan əlavə 2025-ci ilin iyun ayının əvvəli binanın həyətının girişində təzə mühafizə budkası və şlaqbaum qoyulub. Lakin bu barədə sakinlərin yığıntası və yaxud imzatoplanma olmayıb. Bunların əsasında ona aşağıdakı sıralanan sənədlərin rəsmi təsdiq edimış sürətinin verilməsini tələb etmişdir: 1). Binanın idarə edən şirkətin dəyişilməsi haqqında sakinlərin yığıntısı və yaxud sakinlərin imzaları toplama barədə elan verilməsi haqqında məlumat. 2). Cavabdeh MMMC binanı idarə edən şirkət seçilmək haqqında sənəd (sakinlər yığıntısının protokolu və ya başqa sənədlər). 3). Kommunal ödənişlərinin 2025-ci ilin yanvar ayından qalxmaq haqqında sakinlərin yığıntısı protokolu və o barədə qərar. 4). Mühafizə budkası və şlaqbaum təzələşmə haqqında qərar, sakinlərin yığıntısı protokolu və ya sakinlərin imzaları, mühafizə budkası və şlaqbaum qiymətləri haqqında sənədlər. Sənədləri qeyd olunan elektron poçta və yaxud ona şəxsən verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun sakinlərin bu sənədləri tələb etməyə ixtiyarı var və onları verməyən halda şirkət məsuliyyətə cəlb edilə bilər. Daha əlavə qeyd etmişdir ki, bütün qanuni kommunal ödənişləri vaxtında keçirməyə hazırdır. - Cavabdeh MMMC-nin İdarə Heyətinin sahə mülkiyyətçilərinə və sakinlərə ünvanlanmış bildirişə əsasən xx.xx.2025-ci il tarixdə şənbə günü saat 12:00-da kompleksin həyətində söhbətgah olan ərazidə sakinlərin ümumi yığıncağı keçiriləcəkdir. İclasın gündəliyində “Müştərək Cəmiyyətin fəaliyyəti dövründə görüləcək işlər, büdcə planlaması, vahid tarifin tətbiq edilməsi, mütləq ödənişləri etməyən mülkiyyətçilərlə profilaktik söhbət aparılması” qeyd olunmuşdur. Hər bir sıra sahə mülkiyyətçisinin ümumi yığıncaqda iştirak etməsi xahiş olunmuşdur. - Cavabdeh MMMC-nin İdarə Heyətinin sahə mülkiyyətçilərinə ünvanlanmış bildirişə əsasən Cavabdeh MMMC sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixdə təsis edilmişdir. Cavabdeh MMMC Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, giriş 99, 101, 103, 105, 107, 109 binalarında daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Cavabdeh MMMC çoxmənzilli binaların ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı olan idarə heyəti müəyyənləşdirmişdir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyəti üzvlər: X10, X1, X5, X7 və X2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. 46.2. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər. 46.3. Səsə qoyulmuş məsələlər üzrə mülkiyyətçinin qərarında aşağıdakılar göstərilməlidir: 46.3.1. səsvermədə iştirak edən şəxs haqqında məlumat; 46.3.2. müvafiq çoxmənzilli binada sahəyə səsvermədə iştirak edən şəxsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd haqqında məlumat; 46.3.3. gündəlikdə olan hər bir məsələ üzrə “lehinə”, “əleyhinə” və “bitərəf” sözləri ilə ifadə edilən qərarı. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X6 (İddiaçı) ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yerləşən mənzilin mülkiyyətçisidir və bu hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Cavabdeh MMMC tərəfindən cəmiyyətin yaradılması və kommunal ödənişlərin müəyyən edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncaqlar barədə iddiaçının əvvəlcədən məlumatlandırıldığını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının cavabdehə ünvanladığı yazılı müraciətinə baxmayaraq, cavabdeh tərəfindən həmin yığıncaqlara dair protokolların, qərarların və MMMC-nin Nizamnaməsinin iddiaçıya təqdim edilmədiyi müəyyən olunmuşdur. Hazırda iddiaçı sözügedən Cavabdeh MMMC-nin yaradılması, “X9 Services” şirkəti ilə müqavilə bağlanması, kommunal ödənişlərlin təyin edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncağın protokolu və qərarı, ümumi yığıncağın keçirilməsinə dair iddiaçının məlumatlandırılması barədə sənədlərin və Cavabdeh MMMC-nin Nizamnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, sahə mülkiyyətçisi ümumi yığıncağın qərarları və idarəetməyə dair sənədlərlə tanış olmaq hüququna malikdir və MMMC bu sənədləri təqdim etməyə borcludur. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh MMMC-nin yaradılması, kommunal ödənişlərin təyin edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncağın protokolu və qərarı, ümumi yığıncağın keçirilməsinə dair iddiaçının məlumatlandırılması barədə sənədlərin və Cavabdeh MMMC-nin Nizamnaməsinin iddiaçı X4 (İddiaçı) verilməsi öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin “X9 Services” şirkəti ilə bağlanmış müqavilənin təqdim edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh MMMC-nin həmin şirkətlə müqaviləsinin olub-olmaması, bu müqavilənin idiaçının hər hansı hüquq və mənafeyi ilə bağlı olub-olmaması əsaslandırılmadığından və sübutlar təqdim edilmədiyindən və müqavilə azadlığı prinsipi nəzərə alınmaqla məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMMC-nin yaradılması, kommunal ödənişlərlin təyin edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncağın protokolu və qərarı, ümumi yığıncağın keçirilməsinə dair iddiaçının məlumatlandırılması barədə sənədlərin və Cavabdeh MMMC-nin Nizamnaməsinin iddiaçı X4 (İddiaçı) verilməsi öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul cavabdeh Yasamal-77” MMMC-dən tutularaq iddiaçı X4 (İddiaçı) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMMC-nin yaradılması, kommunal ödənişlərlin təyin edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncağın protokolu və qərarı, ümumi yığıncağın keçirilməsinə dair iddiaçının məlumatlandırılması barədə sənədlər və Cavabdeh MMMC-nin Nizamnaməsinin iddiaçı X4 (İddiaçı) verilməsi öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulsun. Ödəninilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul cavabdeh Yasamal-77” MMMC-dən tutularaq iddiaçı X4 (İddiaçı) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar